Dərnəgüldə ağır qəza: 4 yaralı - FOTOLAR
Bu dəqiqələrdə Bakının Ziya Bünyadov prospektində (Dərnəgül yolu) ağır yol-nəqliyyat hadisəsi baş verib.
BakiPost.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 MR 762 dövlət nömrə nişanlı "Mercedes” markalı minik avtomobili yoldan çıxaraq işıq dirəyinə dəyib.
Qəza nəticəsində avtomobildə olan 4 nəfər yaralanıb və ağır vəziyyətdə təcili tibbi yardımla xəstəxanaya aparılıb. Hadisə zamanı işıq dirəyi aşıb və qəzanın fəsadları aradan qaldırılır. Hazırda hadisənin səbəbləri araşdırılır
NUH.az

