Müslüm Maqomayev niyə Bakıda dəfn olunmaq istəmirdi?
Məşhur müğənni Polad Bülbüloğludan niyə incimişdi ?
Son illər mətbuatda məşhur müğənni Müslüm Maqomayevin ömrünün sonlarında Azərbaycandan inciməsi, Bakıya gəlmək istəməməsi ilə bağlı məlumatlar yayılır. Hətta bu incikliyin onun ölümünü tezləşdirməsi barədə də söhbətlər eşidilir. O da söylənilir ki, Müslüm Maqomayev doğulduğu doğma Bakıda dəfn olunmaq istəmirmiş. Ancaq konkret olaraq incikliyin səbəbi göstərilmir. Sadəcə bildirilir ki, dünyaca məşhur müğənni Müslüm Maqomayev köhnə dostu Polad Bülbüloğludan möhkəm inciyibmiş. Hətta bu incikliyi “dost xəyanəti” adlandırırmış.
Mənbənin NUH.az-a söylədiyinə görə, Müslüm Maqomayev həmişə Polad Bülbüloğluna qayğı göstərib, onun yaradıcılılğına dəstək verib. Və hər iki şəxs çox yaxın dostlar olublar. Mənbə onu da bildirir ki, Poladdan fərqli olaraq Müslüm vəzifəyə, ad-sana, şöhrətə meylli olmayıb. Ancaq ömrünün sonlarına yaxın bir neçə dəfə Müslüm Maqomayevə Azərbaycan tərəfdən təklif olunub ki, onsuz da hazır səfirsən, gəl razılıq ver, Azərbaycanın Rusiyadakı səfiri ol. Amma Müslüm Maqomayev hər dəfə bu təklifə yumorla cavab verirmiş. Azərbaycan tərəfi isə çox təkid edirmiş. Müslümü razı sala bilməyən vəzifəli şəxs məcbur olub Polad Bülbüloğlunu işə qoşub. Və xeyli minnətdən, xahişdən sonra Polad Müslümün “saqqızını oğurlayıb”. Və Müslüm Maqomayev bugün-sabah səfir təyin olunacağını gözləyib. Hətta bu barədə yaxın dostlarına da deyib. Ancaq bir gün Polad Bülbüloğlunun Rusiyada səfir təyin olunduğunu eşidən Müslüm Maqomayev o qədər sarsılıb ki, hətta səhhəti də kəskin pişləşib. Və Poladın səylərinə baxmayaraq ölənədək onunla küsülü qalıb. Ən pisi odur ki, Müslüm Maqomayevi vəsiyyətinə zidd olaraq Bakıda dəfn ediblər.
NUH.az