Dərc edilib: 06-04-2017

https://www.nuh.az/10247-.html

Məşhur diktorun səhhəti pisləşdi: “Əlac yoxdur”

06.04.2017 18:38:35

Cəmiyyət

Türkiyədən müayinədən qayıdan Xalq artisti Rafiq Hüseynov həkim nəzarəti altında müalicə olunur.

Yeniçağ.az-a açıqlama   verən xalq artisti Rafiq Hüseynov bir ağciyərlə yaşamağın çətin olduğunu deyib:
“Türkiyədən müayinədən qayıtdım. Onkoloji xəstəliyimlə bağlı vəziyyət dəyişməyib. Üstəlik, başqa xəstəliklər də üzə çıxıb. Gələndən yorğan-döşəkdəyəm. Ayaqlarım tutulub, yeriyə bilmirəm, bir yandan da təngnəfəslik məni əldən salıb; havam çatmır, boğuluram”.
Diktor xəstəxanada müalicə olunmamasına belə aydınlıq gətirib:
“Çoxdan idi ki, məndə bel yırtığı vardı. İndi xəstəlik daha da irəliləyib. Ümumiyyətlə, bu xəstəliyin çarəsi yoxdur. Evdə həkimlərin nəzarəti altında dava-dərman qəbul edirəm. Bundan belə kim məndən soruşsa, “yaxşıyam” deyə bilməyəcəm, çünki artıq pisəm”.
Xatırladaq ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir.

 

    NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib