Dərc edilib: 21-03-2017

https://www.nuh.az/10015-.html

Prezident qızına vəzifə verdi

21.03.2017 14:43:43

Dünya

Donald Tramp qızına vəzifə verir. 

35 yaşlı İvanka prezidentin yüksək səviyyəli müşaviri işləyəcək və atasına idarəetmə ilə bağlı müəyyən tövsiyyələr verəcək. İvanka Trampın vəkili bildirib ki, o bundan sonra atasının "gözü və qulağı" olacaq.

Ağ Evdə bir ofislə təmin ediləcək İvanka heç bir rəsmi ünvana sahib olmayacaq və maaş almayacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl kürəkəninə Ağ Evdə vəzifə vermişdi.

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib