Dərc edilib: 09-04-2017

https://www.nuh.az/10291-.html

Misirdə ard-arda iki partlayış - 17 ölü, 42 yaralı

09.04.2017 13:59:15

Hadisə

Misirin paytaxtı Qahirənin 94 km şimalında, Nil deltasında yerləşən Tanta şəhərində kilsələrdən birində partlayış olub.

“Qafqazinfo”nun “Reuters”ə istinadən xəbərinə görə, partlayış nəticəsində ən azı 17 nəfər ölüb, 42 nəfər xəsarət alıb. 

Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir.

Tantanadakı hadisədən sonra polis bölməsi binalarından birinin yaxınlığında ikinci partlayış olub.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib