Deyirdi, evinizi partladacam – Azərmaş sədri məhkəmədə ölümlə hədələnməyindən DANIŞDI
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundova qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçirilib.
Musavat.com xəbər verir ki, keçirilən prosesdə ittiham aktı elan olunub.
Bundan sonra təqsirləndirilən şəxs və zərərçəkmiş ifadə veriblər.
İttihama görə, “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundovu və yaxınlarını öldürməklə hədələyərək ondan 100 min manat tələb ediblər. Əvvəldən tanıdığı, lakin yaxın münasibəti olmadığı Əhməd Əhmədov onu şantaj edib. İstintaq sənədlərinə görə, Əhməd Əhmədov Emin Axundova bir neçə dəfə SMS göndərib. Yüz min manat verməyəcəyi halda onun özünə, ailəsinə zor tətbiq edəcəyini, öldürəcəyini deyib və evlərini əl qumbarası ilə partladacağıyla hədələyib.
Hədə-qorxu dolu mesajlardan sonra Emin Axundov Əhməd Əhmədova 10 min manat verməyə razılaşıb. O, həmin pulun min manatını Əhməd Əhmədovun dostunun kart hesabına göndərib. Daha sonra isə 9 min manatı verəcəyini deyib. Lakin Emin Axundov Əhməd Əhmədovun çoxsaylı hədə-qorxularına tab gətirə bilməyib və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.
İdarənin keçirdiyi xüsusi əməliyyat nəticəsində Əhməd Əhmədov cinayət başında yaxalanıb. Şərti olaraq Emin Axundovun sürücüsü qismində iştirak edən polis əməkdaşı Əhməd Əhmədovla görüşüb, 9 min manatı ona verib. Əhməd Əhmədov pulu götürdükdən sonra uzaqlaşmaq istəyən zaman saxlanılıb.
İstintaq orqanı tərəfindən Əhməd Əhmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əhməd Əhmədov bildirib ki, Emin Axundovu bankda filial müdiri işləyən vaxtdan tanıyıb. Qeyd edib ki, Emin Axundova hədə-qorxu gəlməyib, onu bu hərəkətləri etməyə Emin Axundovun qardaşının əməli məcbur edib:
“Emin Axundovun qardaşı Eldar Axundovun bağ evində işləmişəm. Onun itlərini yemləmişəm. Bundan əlavə, bağ evində başqa işlər də görmüşəm. Eldar mənim ümumilikdə 40-50 min manat təşkil edən zəhməthaqqımı verməyib”.
Əhməd Əhmədov bildirib ki, Eldar Axundovun borcunun əvəzini onun qardaşı Emin Axundovdan çıxmaq qərarına gəlib:
“Bu səbəbdən onu hədələyərək 100 min manat tələb etmişəm. Mən Eminin ailəsini 90-cı ildən tanıyıram. Anası Rəna xanım, atası Faiq əmi də məni yaxşı tanıyır. Mən bunlardan maşın almışam, problem çıxıb. Qardaşı Eldarın yanına gəlmişəm. Ona demişəm ki, nəyi necə edək... O da deyib ki, 1600 manat vermisən, neçə ayda lizinq vermisənsə, onu da qaytararam. 2017-ci ildən pulumu ala bilmədim”.
Məhkəmə iclasında iş üzrə zərərçəkmiş “Azərmaş” ASC İdarə Heyətinin sədri Emin Axundov ifadə verib.
O bildirib ki, Əhməd Əhmədovla nə özünün, nə qardaşının şəxsi ədavəti, yaxın işbirliyi olub:
“Əhmədi 10 il əvvəl vətəndaş kimi qəbul etdik. O zaman “Nikoyl” Bankın müdiri vəzifəsində çalışırdım. Mənə sosial vəziyyətinin pis olduğunu dedi. Ona 50 manat verdim. Mənə dedi ki, sizə hədiyyə gətirəcəm və buna görə nömrəmi istədi. Mən də ona mobil telefon nömrəmi verdim”.
Emin Axundov qeyd edib ki, daha sonra Əhməd Əhmədov ona hədə-qorxu gəlməyə başlayıb:
“Təxminən 10 ildən sonra mənə mesaj yazaraq pulumu qaytarın dedi. Dedi ki, sənin qardaşının bağında iş görmüşəm və sizin mənə 40 min manat borcunuz var. Üstündən bir neçə gün keçdikdən sonra dedi ki, 40 min yox, 100 min borcunuz var. Mən onun bu cür təhqiramiz mesajlarından sonra hüquq-mühafizə orqanlarına müraciət etdim. Qardaşım servis müdiridir”.
Zərərçəkmiş bildirib ki, Əhməd Əhmədov daha sonra onun qardaşının yanına tez-tez gedib:
“Bu hadisələrdən sonra bildim ki, qardaşımın itinə baxıb. Ona dedim ki, əgər borc varsa, gəl haqq-hesab edək. Həmin ərəfədə onun kartına 1000 manat göndərdim. Daha sonra 10 min manata razılaşdıq. Onun nömrələrini bloka atırdım, lakin müxtəlif nömrələrdən zəng etməyə başladı. Mənə dedi ki, bilirik, oğlun İngiltərədə oxuyur. Bunu deməklə hədə-qorxu gəlirdi. Deyirdi, evinizi partladacam”.
Emin Axundov qeyd edib ki, Əhməd Əhmədovdan şikayətçidir, məhkəmədən ona ən ağır cəza təyin edilməsini istəyir.
Qeyd edək ki, zərərçəkmiş Emin Axundov 15 il bank sektorunda rəhbər vəzifələrdə çalışıb. Hazırda kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədridir.
Növbəti proses oktyabrın 3-də davam edəcək.
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 2024 12:56
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 2024 19:38
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 2024 14:49
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 2024 13:22
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 2024 11:54
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Azərbaycanda 4 günlük iş həftəsi ola bilərmi? - Millət vəkili Elşad Musayev
17 dekabr 2024 22:31
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
- Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: SENSASİON tədqiqat
20 dekabr 11:41
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 20:50
- İş adamı Məhərrəm Novruzov da ağac kəsiminə görə məhkəməlik oldu
19 dekabr 19:15
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 18:49
- Qafar Dəmirçinin atası üzr istədi - Yaşıllığı məhv edənlərə daha bir dərs- VİDEO
19 dekabr 18:17
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 11:27
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 11:11