Dərc edilib: 08-04-2017

https://www.nuh.az/10280-.html

Leyla Əliyeva İsmayıllıda

08.04.2017 13:36:00

Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonunda Şahdağ Milli Parkında olub.

 Azərtac   xəbər verir ki, Leyla Əliyeva burada zubrların təbiətə reintroduksiyası ilə bağlı həyata keçirilən birgə layihə çərçivəsində inşa ediləcək kompleksin ərazisinə baxış keçirib. 

Layihə Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılmasını nəzərdə tutur. Bu məqsədlə milli parkın yaxınlığındakı 30 hektar ərazidə yüngül konstruksiyalı tikinti işlərinin həyata keçirilməsi planlaşdırılır.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib