Dərc edilib: 27-03-2017

https://www.nuh.az/10018-.html

“Anarın işləri ilə məşğul olmuram” - Ziya Məmmədov danışdı

27.03.2017 12:37:57

Cəmiyyət

 

Sabiq nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovun əmlakına məhkəmə qərarı ilə həbs qoyulması ilə bağlı məsələdən danışıb.

 Gununsesi.info   xəbər verir ki, informasiyadan xəbərsizdir: “Mən bilmirəm söhbət nədən gedir. Oğlumun fəaliyyəti, daha doğrusu işləri ilə məşğul olmuram. Ona görə də mən bu sualı cavablandıra bilməyəcəm”.
Xatırladaq ki, Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulması haqda məlumat yayılıb. Bu qərar “Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apelyasiya şikayətindən imtina edib.
  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib