Dərc edilib: 03-04-2017

https://www.nuh.az/10162-.html

Ermənistanda parlament seçkilərinin qalibi məlum oldu

03.04.2017 13:01:11

Siyasət

Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərində hakim partiya qalib gəlir. "Qaynar" xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir. 
İlkin nəticələrinə görə parlamentə 4 partiya və blok keçir. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 1501 məntəqənin protokolları işlənib.
 
İlk pillədə hakim Respublika Partiyasıdır. Bu partiya seçicilərin 49,32% səsini toplayıb. 
Növbəti yerlərdə isə aşağıdakılardır: 
“Sarukyan” bloku 27,67 %
“Çıxış” bloku 7,39%
"Daşnakstyün"  6,74%
"Erməni dirçəlişi" partiyası  3,64%,
"Ohanyan - Raffi -Oskanyan" bloku  2,13%, 
Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib