AQTA-nın Gəncə-Daşkəsən RB-nin rəisi Vüqar Zeynalov sahibkarlara necə qənim kəsilib ?
İlk öncə onu qeyd edək ki, QİDA TƏHLÜKƏSİZLİYİ müasir dünyada MİLLİ TƏHLÜKƏSİZLİYİN ən vacib sahələrindən biridir.
Bunu nəzərə alan cənab Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıb.
Təəssüf ki, cənab Prezidentin bu xoşməramlı, mühüm qərarı AQTA-nın bəzi vəzifəli şəxsləri, konkret desək AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsinin rəisi Vüqar Zeynalov tərəfindən öz şəxsi maraqlarına yönəldi.
Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regional Bölməsi sahibkarlıq fəaliyyətinə ciddi maneələr törədir.
Son günlər ölkənin tanınmış media qurumları ( Hurriyyet.Az və digərləri ) Yerli.media saytına istinadla yazırlar:
Sahibkarların sözlərinə görə, regional bölmənin əsas hədəfi xüsusilə kiçik sahibkarlıqla məşğul olanlardır.
Sahibkarlar deyir ki, bölmənin rəisi Vüqar Zeynalovun göstərişi ilə yersiz olaraq sahibkarlar inzibati məsuliyyətə cəlb edilir.
Lakin müəyyən obyektlər var ki, onlar toxunulmazdır. Vüqar Zeynalovun himayəsi altında olan həmin müəssisələrdə hər hansı yoxlama, reyd aparılmır.
Bu arada "Quseynoff" şirkətinin də Vüqar Zeynalovun hədəfinə gəldiyi barədə mediada məlumat yayılıb.
Məlumatı dəqiqləşdirmək üçün şirkətin rəhbəri Emin Hüseynovla əlaqə saxlamışıq.
Emin Hüseynov bu məlumatla yanaşı, sahibkarların iddialarını da təsdiqləyib:
"Faktiki olaraq AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa maneələr törədilir. Konkret olaraq bizimlə bağlı məsələyə gəlincə, "Quseynoff" şirkətinin məhsulları bütün standarlara cavab verir. Biz hələ məhsulları satışa buraxmamışdan əvvəl Vüqar Zeynalov həmin məhsullara baxış keçirib və heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, şirkətimiz regional bölmənin hədəfindədir. Mən bundan əvvəl rəhbərlik etdiyim şirkətlərdə oxşar hallarla üzləşmişəm. Eləcə də "Quseynoff"MMC, daha sonra "DEMONN" MMC ilə qəsdən problem yaradırlar", - deyə Emin Hüseynov bildirib.
Beləliklə, aydın olur ki, AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi qida təhlükəsizliyi adı altında sahibkarlara qarşı səlib yürüşünə başlayıb.
Bir neçə gün əvvəl Gəncədə 15 nəfərin, ondan əvvəl isə 105 nəfərin zəhərləndiyi barədə məlumat yayılmışdı. Məlum olmuşdur ki, yas məclisində zəhərlənən şəxslər Gəncədə istehsal olunan qida məhsullarından zəhərlənib. Görəsən, cənab Vüqar Zeynalov hara baxırmış ?
İndi isə keçək Vüqar Zeynalovun əməlləri ilə bağlı NUH.az-a daxil olan son məlumatlara.
Sahibkarlar deyir ki, Gəncə şəhərində, “Mərkəzi bazar” ətrafında , yeni “Grand Kavkaz “ bazar ətrafı və şəhərin bir cox yerlərində “içalat kababı “ adıyla antisanitariya şəraitində, yerdə , beton , asfalt üstündə su şlanqı ilə yuyulub, sonra acıq havada kabab adı ilə əhaliyə satılan natəmiz içalati AQTA görməzliyə vurur. Çünki bu obyektlər Vüqar Züynalovun maddi-maraq dairəsinə daxildir.
Şəhər mərkəzində peraşki satan köşklərin çoxu həftələrlə yanmış yagı dəyişmədən istifadə edirlər.
Vuqar Zeynalov cənabları bunları niyə görmür, daha doğrusu, görmək istəmir ?
Vüqar Zeynalov əməkdaşlarını ancaq o obyektlərə göndərir ki, o obyektlərin sahibi olan sahibkarlar ona “aylıq” vermirlər.
Narazı sahibkarlar onu da qeyd edir ki, Vüqar Zeynalovun yoxlamaya gələn əməkdaşları restoranlara, kafelərə adi geyimdə daxil olurlar, nə steril papaq, nə əlcək, nə bahil və s istifadə etmirlər.
AQTA əməkdaşlarının mətbəx zonaya adi iş paltarında daxil olması qadağandır. AQTA əməkdaşları özləri bu qaydanı pozurlar.
Bu bir daha onu göstərir ki, Vüqar Zeynalovun əməkdaşları AQTA-nın qaydalarını kobud şəkildə pozurlar.
Bunlar hələ harasıdır ?
Qaydaya uyğun olaraq müəssisəyə yoxlama ilə bağlı 5-10 gün əvvəl bildiriş gəlmədən, Vüqar Zeynalovun əməkdaşları obyektə “qoçu dəstəsi” kimi, aqressiv şəkildə daxil olurlar, sanki basqın edirlər. Və sahibkarlarda xof-qorxu yaratmaq üçün KAMERA ilə çəkiliş edirlər, yalandan deyirlər ki, guya baş verənləri AQTA rəhbərliyi izləyir. Yoxlama zamanı sahibkarlar özləri çəkiliş etmək istəyəndə isə AQTA-nın "qoçuları" aqressivləşir, yoxlamanı dayandırıb, hədə-qorxuya keçirlər ki, sahibkar çəkilişi dayandırsın.
Və bu yolla sahibkarları qorxu, təzyiq altında saxlayırlar.
Məqsəd sahibkarlardan PUL ALMAQDIR. Bunun başqa adı yoxdur.
Sahibkarlar haqlı olaraq onu da qeyd edirlər ki, bircə dəfə də olsun, AQTA-nın əməkdaşları xoş niyyətlə obyektlərə daxil olub, maarifləndirici, profilaktik söhbətlər aparmır, problemləri aradan qaldırmağın yollarını göstərmirlər. Ancaq və ancaq təzyiq və repressiv formada, yekəxana hərəkətlə sahibkarları “yükləməyə” çalışırlar. Və sahibkarların qanunları bilməməsindən sui-istifadə edərək böyük inzibatı cəzalar, böyük məbləğdə və dərhal ödənilməli cərimələr tələb edirlər.
Sahibkarlar deyir ki, Vüqar Zeynalov rəisi olduğu şöbədə də özünü eyni qaydada aparır və əməkdaşlarına qışqıraraq deyir ki, mən təzə təyin olunmuşam…xərcim çox çıxıb…AQTA məndən plan tələb edir…çıxın küçələrə…gələndə əli dolu gəlin…əks halda sizi yararsız kadr kimi işdən qovacam və s…
Bax, cənab Vüqar Zeynalovun iş metodu budur.
Ən dəhşətlisi odur ki, Vüqar Zeynalovun qanunsuz yoxlamaları bitmək bilmir.
Belə ki, şəffaf yoxlama tələb edən sahibkarların obyektlərində yoxlama bitdikdən 1-2 ay sonra yenidən yoxlama başlayır. Bu isə sahibkarların fəaliyyətinə maddi və mənəvi zərbə vurur.
Sahibkarlar sonda qeyd edir ki, onlar cənab Prezidentin siyasətini dəstəkləyirlər, dövlət başçısının sahibkarlara qayğısını alqışlayırlar. Və xahiş edirlər ki, Vüqar Zeynalovun qanunsuz əməlləri müvafiq dövlət qurumları tərəfindən araşdırılsın və layiq olduğu cəzanı alsın.
Sahibkarlar sonda təklif edir ki, Gəncə-Daşkəsən bölgəsində AQTA-nın fəaliyyəti ilə bağlı sahibkarlar arasında şəffaf və gizli sorğu keçirilsin və onda həqiqət ortaya çıxacaq.
P.S. NUH.az-ın əməkdaşı yazılanlara aydınlıq gətirmək üçün Vüqar Zeynalovla telefon əlaqəsi saxlayıb. O, bildirib ki, AQTA rəhbərliyinin icazəsi olmadan heç nə deyə bilməz.
- Minnixanov Əliyevə orden təqdim etdi - Foto
23 oktyabr 2024 15:34
- Prezident Rusiyadadır
23 oktyabr 2024 12:40
- Dönərxanalar cəmiyyətin bəlasına çevrilib - ŞOK AÇIQLAMA
23 oktyabr 2024 12:23
- Gəncənin və iki rayonun prokuroru dəyişdi
23 oktyabr 2024 11:24
- DÖNƏR-lə bağlı YENİ QƏRAR
23 oktyabr 2024 11:11
- Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
23 oktyabr 2024 01:45
- Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - Fotolar
22 oktyabr 2024 22:00
- Musa Qasımlı vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
22 oktyabr 2024 11:14
- Ərini öldürdü, amma həbs olunmadı - Bakıda idmançının qətlinin TƏFƏRRÜATI
22 oktyabr 2024 10:29
- Putinə dedim ki, dostuq, amma Moskvanı vuracam - Tramp
22 oktyabr 2024 01:02
- Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: 50 YAŞADƏK KİŞİLƏR ....
24 oktyabr 00:08
- Ermənistandan GÖZLƏNİLMƏZ reaksiya: Türkiyədəki TERAKTI ...
23 oktyabr 23:16
- Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı
23 oktyabr 23:08
- 105 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı - Pivə və evlənməmək
23 oktyabr 22:25
- Ağadadaş Ağayev 450 MİN TƏLƏB EDİR - Məhkəməyə gəlmədi
23 oktyabr 21:42
- ƏMƏKDAR MÜƏLLİM və XANIMI NİYƏ ÖLDÜRÜLDÜ ?
23 oktyabr 21:28
- Putin Ərdoğanla görüşdü: Ərdoğana başsağlığı verdi
23 oktyabr 20:49
- Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb
23 oktyabr 20:10
- Təcili yardımın sürücüsü qətlə yetirildi - FOTO
23 oktyabr 19:14
- Ehtiram Hüseynov istefa verib, Bakıdan köçdü
23 oktyabr 18:26
- Belarusda prezident seçkilərinin tarixi açıqlandı
23 oktyabr 17:44
- SON DƏQİQƏ! Türkiyədə DƏHŞƏTLİ TERROR - Ölən və yaralananlar var
23 oktyabr 17:34
- Minnixanov Əliyevə orden təqdim etdi - Foto
23 oktyabr 15:34
- Tuneldə seldə boğulub ölən Elnurla Köçəri DƏFN EDİLDİ
23 oktyabr 15:03
- 1 həftə ərzində İranda 35 məhbus EDAM EDİLİB - Siyasi məhbuslar aksiya keçirir
23 oktyabr 14:14
- Bu gün də Ramiz Mehdiyev və onun ətrafı Rolls-Royce-da, Maybach-da gəzirlər, nə üçün? — Aslan İsmayılov
23 oktyabr 13:52
- Hərbçimiz qəzada öldü
23 oktyabr 13:38
- İşsiz qadın vəfat edən həyat yoldaşının pensiyasını ala bilərmi?
23 oktyabr 13:32
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ
23 oktyabr 13:10
- Prezident Rusiyadadır
23 oktyabr 12:40
- Dönərxanalar cəmiyyətin bəlasına çevrilib - ŞOK AÇIQLAMA
23 oktyabr 12:23
- Səlim Müslümovun oğlu yenidən məhkəmə qarşısında
23 oktyabr 12:10
- MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...
23 oktyabr 12:01
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:55
- BRAVO qatığa görə 4 min manat cərimələndi
23 oktyabr 11:45
- Gəncənin və iki rayonun prokuroru dəyişdi
23 oktyabr 11:24
- DÖNƏR-lə bağlı YENİ QƏRAR
23 oktyabr 11:11
- Deputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ
23 oktyabr 10:59
- Bakıda DƏHŞƏT: Aktyor və arvadı qətlə yetirildi - FOTO
23 oktyabr 10:50
- Dövlət Baxçalı Öcalanla bağlı bu sözləri dedi
23 oktyabr 02:19