İbrahim Quliyevin də həmmüəllif olduğu kitab - İngilis dilində nəşr olundu
Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin təçkilatçılığı ilə hazırlanmış "Azərbaycan Multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabı ingilis dilində nəşr olunub.
Sözügedən kitab ilk dəfə 2015-ci ildə Azərbaycan dilində nəşr edilib. Kitab ən qədim dövrdən XX əsrin I yarısına qədərki mərhələdə Azərbaycan ədəbi-bədii fikrində multikultral dəyərlərin araşdırılmasına həsr edilib. Qeyd edək ki, kitabın müəllifləri AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Tarix elmləri doktoru, professor Fərid Ələkbərli və Filologiya üzrə fəlsəfə doktorları İbrahim Quliyev və Əkrəm Bağırovdur.
