Bakının mərkəzində 4 qumbara tapıldı
Bakının mərkəzində qumbara tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Ü.Hacıbəyov küçəsində sellofan torbaya bükülmüş 4 ədəd qumbara və 3 ədəd qumbara alışdırıcısı tapılaraq aidiyyəti üzrə Rayon Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
NUH.az