Dərc edilib: 04-04-2017

https://www.nuh.az/10197-.html

Sankt-Peterburq metrosunda partlayışı qırğızıstanlı törədib- Rəsmi Bişkek

04.04.2017 12:46:32

Hadisə

Qırğızıstan xüsusi xidmət orqanları Sankt-Peterburq terrorunu təşkil edən şəxslərin qırğız olması faktını təsdiq edib.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin üzvü Rahat Süleymanov məlumat verib:

“Böyük ehtimal ki, 3 aprel tarixində Sankt-Peterburq metrosunda törədilən terrok aktının təşkilatçısı qırğız əsilli Rusiya vətəndaşıdır.”

O vurğulayıb ki, hadisəylə əlaqədar qırğız xüsusi xidmət orqanları rusiyalı həmkarları ilə əməkdaşlıq edirlər.

Xatırladaq ki, Sankt-Peterburq metrosunda törədilən partlayış nəticəsində 11 nəfər ölüb, 45 nəfər yaralanıb.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib