SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu məhkəməyə üz tutdu – YENİ MƏHKƏMƏ BAŞLAYIR
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə Sabunçu Rayon Məhkəməsində barəsində verilmiş qətnaməsindən narazıdır. Orxan İsmayılzadə hesab edir ki, hakim Ruslan Mirzəliyevin sədrliyi ilə keçirilmiş prosesdə Fidan Abbasovanın ona qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddianın təmin olunması əsaslı deyil.
Hesab edir ki, illər öncə, 2017-ci ildə Sabunçu Rayon Məhkəməsində işə baxılarkən şikayətin qarşı tərəfin geri götürməsi işə yenidən baxılmasını istisna edir. Bu əsasla da Bakı Apellyasiya Məhkəməsinə Sabunçu rayon Məhkəməsinin qətnaməsindən şikayət verib.
Musavat.com xəbər verir ki, Fidan Abbasova uzun illərdir ki, qızı Nilin atasının Orxan İsmayılzadə olmasını sübut etməyə çalışırdı. Orxan İsmayılzadə qızı Nilə soyadını, adını verməkdən boyun qaçırır, uşağın saxlanılması üçün tələb olunan alimenti ödəməkdən də yayınırdı. Buna görə də Fidan Abbasova məhkəmə qaydasında Orxan İsmayılzadənin övladının atası olmasını sübut etmək məcburiyyətində qalıb.
Fidan Abbasova bu məqsədə çatmaq üçün illər öncə Sabunçu Rayon Məhkəməsinə iddia təqdim edib. Lakin iddiası üzrə yekun qərar verilmədən geri götürülüb.
Bu addımın səbəbini izah edən Fidan Abbasova bildirmişdi ki, 2017-ci ildə Sabunçu Məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin o zaman Mikayıl İsmayılov tərəfindən aldadılmaqla iddiası geri çəkilib. 7 il sonra, 2024-cü ildə Fidan Abbasova icraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alıb və iradəsi əksinə olan qərardadın ləğvini xahiş edib. Qərardad ləğv ediləndən sonra yenidən Sabunçu Rayon Məhkəməsində eyni predmet üzrə məhkəmə araşdırmaları başlayıb.
Məhkəmədə Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ilə faktiki nikahdan 05.05.2015-ci il təvəllüdlü Nil adlı qızı dünyaya gəlib. Buna görə də məhkəmədə övladının adının atasının (atalığının) Orxan İsmayılzadə olmasının müəyyən edilməsi və buna dair doğum aktı qeydinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Fidan Abbasovanın nümayəndəsi isə tələb edib ki, Orxan İsmayılzadədən əvvəli 17.01.2017-ci il tarixdən başlamaqla 05.05.2015-ci il təvəllüdlü Nil Orxan qızı Abbasovanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 2 min manat pul tutulsun. Nümayəndə məhkəmədə Orxan İsmayılzadə ilə Fidan Abbasovanın ailə qurması ilə bağlı fikirlərini belə əsaslandırıb: “Orxan Mikayıl oğlu İsmayılzadə 2012-ci ilin may ayında Fidan Abbasova ilə tanış olaraq ailə qurmaq qərarına gəlib və faktiki nikaha daxil olaraq birgə yaşamağa başlayıblar. Orxan İsmayılzadə özünün mobil nömrəsi 050-450-X0-X0 olduğu üçün ona da həmin nömrəyə uyğun olaraq 055-450-X0-X0 mobil telefon nömrəsi və digər əşyalar alıb. Təxminən 6 ay müddətində Bakı şəhərində yaşadıqları müddət ərzində dəfələrlə görüşüblər və faktiki nikah münasibətləri davam edib. Faktiki nikaha daxil olduqdan sonra cavabdeh ona Almaniya Respublikasına getməyi təklif edib. Bu məqsədlə “Viza” əldə edərək Almaniyaya gedib və özünün Münhen şəhərində yerləşən evində birlikdə yaşayıblar. Almaniyada yaşadıqları müddət ərzində bir sıra başqa ölkələrə səfərlər ediblər. Bu xüsusat Fidan Abbasova və Orxan İsmayılzadənin pasportlarında olan eyni tarixdə sərhəd buraxılış məntəqəsində aparılmış qeydlərlə təsdiq olunur.
Beləliklə, 2012-ci ilin may ayından 3 sentyabr 2016-cı il tarixədək Orxan İsmayılzadə ilə faktiki nikah münasibətlərində olublar. Faktiki nikahdan 5 may 2015-ci il tarixdə Nil adlı qızları anadan olub. Orxan uşağın atası olduğu halda, uşağın atası kimi yazılmasına dair ərizə verməyib, səbəbini onunla əsaslandırıb ki, onun valideynləri uşağın atası kimi yazılmasına razılıq vermirlər və hətta bununla əlaqədar atası onu döyüb. Nəticədə faktiki nikahdan 5 may 2015-ci il tarixdə anadan olmuş uşağın ata adından istifadə etmək hüququ pozulub”.
Orxan İsmayılzadə Fidan Abbasovanın iddiası əsasında başladılan məhkəmə proseslərinə gəlməkdən boyun qaçırıb. Məhkəmənin təyin etdiyi “atalığın müəyyən edilməsinə dair” ekspertizadan da keçməkdən yayınıb.
Məhkəmə iddiaçını və iş materiallarında olan sənədləri araşdırmaqla iddianın qismən təmin edilməsinə dair qətnamə verib.
Qətnamədə yazılır:
- AZE seriyalı, 11667989 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasova Nil 05.05.2015-ci il tarixdə doğulub. Atası qrafasında Abbasov Orxan qeyd olunub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin məcəllənin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 nömrəli, 12.07.2024-cü il tarixli qərardadına əsasən, 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının ata mənşəyinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi-genetik ekspertiza təyin edilib, lakin cavabdeh ekspertizanın keçirilməsində iştirak etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İsmayılzadə Orxan Mikayıl oğlu ekspertizanın keçirilməsində iştirak etməkdən qərəzli olaraq yayındığından, qanunvericiliyin tələblərinə uyğun olaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının atası olması müəyyən edilməlidir. Belə ki, cavabdeh faktiki olaraq iddiaçı ilə birgə münasibətindən doğulmuş uşağın bioloji atası olduğunu dolayısı ilə etiraf edir və bunun əksini sübut edəcək hər hansı dəlil təqdim edə bilmir. Əksinə, məhkəmə onu da nəzərə alır ki, Orxan İsmayılzadənin 2015-ci il təvəllüdlü Abbasova Nilin atası hesab edilməsi üçün yeganə əsas onun ekspertizanın keçirilməsindən yayınması deyil, iş materiallarında olan tərəflərin bir ailə kimi bir yerdə yaşaması, müxtəlif vaxtlarda müxtəlif xarici ölkələrdə olması, faktiki nikahlarından doğulmuş uşaqla birgə çəkilmiş foto və video görüntüləri ilə də öz təsdiqini tapır. Həmçinin, iddia tələbi alimentin tutulması ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilməlidir”.
Məhkəmənin aliment tələbi ilə bağlı mövqeyi isə Orxan İsmayılzadənin imkanlarını əks etdirən sənədlərlə uyğun görünmür:
“Aliment məbləğinin miqdarı ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İş materiallarında cavabdeh Orxan İsmayılzadənin gəlirinin olması barədə məlumat olmasa da, elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən, mülkiyyətində daşınmaz və daşınar əmlaklar mövcud olduğundan, yəni cavabdehin maddi vəziyyəti nəzərə alınaraq hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasını qanuni və ədalətli hesab edir.
Qanunvericiliyin tələbindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilən zaman tərəflərin maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının şifahi vəsatəti əsasında məhkəmənin 20.09.2024-cü il tarixli elektron sistem vasitəsi ilə əldə etdiyi məlumata əsasən, cavabdehin mülkiyyətində qeydiyyat nömrəsi 11170860XX olan, 010011001574-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11191275XX olan, 009011001446-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11160783XX olan, 004011000770-051XX- 0930XX reyestr nömrəli mənzil, qeydiyyat nömrəsi 11190193XX olan, 007011004799- 103XX reyestr nömrəli fərdi yaşayış evi, qeydiyyat nömrəsi 11241197XX olan, 008011002025-051XX-0930XX reyestr nömrəli mənzil, 2008-ci il istehsalı ağ rəngli, “Hummer H3 Alfa” minik markalı və 2017-ci il istehsalı göy metalik rəngli, “Porsche Panamera Turbo” minik markalı nəqliyyat vasitəsi olması müəyyən olunub.
Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlunun 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının atası olması müəyyən edilməli və iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 19.09.2024-cü il tarixdən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilməlidir.
Cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlu iddiaçı Abbasova Fidan Loğman qızının 05.05.2015-ci il təvəllüdlü uşağı Abbasova Nil Orxan qızının atası olması müəyyən edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19.09.2024-cü il tarixdən hesablanaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilsin. Hazırkı qətnamə 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızına “soyad” qrafasında İsmayılzadə, “ata” qrafasında milliyyəti azərbaycanlı olan İsmayılzadə Orxan Mikayıl oğlu qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 2024 00:17
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 2024 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 2024 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54