Sirri 1945 ildən sonra açıldı: Bu insanlar kimdir? (ARAŞDIRMA)
İdman10 noyabr 2024 16:43
İtalyan yazıçısı İtalo Kalvino deyir ki, insanın həyatı hadisələr toplusudur və son hadisə bütünün mənasını dəyişə bilər. Belə bir böyük hadisə eramızın 79-cu ilində baş verib...
Qaynarinfo xəbər verir ki, Vezuvi vulkanının püskürməsi ilə dağın ətəyində yerləşən Pompeyə göydən ponza daşları yağıb. Zəlzələlər yeri silkələyib. Binalar və damlar dağılıb. Kül, qaz və qayalardan ibarət maye maqma qısa müddətdə şəhəri yandırıb. Pompey 6 metr dərinlikdə kül və lava yığını ilə örtülüb.
Bu fəlakətdə həyatını itirən yüzlərlə insanın cəsədi ətrafa yığılmış dağıntı qalaqları arasında olduğu kimi qalıb. Aradan keçən əsrlər ərzində yumşaq toxumalar çürüdükcə, insan istehsalı heykəlləri xatırladan mükəmməl şəkildə qorunan içi boş qəliblər geridə qalıb.
1863-cü ildən başlayaraq arxeoloqlar bu qəlibləri gipslə doldurmağa və fəlakət zamanı qurbanların yaşadıqlarının surətini çıxarmağa başlayıblar. Bu prosesdə qurbanların iki qrupu xüsusilə seçilib.
Onlardan birində bir uşaq və iki böyük var. Böyüklərdən birinin qolundakı ornament diqqət çəkir. Bu adamın qucağında diz üstə uzanmış kimi görünən uşaq var. Qolundakı bilərziyə və uşağı tutma tərzinə görə belə hesab olunur ki, bunlar ana və körpə deyilə biləcək yaşdakı oğludur.
Digər tərəfdən, bir-birini sevgi ilə qucaqlayan iki bədəndən ibarət qrup iki gənc qız adlanır. Onların iki bacı və ya gənc ana və qızı olduğuna inanılır.
Fəlakət zamanı Pompey əhalisinin təxminən 20.000 nəfər olduğu təxmin edilir və bu insanların təxminən 10 faizi Vezuvi vulkanının püskürməsi nəticəsində həyatını itirib.
Pompey xarabalıqlarında ilk sistemli qazıntılar 1748-ci ildə başlayıb, lakin arxeoloq Cüzeppe Fiorellinin təyin olunduğu 1860-cı ilə qədər çox irəliləyiş əldə edilməyob. Bu günə qədər Fiorelli tərəfindən hazırlanmış gips texnikasından istifadə edilməklə 104 Vezuvi qurbanının gipsləri hazırlanıb.
Arxeoloqların bu qəliblərin yerləri və mövqeləri ilə bağlı şərhləri və proqnozları sonrakı illərdə ədəbiyyatdan tutmuş Hollivud kinosuna qədər bir çox dramatik əsərin mövzusu olub. Bununla belə, elm və texnologiyanın müasir inkişafı bu qruplar haqqında bütün proqnozları təkzib edib.
Cümə axşamı günü "Current Biology" elmi jurnalında dərc edilən araşdırmada qəliblərin içərisində qalan skelet qalıqları üzərində edilən DNT testləri bu insanların şəxsiyyətləri və aralarındakı əlaqələrlə bağlı fərziyyələrin heç birinin doğru olmadığını ortaya qoyub. Nəticələr mütəxəssisləri də təəccübləndirib.
104 nümunədən 14-nə fokuslanan araşdırma Harvard Universitetindən genetik Devid Reyx və Florensiya Universitetindən antropoloq David Karamelli də daxil olmaqla bir qrup alim tərəfindən aparılıb.
2015-ci ildə gipslər bərpa olunarkən sümük parçalarına çatmağı bacaran Karamelli əvvəlcə bu parçalardan DNT nümunələri əldə edə biləcəklərinə şübhə ilə yanaşıb. Bununla belə, səylər nəticə verib və anadan uşağa ötürülən genetik məlumat olan mitoxondrial DNT-nin deşifrə edilməsində uğur əldə edilib.
Buna görə, daha əvvəl ana və oğul olduğu düşünülən iki şəxsin biri yetkin, digərinin uşaq olmaqla iki kişi olduğu və aralarında heç bir bioloji bağ olmadığı müəyyən edilib. Başqa sözlə, dörd nəfərlik qrupun hamısı kişilərdən ibarət olub.
Daha da əhəmiyyətlisi, mövcud fikrin əksinə olaraq, bu dörd nəfərdən üçünün arasında heç bir qohumluq əlaqəsi tapılmaıyb, dördüncüsünün isə digərləri ilə heç olmasa ana tərəfdən qohum olmadığı müəyyən edilib.
Məlumatların təhlil edildiyi Harvard Universitetinin laboratoriyasında çalışan genetikçi Alissa Mittnik deyib: "Arxeoloqların bu 4 nəfərin "nüvə ailəsi" olduğuna dair proqnozlarını açıq şəkildə təkzib etdik. Bununla belə, əlbəttə ki, bu insanların kim olduğunu bilmirik və onların arasında necə bir əlaqənin olması barədə qəti bir şey deyə bilmərik. Ola bilsin ki, bu adamlar qulluqçu və ya qul olublar, ya da uşaqlar eyni evdə yaşayan qulluqçuların və ya qulların uşaqları olub".
Digər tərəfdən, genom sıralama tədqiqatları ilə ana-qız və ya qardaş olduğu düşünülən iki gənc qızdan ən azı birinin kişi olduğu təsdiqlənyib: "Burada deyə bilərik ki, onlardan biri genetik olaraq kişidir və aralarında analıq əlaqəsi yoxdur".
Bir-birini qucaqlayan insanlar haqqında danışan Mittnik deyib: "Roma İmperiyası dövründə övladlığa götürmə çox yayğın bir adət olduğundan, bu insanların bir-birlərini qardaş kimi görmələri mümkündür. Bir daha deyirəm, bu, şəkildəki ən aydın və ya ən dərin izahatın elmi məlumatlara uyğun gəlmədiyi bir haldır".
Sirlər villası kimi tanınan varlı ailənin otağında təkbaşına tapılan şəxsin kişi olduğu da təsdiqlənib.
Pompeylilər haqqında ən təəccüblü şeyin genetik müxtəliflik olduğunu vurğulayan Mittnik bunun Roma İmperiyasının kosmopolit quruluşunu əks etdirdiyini bildirib. Alim bu quruluşun köçlər, köləlik, fəthlər və ticarət kanalları ilə formalaşdığını vurğulayıb. Əslində, fəlakət zamanı Roma İmperatorluğunun ticarət yolları Şimali Afrikadan Asiyaya qədər geniş bir coğrafiyanı əhatə edib. İnsanlar Romaya bəzən öz seçimi ilə, bəzən də zorla köçürülüblər:
"Genom strukturlarını yarada bildiyimiz insanların bəzilərinin genetik irsi Şərqi Aralıq dənizi insanlarına bənzəyir. Bu insanların genomları Egey və ya Levant bölgəsindəki insanlarla uyğunlaşa bilər. Ona görə də bu rayonlardan yeni köçmüş insanlar və ya keçmişdə köçmüş insanların nəvələri ola bilər".
Əvvəllər də Romanın kosmopolit quruluşa malik olduğu məlum idi, lakin Pompeydə oxşar vəziyyətin yaranması tədqiqatçıların proqnozlarını təsdiqləyib. Vyana Universitetinin təkamülçü antropoloqu Ron Pinhasi deyib: "Nəticələr miqrasiyanın bütün imperiyada geniş vüsət aldığını və kosmopolit olduğunu təsdiqləyir".
Valensiya Universitetinin tədqiqatçısı Canni Qallello genetik miras məlumatları insanların qohum olmadığı faktı ilə birləşdirildikdə, qurbanların Roma İmperiyasının müxtəlif yerlərindən Pompeyə göndərilən qullar olma ehtimalının ortaya çıxdığını bildirib: "Yeni məlumatlara sahib olmaq hər zaman yaxşıdır. Bu şəkildə Pompey əhalisinin tarixi ilə bağlı bir daha yeni bir yol açıldı".
Devid Reyx isə bildirib ki, bu araşdırmanın ən mühüm nəticələrindən biri keçmişi xarici görünüşlərə əsaslanaraq yenidən qurmağın yanlış oldunu göstərməsidir: "Nəticələr keçmiş hadisələr haqqında nə qədər az məlumatlı olduğumuzu göstərir. Bu yeni elmi aləti götürüb istifadə etdikdə görürsən ki, fantastikadan nə qədər fərqli faktlar var. Nəticələr sizə göstərir ki, keçmiş kəşf edilməmiş bir dünyadır, həqiqətən yaddır və həqiqətən də fərqlidir. Bəzən gördüyünüzü düşündüyünüz şey əslində baş verənlər deyil".
Kopenhagen və Tor Verqata Universitetlərində çalışan genetik Qabriel Skorrano "The New York Times" və "The Washington Post" üçün iştirak etmədiyi araşdırmanı qiymətləndirib. Skorrano zərgərlik məmulatları taxmağın qadınlara xas bir davranış olduğunu və cinsiyyətlə bağlı ön mühakimələrin də şübhə altına alındığını vurğulayaraq "Bu tapıntılar bu məşhur ev haqqında bildiklərimizi tamamilə yenidən formalaşdırır" deyib.
Skorrano əlavə edib ki, genetik testlərlə əldə edilən tapıntılar Böyük Pompey Layihəsi çərçivəsində həyata keçirilən və 2017-ci ildə ictimaiyyətlə paylaşılan ilk analizlərin nəticələrini təsdiqləyir və gücləndirir. Böyük Pompey Layihəsi 8 illik proqram, tarixi məkanın ən çox təhlükə altında olan elementlərini təmir etmək və sabitləşdirmək məqsədi daşıyıb.
Bu təşəbbüs çərçivəsində Sidney Universitetindən arxeoloq Estell Lazer tərəfindən aparılan tibbi görüntüləmə tədqiqatları qəliblərlə bağlı bir çox şəhər əfsanəsinin yalan olduğunu ortaya çıxarıb. Məsələn, əlində bir çanta dolusu sədəqə olan dilənçi olduğu güman edilənin yeniyetmə olduğu üzə çıxıb.
Hamilə qadın olaraq bilinən modelə tətbiq edilən CT taramalarında bu şəxsin hamilə olmadığı və hətta qadın olmaya da biləcəyi təyin olunub. Mütəxəssislər qarın nahiyəsində şişkinliyin səbəbinin parça yığını ola biləcəyini irəli sürüb. Digər tərəfdən, bu taramalar Pompey qurbanlarının bəzilərinin ölüm səbəbinin boğulma deyil, baş yaraları ola biləcəyini də ortaya qoyub.
Estell Lazer yeni araşdırma ilə bağlı bu açıqlamaları verib: "Keçmiş araşdırmalar ikinci dərəcəli dəlillərə və səthi araşdırmalara əsaslanaraq, qurbanlar haqqında real həyat və ölümlərinə çox da bənzəməyən hekayələr hazırlayırdı. Elm qurbanların real həyatlarını ortaya çıxarmağa kömək edir. Bu, hekayələr danışarkən onlardan rekvizit kimi istifadə etməkdən daha çox şeydir Bu, daha hörmətli bir yanaşmadır".
Aydın
Oxşar xəbərlər
- AZAL təyyarəsinin qara qutuları Braziliyaya çatdırıldı: Araşdırmalar dərhal başladı
4 yanvar 2025 00:37
- Narinin öldürüldüyü kəndin imamı vəzifəsindən uzaqlaşdırıldı
3 yanvar 2025 22:22
- Yeni il gecəsi bir ailə TORT YEYİB ÖLDÜ
3 yanvar 2025 19:13
- Osmanlı İmperiyasının ən güclü qadın sultanları: Tarixdə iz qoyan 10 güclü qadın sultan
3 yanvar 2025 17:55
- Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
3 yanvar 2025 16:24
- Qazaxıstanın hazırkı prezidenti Nazarbayevi sərt TƏNQİD ETDİ
3 yanvar 2025 15:58
- Şaxta baba iş adamını güllələdi - FOTO
3 yanvar 2025 14:21
- Həlak olan ekipaj üzvlərinin ailələrinə nə qədər Prezident təqaüdü veriləcək?
3 yanvar 2025 14:06
- Millət vəkili Əli Məsimlinin doğum günüdür
3 yanvar 2025 13:30
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
2 yanvar 2025 19:53
Xəbər lenti
- AZAL təyyarəsinin qara qutuları Braziliyaya çatdırıldı: Araşdırmalar dərhal başladı
04 yanvar 00:31
- Məcnun Məmmədovun yaxın kadrı həbs edildi: YARIM MİLYON YEYİNTİ
03 yanvar 23:27
- Narinin öldürüldüyü kəndin imamı vəzifəsindən uzaqlaşdırıldı
03 yanvar 22:22
- Yeni il gecəsi bir ailə TORT YEYİB ÖLDÜ
03 yanvar 19:13
- Osmanlı İmperiyasının ən güclü qadın sultanları: Tarixdə iz qoyan 10 güclü qadın sultan
03 yanvar 17:55
- Bakının bu rayonlarında 13 SААT SU olmayacaq
03 yanvar 17:06
- Elvin Könülü öldürəndən sonra dönər satmağa gedib DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
03 yanvar 16:24
- Qazaxıstanın hazırkı prezidenti Nazarbayevi sərt TƏNQİD ETDİ
03 yanvar 15:58
- Şaxta baba iş adamını güllələdi - FOTO
03 yanvar 14:21
- Həlak olan ekipaj üzvlərinin ailələrinə nə qədər Prezident təqaüdü veriləcək?
03 yanvar 14:06
- Millət vəkili Əli Məsimlinin doğum günüdür
03 yanvar 13:30
- Zelenski Avropaya ultimatum verdi
03 yanvar 12:11
- Gələn həftə bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayır
03 yanvar 11:53
- Aliment borcu hansı hallarda SİLİNİR?
03 yanvar 00:34
- Ferdi Tayfur vəfat etdi
02 yanvar 21:55
- Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
02 yanvar 20:56
- Zaqatalada itlər kütləvi şəkildə güllələnib
02 yanvar 19:53
- Agentliyin sədr müavinini döyən QAZİ-yə 2 İL CƏZA VERİLDİ
02 yanvar 17:29
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
02 yanvar 17:00
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
02 yanvar 15:12
- Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində
02 yanvar 13:41
- Natiq Qasımovun doğum günüdür
02 yanvar 13:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
02 yanvar 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
02 yanvar 12:01
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
02 yanvar 11:53
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 11:41
- Lalə Şövkət siyаsətə qаyıdır
02 yanvar 00:10
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
01 yanvar 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
01 yanvar 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
01 yanvar 14:37
Video & Fotoqalereya
Video
Fotoqalereya