Dərc edilib: 03-04-2017

https://www.nuh.az/10174-.html

Nəriman Əliyevin möhtəşəm villalarından birinin FOTOsu

03.04.2017 16:27:01

Cəmiyyət

Son vaxtlar  millət vəkili  Nəriman Əliyevin adı “Ştutqart” mağazalar şəbəkəsi ilə bağlı hallanır. Belə ki, vətəndaş  Fərhad Rəfiyevin mətbuata  müraciətlərindən bəlli olur ki, şirkət ona  böyük miqdarda (300 min manat)  ziyan vurub.  Bu işdə isə “Ştutqart” mağazalar şəbəkəsinin rəhbəri, Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayevin adı qeyd olunur. Əfqan  Abdulalyev isə vətəndaşa dəyən zərəri ödəmək istəmir.

 

 

Bildirək ki, cəmiyyətdə hər kəs “Ştutqart”ın Nəriman Əliyevə məxsus olduğunu bilir. Lakin rəsmi sənədlərdə Nəriman Əliyevin adı heç bir yerdə çəkilmir.

Bütün bunlar öz yerində. Ancaq görəsən millət vəkili kimi müəyyən məbləğdə əmək haqqı alan Nəriman Əliyev  dəyəri  milyonlarla ölçülən aşağıdakı villanı necə tikdirib..?  Bu villa deputata məxsus əmlakın kiçik bir hissəsidir.

 

NUH.az paytaxtın Həsən Əliyev küçəsində yerləşən villanın fotosunu diqqətinizə çatdırır.

 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib