Dərc edilib: 01-04-2017

https://www.nuh.az/10102-.html

İsrail BMT-ni hədələdi

01.04.2017 00:36:29

Siyasət

Rəsmi Təl-Əviv BMT-nin qərarını heçə sayaraq qərarını təsdiqlədi

BMT-nin təzyiqlərinə baxmayaraq, İsrail hökuməti İordan çayının Qərb sahilində 20 ildən sonra ilk dəfə yeni yəhudi məskənlərinin salınması ilə bağlı Knessetə təqdim olunan qanun layihəsini təsdiq edib.

İstiPress “Timeturk”-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Benyamin Netanyahu məlumat verib.

Benyamin Netanyahu BMT-yə ayrılan pulun azaldılacağını da deyib: “BMT-nin bizə hücumunu maliyyələşdirməyəcəyəm. Biz oyunun şərtlərini dəyişdiririk. BMT-də bizim əleyhimizə sözlə hücumlar gerçəkləşir. Buna görə də BMT-yə ödədiyimiz üzvlük haqqını 6-7 milyon dollar azaltmışdıq. Səsvermə keçirdik və üzvlük haqqını daha 2 milyon dollar azaltdıq”.

Baş nazir BMT-yə ödənilməyəcək məbləğin Xarici İşlər Nazirliyinə veriləcəyini və bu pulun İsrailə yaxınlaşmaq istəyən ölkələr ilə münasibətlərin qurulacağına xərclənəcəyini bildirib. 

 

 

    NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib