Dərc edilib: 04-04-2017

https://www.nuh.az/10194-.html

Rusiyadakı terrorda azərbaycanlı qız həlak oldu

04.04.2017 09:49:51

Cəmiyyət

Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı qızın olduğu açıqlanıb. 

 

 Diaspor.az saytı   xəbər verir ki, bu, 20 yaşlı Əliyeva Dilbarədir. Əliyeva Dilbarə Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub. Məlumatı Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib. Dispor fəalının sözlərinə görə, mərhum aprelin 4-də saat 10:00 da son mənzilə yola salınacaq. 

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib