Biləsuvarda etiraz aksiyası - Saxlanılanlar var/ FOTO/ YENİLƏNİB
Biləsuvarda bir qrup sakin etiraz aksiyası keçirir.
BakiPost.az xəbər verir ki, etirazçılar rayondan keçən Bakı-Astara yolunu bağlayıblar. Aksiyanın səbəbi isə sosial yardımların xeyli müddətdir, verilməməsidir.
Hazırda sözügedən yolda hərəkət tamamilə dayanıb, böyük tıxac yaranıb.
14:38
***
Biləsuvarda keçirilən etiraz aksiyası dağıdılıb.
BakiPost.az xəbər verir ki, bu dəqiqələrdə əraziyə cəlb olunan polis qüvvəsi aksiya iştirakçılarını dağıdıb. Hadisə şahidlərinin sözlərinə görə, bir neçə nəfər etirazçı saxlanılıb, onlar polis maşınlarına mindirilərək şöbəyə aparılıb.
Bakı-Astara yolunun Biləsuvardan keçən hissəsində nəqliyyatın hərəkəti bərpa olunub.
Bakı Post

