Dərc edilib: 10-04-2017

https://www.nuh.az/10311-.html

İlham Əliyev nazirlərlə iclas keçirdi

10.04.2017 11:54:45

Siyasət

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclas 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası dövlət başçısı iclası giriş nitqi ilə açıb.

Sonra müdafiə sənayesi naziri Yavər Camalov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev çıxış ediblər.

Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.

 

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib