Pezeşkiandan İNQİLABİ ADDIM - Bu QƏRAR ləğv edilə bilər
Deputat: “İranda heç bir prezident belə bir cəsarəti edə bilməyib, çünki...”
“İranda küçədə hicabsız gəzənlərə, yaxud hicabı düzgün bağlamayanlara qarşı fiziki güc tətbiq edilməsinin heç bir hüquqi əsası yoxdur”.
Bu sözləri İranın Baş prokuroru, höccətülislam Məhəmməd Məhdi Azad Xuzistan əyalətinin Əhvaz şəhərindəki tədbirin açılışındakı çıxışında bildirib (Report).
Onun sözlərinə görə, hicabın olmaması və ya düzgün bağlanmaması ilə bağlı bir çox tədbirlər görülüb və görüləcək: “Biz dəfələrlə demişik ki, hüquqi addımların müzakirəsi bu məsələdə xəttin sonudur. Hicabsızlığa qarşı ilk növbədə tədbir görülməlidir. Heç kimin küçədə kiməsə fiziki hücum etmək hüququ yoxdur”.
Baş prokuror həmçinin küçələrdə din xadimləri və mollalara hücumu da pisləyib.
Bəllidir ki, Qurani-Kərimin “Bəqərə” surəsində “Dində məcburiyyət yoxdur” ayəsi yer alıb. Bu ayədən çıxış edərək, demək olarmı ki, baş prokurorun yuxarıdakı açıqlaması məlum hadisələrdən İranda hicabın bundan sonra məcburi olmayacağı anlamına gəlir? Elədirsə, bunu yeni prezident Məsud Pezeşkianın daxildə ilk islahatı saymaq olarmı?
Qeyd edək ki, bu ilin mart ayında da İran millət vəkillərindən biri demişdi ki, hakimiyyət icbari hicab qaydasını pozanlar üçün maliyyə cərimələri məsələsini müzakirə edir. Əmirhüseyn Bankipur dövlət televiziyasına deyib ki, bu, hicab qaydasının pozulmasına görə şallaq kimi fiziki cəzadan və ya cinayət işlərinin açılmasından imtinanın başlanğıcı ola bilər.
Nəzərə çatdıraq ki, iranlılar arasında məcburi hicab qaydalarından narazılıq xüsusilə də 2022-ci ildə gənc qadın Məhsa Əmininin polisdə müəmmalı şəkildə ölməsindən sonra daha da artıb və əslində ölkəni bürümüş etiraz aksiyalarının əsas hədəflərindən biri də hicab olub.
Bankipur vurğulayıb ki, əsas hökumət və dövlət strukturları arasında hicab qaydasının pozulmasına görə yalnız pul cəriməsi tətbiq olunmasına dair konsensus əldə olunub.
Deputat bunu da bildirib ki, bu konsensus əldə olunmazdan əvvəl hicab qaydasını tətbiq edən əxlaq polisinin və cinayət işləri qaldırılmasının lazımi effekt verməməsi və əksinə etirazlara səbəb olması qiymətləndirilib.
Millət vəkilinin dediyinə görə Mədəni İnqilabın Ali Şurası və Ali Milli Təhlükəsizlik Şurası da daxil əsas dövlət qurumları belə bir qərara gəliblər ki, hicab qaydasının tətbiqində pul cərimələri daha az qarşıdurma yaradan tədbirdir.
Bankipur ötən ay işarə etmişdi ki, Hicab və Bakirəlik qanununun yeni layihəsində hicab qanununu pozanlar üçün 30 milyon İran rialı (50 dollar) məbləğində cərimə nəzərdə tutulacaq. Qanunu təkrar pozanlar əlavə cərimə ödəməli ola bilərlər. Lakin polisin sözçüsü hələlik bu barədə bildirişin alınmadığını deyib.
Sözügedən qanun layihəsində qanunu pozan qadınlara qarşı tədbir görülməsi üç kəşfiyyat idarəsi - Kəşfiyyat Nazirliyi, İnqilab Keşikçilərinin Kəşfiyyat təşkilatı və Ədliyyənin Kəşfiyyat İdarəsi ilə yanaşı, polisə və Bəsic qüvvələrinə həvalə edilir.
“Hengaw” insan haqları təşkilatının son hesabatında deyilir ki, 2023-cü ildə azı 147 qadın fəal İran ədliyyə sisteminin mühakiməsinə məruz qalıb. Çıxarılan hökmlərə həbs, şallaq, bir halda isə ölüm cəzası daxildir.
Ümumilikdə 139 qadın fəal 553 il və 10 aylıq həbsə məhkum edilib. 10 nəfər isə həbs cəzasından başqa 557 şallağa da məhkum olunub ki, bu da İranda qadın fəallara sərt cəzaların kəsildiyini göstərir.
2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmini guya hicab qaydasını pozduğuna görə saxlanandan və polis nəzarətində vəfat edəndən sonra İranı etirazlar bürüyüb, qadınlara daha çox azadlıqlar tələb olunub. Ədliyyə sistemi deputatların dəstəyi ilə etirazlara sərt reaksiya verib.
Çoxsaylı etirazçılar daxil olmaqla minlərlə insan, o cümlədən jurnalistlər, vəkillər, fəallar, rəqəmsal hüquq müdafiəçiləri saxlanılıb. Azı doqquz etirazçı edam edilib. İnsan haqları qrupları və bəzi Qərb hökumətləri məhkəmələri “saxta” adlandırıb.
BMT-nin İnsan Haqları Şurasının fakttoplama komitəsi qadınlara qarşı belə sərt tədbirləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirib.
Ceyhun Məmmədov
Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, məsələyə dini nöqteyi nəzərdən yanaşıldıqda, islama görə, hər bir müsəlmanın hicab taxması vacibdir: “Zaman-zaman müxtəlif yanaşmalar olsa da, amma dində bu məsələ öz əksini tapıb. Konkret Quran ayələrində hicabın vacib olması məsələsi vurğulanır. Ona görə əksər müsəlman ölkələrində, islam dövlətlərində bu bir qayda olaraq tətbiq olunur. Qəbul edilmiş qərar ondan ibarətdir ki, müsəlman ölkələrində islam qaydaları ilə idarə olunan dövlətlərdə hicab məsələsi bir normadır. Bunun tətbiqinə bütün islam dövlətləri, şəriətlə idarə olunan dövlətlər, o cümlədən İran, Əfqanıstan çox həssas yanaşırlar və buna əməl olunmasına ciddi nəzarət həyata keçirirlər. Dində məcburiyyət yoxdur ayəsinə gəldikdə isə bu ayə ilə bağlı da müxtəlif şərhlər var. Əsas irəli sürülən yanaşma ondan ibarətdir ki, dinimizə görə, insanların hansısa dinə etiqada məcbur edilməsi qəbuledilməzdir. Yəni bu, məcburi şəkildə olmamalıdır. Hər bir insan inanaraq daxilən imana gəlməlidir. Məsələyə digər aspektdən yanaşsaq, şəriət dövlətlərinin özünə xas qayda və normaları var. Dini qaydalarla idarə olunan dövlətlərdə bu məsələlərə yanaşma bir az fərqlidir. Onlar cəmiyyətdə islam ənənələrini qorumaq üçün, islam dəyərlərinin məcburi şəkildə həyata keçirilməsi üçün zaman-zaman müəyyən addımlar atırlar. Məsələyə o anlamda yanaşanda bu gün İranda belə bir qaydanın tətbiq olunduğunu görürük. İranda tez-tez istifadə etdikləri ”qırmızı xətt" ifadəsi var. İran kimi dövlət üçün hicab məsələsi “qırmızı xətt”dir. Nəzərə alsaq ki, hazırda İranı ali dini lider idarə edir, hakimiyyətdə islamçılardır. Ona görə yaxın vaxtda İranda hicabla bağlı qadağanın aradan qaldırılması qeyri-mümkün görünür. Çünki İranı idarə edənlər üçün, ali dini liderin ətrafında olan insanlar üçün bu, “qırmızı xətt”dir. Buna görə də düşünmürəm ki, yaxın vaxtda hicabla bağlı hansısa güzəşt olsun. Ola bilər ki, bu cür sərt addımlar aradan qalxsın, amma ümumilikdə hicabın istifadə olunmamasına razılıq verilməsi hələ ki görünmür. Onu da nəzərə almalıyıq ki, İranda prezidentlərin məhdud səlahiyyətləri var. Onlar bütün addımları ali dini liderlə razılaşdırırlar. Ali dini liderin razılığı olmadan İran prezidenti heç bir qərar qəbul edə bilmir, heç bir addım ata bilmir. Əgər hansısa bir qərar qəbul edərsə, onun ən qısa vaxtda hakimiyyətdən uzaqlaşdırılması üçün İranın idarəçilik sistemində norma və qaydalar var. Ona görə heç bir prezident belə bir cəsarəti edə bilmir".
Yada salaq ki, İranda 1979-cu il İslam inqilabından sonra qadınlar üçün hicab məcburi elan edilib. 2023-cü ilin sentyabrında “Hicab və bakirəlik” haqqında qanun qəbul olunub. Bu qanunda hicab qaydasını pozan qadınlar üçün 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Belə qadınlara qarşı habelə 360 milyon İran rialı (8522 dollar) cərimə və ya şallaq cəzası da tətbiq oluna bilər. Bundan əvvəlki qanunda belə pozuntular üçün həbsxana cəzasının müddəti 2 il, cərimə isə 12 dollar idi. İnsan haqları müdafiəçilərinin məlumatlarına görə, etiraz aksiyaları müddətində 600-dək nümayişçi həlak olub, 20 minədək şəxs həbs edilib.
- Ehtiram Hüseynov istefa verib, Bakıdan köçdü
23 oktyabr 2024 18:26
- MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...
23 oktyabr 2024 12:01
- DÖNƏR-lə bağlı YENİ QƏRAR
23 oktyabr 2024 11:11
- Dövlət Baxçalı Öcalanla bağlı bu sözləri dedi
23 oktyabr 2024 02:19
- Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
23 oktyabr 2024 01:45
- Elm və Təhsil Nazirliyi 3.7 milyonluq tender verdi
23 oktyabr 2024 01:24
- Su basan TUNELİ KİM TİKMİŞDİR ? - Fotolar
22 oktyabr 2024 23:38
- Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - Fotolar
22 oktyabr 2024 22:00
- Bu gün axşam oturub götür-qoy etməliyik - Eldar Əzizov, NƏYİ ? ))
22 oktyabr 2024 15:12
- Rektoru öldürən Müşfiq Atakişiyevlə bağlı hökm dəyişmədi
22 oktyabr 2024 14:56
- Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: 50 YAŞADƏK KİŞİLƏR ....
24 oktyabr 00:08
- Ermənistandan GÖZLƏNİLMƏZ reaksiya: Türkiyədəki TERAKTI ...
23 oktyabr 23:16
- Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı
23 oktyabr 23:08
- 105 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı - Pivə və evlənməmək
23 oktyabr 22:25
- Ağadadaş Ağayev 450 MİN TƏLƏB EDİR - Məhkəməyə gəlmədi
23 oktyabr 21:42
- ƏMƏKDAR MÜƏLLİM və XANIMI NİYƏ ÖLDÜRÜLDÜ ?
23 oktyabr 21:28
- Putin Ərdoğanla görüşdü: Ərdoğana başsağlığı verdi
23 oktyabr 20:49
- Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb
23 oktyabr 20:10
- Təcili yardımın sürücüsü qətlə yetirildi - FOTO
23 oktyabr 19:14
- Ehtiram Hüseynov istefa verib, Bakıdan köçdü
23 oktyabr 18:26
- Belarusda prezident seçkilərinin tarixi açıqlandı
23 oktyabr 17:44
- SON DƏQİQƏ! Türkiyədə DƏHŞƏTLİ TERROR - Ölən və yaralananlar var
23 oktyabr 17:34
- Minnixanov Əliyevə orden təqdim etdi - Foto
23 oktyabr 15:34
- Tuneldə seldə boğulub ölən Elnurla Köçəri DƏFN EDİLDİ
23 oktyabr 15:03
- 1 həftə ərzində İranda 35 məhbus EDAM EDİLİB - Siyasi məhbuslar aksiya keçirir
23 oktyabr 14:14
- Bu gün də Ramiz Mehdiyev və onun ətrafı Rolls-Royce-da, Maybach-da gəzirlər, nə üçün? — Aslan İsmayılov
23 oktyabr 13:52
- Hərbçimiz qəzada öldü
23 oktyabr 13:38
- İşsiz qadın vəfat edən həyat yoldaşının pensiyasını ala bilərmi?
23 oktyabr 13:32
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ
23 oktyabr 13:10
- Prezident Rusiyadadır
23 oktyabr 12:40
- Dönərxanalar cəmiyyətin bəlasına çevrilib - ŞOK AÇIQLAMA
23 oktyabr 12:23
- Səlim Müslümovun oğlu yenidən məhkəmə qarşısında
23 oktyabr 12:10
- MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...
23 oktyabr 12:01
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:55
- BRAVO qatığa görə 4 min manat cərimələndi
23 oktyabr 11:45
- Gəncənin və iki rayonun prokuroru dəyişdi
23 oktyabr 11:24
- DÖNƏR-lə bağlı YENİ QƏRAR
23 oktyabr 11:11
- Deputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ
23 oktyabr 10:59
- Bakıda DƏHŞƏT: Aktyor və arvadı qətlə yetirildi - FOTO
23 oktyabr 10:50
- Dövlət Baxçalı Öcalanla bağlı bu sözləri dedi
23 oktyabr 02:19