Dərc edilib: 31-03-2017

https://www.nuh.az/10091-.html

“Ştutqart”da işçilərin cərimələnməsi davam edir-FOTOFAKT

31.03.2017 15:09:12

Cəmiyyət

 

Xeyli  vaxtdır  “Ştutqart” mağazalar şəbəkəsində baş verən  neqativ hallarla bağlı  mətbuatda ciddi  iradlar səslənir.

 Mətbuata müraciət edən  şikayətçilər  300 000 (üç yüz min)  manat dəyərində olan əmlaklarının əllərindən hədə-qorxu ilə alınması barədə  iddialıdırlar.

NUH.az portalı olaraq  bu məsələni  araşdırmaqda qərarlıyıq.

Araşdırma nəticəsində  ciddi məlumatlar əldə etmişik. Və  “Ştutqart” mağazalar şəbəkəsində baş verən  neativ halları  oxucuların nəzərinə çatdırırıq.

Yeri gəlmişkən,  bir müddət öncə Kivnews.com portalı da “Ştutqart”la  bağlı ciddi bir sənəd yaymışdı. Həmin sənəddə iki işçinin etdiyi mübahisəyə görə bir neçə şəxsin töhmət aldığı, hətta maaşlarının bir hissəsi cərimə olaraq tutulduğu vurğulanırdı.

Bu gün  NUH.az-a şəbəkə ilə bağlı  yeni bir sənəd daxil olub.   “Ştutqart” MMC-nin direktoru Əfqan Abdullayevin imzası ilə təsdiqlənən həmin sənəddə işıqların yandırılmasına görə cərimə kəsilib. Bu zaman 3 nəfər işçi 100, 1 nəfər işçi isə 50 manat məbləğində cərimə olunub.

Şirkət iddia edə bilər ki, cərimələr daxili qərarla verilir və burada hansısa qanun pozuntusu yoxdur. Amma müxtəlif bəhanələrlə kütləvi şəkildə işçiləri cərimələmək, yolverilməzdir. Bu, sadəcə işçilər arasında sosial narazılıq yaratmaqdan başqa bir şey deyil.

Qeyd edək ki, hər kəs “Ştutqart” mağazalar şəbəkəsinin Milli Məclisə Masallıdan deputat seçilmiş Nəriman Əliyevə məxsus olduğunu bilir. Sadəcə olaraq millət vəkili hər bir sənədi bacısı oğlu Əfqan Abdullayevin adına rəsmiləşdirib. Və bu  yolla   ilə millət vəkili olaraq bizneslə məşğul olmadığını rəsmiləşdirib.

 

  NUH.az 

 

 

  

 

 

 

Kamran Meherremli adlı şəxsin şəkli.

NUH informasiya agentliyi səhifəsindən çap edilib