"Narxoz"un müəllimləri işdən qovuldu
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) elektron test imtahanını saxtalaşdıran və tələbələrə pul müqabilində əlavə bal verən şəbəkə ifşa olunub.
Ölkə.az-ın ADİU-dakı mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəbəkənin 4-5 nəfərlik üzvü tələbələrə pul müqabilində əlavə bal yazırmış. Onlar ADİU-nun əməkdaşları olub.
Hadisədən xəbər tutan ADİU-nun rektoru Әdalət Muradov qanunsuz əməllərə yol verən şəxsləri işdən qovub.
NUH.az