Dərc edilib: 02-04-2017

https://www.nuh.az/10129-.html

Tramp Özbəkistanın yeni prezidentini təriflədi

02.04.2017 01:19:20

Siyasət

ABŞ prezidenti Donald Tramp Özbəkistan prezidenti Şövkət Mirziyoyevə məktub göndərib və onun dövlət başçısı seçilməsindən sonra ölkədə irəliləyişin olduğunu qeyd edib.

Virtualaz.org bildirir ki, xəbəri RİA Novosti yayıb.

"Mən, Sizin prezident seçilməniz anından Özbəkistan Respublikasının həyatının bir çox sferalarında həyata keçirilən islahatları və inkişafı görməkdən şadam",-deyə məktubda vurğulanıb.

Tramp həmçinin qeyd edib ki, ABŞ vətəndaşları və biznes nümayəndələri ölkələr arasında qarşılıqlı fəaliyyətin inkişafı üçün yeni yolların axtarışı ilə məşğuldurlar.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib