Türkiyə ilə Azərbaycanı necə düşmən etməli? - Amerikadakı daşnaklar
Dünya11 sentyabr 2024 13:43
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” Amerikadakı daşnaklar: “Onları parçalasaq”... Daşnaklara məxsus olan və ABŞ-dan yayımlanan ingilisdilli “armenianweekly” saytında Harut Sassounian “Armenia should exploit rifts between Azerbaijan and Turkey” (Ermənistan Azərbaycanla Türkiyə arasında yaranan çatlardan istifadə etməlidir) adlı məqalə ilə çıxış edib. Türkiyə-Azərbaycan münasibətlərini incələyən yazar bəzi incə mətləblərə toxunub.
Bu barədə biz də dəfələrlə yazmışıq. Yazmışıq ki, Ermənistan və onların havadarları Türkiyə-Azərbaycan münasibətlərinində mövcud olan qarşılıqlı inamı və etibarı sarsıtmaq üçün min oyundan çıxır
lar. Bu məqalədə isə daşnak yazar bu barədə açıq mətnlə, özü də birmənalı şəkildə danışır. Məqaləni demək olar ki, olduğu kimi təqdim edirik. Nəzər almaq lazımdır ki, yazı bir daşnak tərəfindən qələmə alınıb. Əminəm ki, düşmən tərəfin düşüncə və planları barədə məlumatlı olmaqda həmişə fayda var. Erməni müəllif yazır ki, düşmənlərinə qarşı durmaq və ya onları zəiflətmək üçün ölkələrin arsenalında müxtəlif vasitələr olmalıdır. Onlardan ən bariz olanı hərbi gücün tətbiq olunmasıdır. Lakin Ermənistan ordusu zəif olduğuna görə bu vasitəni uğurla həyata keçirə bilmir. Digər mümkün vasitə isə düşmən ölkənin daxilində qarışıqlıq yaratmaq üçün etnik azlıqları qızışdırmaqla düşmən dövlətlərdə mövcud olan sabitliyini pozmaqdır. Üçüncü vasitə, düşmən xalqla onun müttəfiqləri arasında nifaq salmaqdır. Ermənistan özlərini “bir millət, iki dövlət” adlandıran iki düşmən qonşu olan Azərbaycan və Türkiyə ilə əhatə olunub. Ona görə də Ermənistan bu iki ölkə arasında narazılıq yarananda orataya çıxan fikir ayrılıqlarını daha da dərinləşməsinə çalışmalıdır. Son 30 ildə Ermənistanın iki düşmən dövlət arasında 3 dəfə yaranmış ziddiyyətin şahidi olub. İlk fürsət 1995-ci ilin martında Türkiyədəki bəzi qruplaşmaların dəstəklədiyi Azərbaycan ordusunun müəyyən bölmələrinin Azərbaycan prezidenti heydər Əliyevə qarşı dövlət çevrilişi etməyə cəhd edəndə yarandı. Onlar 1993-cü ildə Heydər Əliyev tərəfindən devrilmiş Əbülfəz Elçibəyin yenidən hakimiyyətə qayıtmasını istəyirdilər. Əsas köməkçiləri çevriliş cəhdində əli olan Türkiyənin baş naziri Tansu Çillər Heydər Əliyevdən qurtulmaq üçün yaşıl işıq yandırdı. Çevrilişin qarşısı Türkiyə prezidenti Süleyman Dəmirəl tərəfindən alındı. O, sui-qəsddən xəbər tutdu və Heydər Əliyevi xəbərdar etdi. Vikipediyada yazılıb ki, hərbi çevrilişə cəhd “Türkiyə ilə Azərbaycan arasında diplomatik böhrana səbəb oldu”. Ermənistan hökuməti Azərbaycanda dövlət çevrilişinə cəhddən və bunun nəticəsində Azərbaycanda hökm sürən xaosdan istifadə edərək iki düşməni ölkəni bir-birindən daha da uzaqlaşdırmaq üçün hərəkətə keçməliydi. Əlimizə belə bir fürsət düşmüşdü. Ancaq Ermənistan bu ixtilafı geniş şəkildə qabardaraq ictimailəşdirməklə ziddiyyətləri daha da dərinləşdirə bilmədi. Azərbaycan və Türkiyə arasında ikinci böhran 2009-cu ildə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasını, o cümlədən rəsmi diplomatik münasibətlərin qurulmasını, Ermənistan-Türkiyə sərhədinin açılmasını və erməni soyqırımı ilə bağlı araşdırmalar üçün birgə tarixi komissiyanın yaradılmasını nəzərdə tutan Sürix protokollarının imzalanması zamanı baş verdi. Bu protokollar ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə ortaya çıxdı. Türkiyə Ermənistanla münasibətləri normallaşdırsaydı Artsax münaqişəsində Azərbaycanın Ermənistana təzyiq imkanları zəifləyəcəkdi. Bundan ehtiyatlanan Azərbaycan protokollara qarşı çıxdı. Türkiyə bir neçə ziddiyyətli maraqların ortasında qaldı: 1) Türkiyə öz şəxsi maraqlarını güdmək istəyirdi, bu da erməni soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı uzun müddətdir davam edən erməni tələblərini aradan qaldırmaq üçün Ermənistanla antaqonist münasibətlərini yumşaltmaq idi; 2) Türkiyə bu protokolları ratifikasiya etmək üçün ABŞ, Rusiya və Fransa tərəfindən təzyiqlərə məruz qalırdı; 3) Türkiyənin kiçik tərəfdaşı olan Azərbaycan əvvəlcə Türkiyəyə diplomatik təzyiq göstərdi və daha sonra qazın ixracını dayandıracağı və ya qiymətinin artırılması ilə hədələdi. Bu, istənilən effekti vermədikdə, Azərbaycan Bakıda Türkiyə tərəfindən maliyyələşdirilən bir neçə məscidi bağladı və Türkiyə bayraqlarını endirdi. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması “Azərbaycanın milli maraqlarına birbaşa ziddir və Azərbaycan ilə Türkiyə arasında dərin tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salır”. Ermənistan bir daha bu münaqişədə sadəcə seyrçi rolunu oynadı. Nəhayət, Türkiyə azərilərin təzyiqlərinə boyun əydi və protokolları ratifikasiya etməkdən imtina etdi. Ankara ilə Bakı arasında üçüncü mübahisə hal-hazırda baş verməkdədir. Ərdoğan iyulun 28-də belə bir bəyanat verdi: “Necə ki, Qarabağa, Liviyaya girdiyimiz kimi, İsrailə də elə girərik. Bizə heç nə mane olmur. Sadəcə, bu addımı atmaq üçün güclü olmalıyıq”. Azərbaycan rəsmiləri Ərdoğanın bu bəyanatına kəskin etiraz etdilər, çünki bu, Artsax müharibəsində kənardan kömək almadan qalib gəldiklərinə dair azəri mifini ifşa edirdi. Məsələ burasındadır ki, Azərbaycan 2020-ci il müharibəsində türk hərbçiləri və komandirləri, eləcə də Türkiyənin ermənilərə qarşı döyüşmək üçün Suriyadan Azərbaycana gətirdiyi minlərlə cihadçı muzdlular tərəfindən dəstəklənib. Azərilərin təkziblərinə baxmayaraq, Ərdoğan türk ordusunun Artsax münaqişəsində iştirakı ilə bağlı bəyanatını təkrarlamaqda davam edib. O, avqustun 1-də deyib: “Azərbaycanın Qarabağında azərbaycanlı qardaşlarımızla birlikdə düşmən qüvvələrini tamamilə məhv etdik”... Müəllif ona sevinir ki, Ermənistanın baş naziri avqustun 31-də keçirdiyi mətbuat konfransında müxbirin sualını cavablandırarkən Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan bu məqama belə reaksiya verib: “44 günlük müharibə zamanı bir çox yerlərdə hərbçilərimiz, kəşfiyyatçılarımız türk bayraqları, türk əsgərləri, Türkiyə Xüsusi Eskadronu və türk yüksək rütbəli zabitləri görüb. Unutmayaq ki, 44 günlük müharibədən əvvəl Azərbaycanla Türkiyə arasında irimiqyaslı hərbi təlimlər keçirilirdi. Və bütün müharibə zamanı Türkiyəyə məxsus F-16 təyyarələri sözün həqiqi mənasında havada olub, Türkiyəyə məxsus dronlar isə türk personalı tərəfindən idarə olunub”. Gördüyünüz kimi, Nikol Paşinyan da bu fürsətdən yararlanmağa çalışır. Ancaq bu bəyanatın üstündən xeyli vaxt keçsə də Türkiyə-Azərbaycan münasibətlərində hər hansı kənaraçıxma nəzərə çarpamdı... Məqalənin sonunda daşnak müəllif Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmaq üçün Ermənistanın görməli oldu işləri bir daha vurğulayır. Yazır ki, müasir müharibələr təkcə silahla aparılmır. Millətlər həm də psixoloji müharibədən istifadə edir, dezinformasiya yayır, düşmən ölkələrdə daxili qarışıqlıqları qızışdırır və böl və qalib gəl taktikasına əl atırlar. Ermənistan bütün bu vasitələrdən düşmənlərini (yəni Türkiyə və Azərbaycanı) sarsıtmaq və milli maraqlarını müdafiə etmək üçün istifadə etməlidir. Əgər Ermənistanın bu cür əməliyyatları həyat keçirmək üçün təcrübəsi yoxdursa, düşməni daxildən zəiflətmək üçün Ermənistanın silaha xərclədiyi milyonların kiçik bir hissəsi müqabilində işə götürə biləcəyi konsaltinq firmaları var. Onlar bu işi ustalıqla həyata keçirə bilərlər... Mən çox istərdim ki, daşnak yazarın etiraf dolu bu məqaləsinə Türkiyə mediası da xüsusi diqqət ayırsın. Türkiyədə də hər kəs bilməlidir ki, düşmən öz işindədir. Və bizim birliyimizi parçalamaq üçün ağla gələn və gəlməyən bütün vasitələrdən istifadə edirlər. Türkiyə və Azərbaycan olaraq biz düşmənin məkrli planlarından vaxtında xəbər tutmalı və o planların baş tutmasına imkan verməməliyik. Xalq arasında yaxşı bir məsəl var: “Ətlə dırnağın arasına girən iylənib çıxar”. Görünür, ermənilərin bu məsəldən hələ xəbəri tutmayıblar... Elbəyi Həsənli. Sürix https://armenianweekly.com/2024/09/10/armenia-should-exploit-rifts-between-azerbaijan-and-turkey/
Elbəyi Həsənli Sürix
Oxşar xəbərlər
- Bu gün axşam oturub götür-qoy etməliyik - Eldar Əzizov, NƏYİ ? ))
22 oktyabr 2024 15:12
- Ərini öldürdü, amma həbs olunmadı - Bakıda idmançının qətlinin TƏFƏRRÜATI
22 oktyabr 2024 10:29
- Putinə dedim ki, dostuq, amma Moskvanı vuracam - Tramp
22 oktyabr 2024 01:02
- Hamlet İsaxanlının özəl məktəbində nələr baş verir?
21 oktyabr 2024 19:54
- Şövkət xanımı qızının ölümü və Qarabağ dərdi məhv etdi
20 oktyabr 2024 17:51
- Qarabağ qazisi Qusar rayonu Samur bələdiyyəsi sədrinin qanunsuz əməlləri ilə bağlı Ədliyyə nazirinə müraciət ETDİ
20 oktyabr 2024 14:32
- Nizamülmülk –Zalımların ən yaxşısı (Portret yazılar)
15 oktyabr 2024 01:20
- Laçın impressionizmi
14 oktyabr 2024 13:29
- Məhəmməd peyğəmbər ermənilərə MƏKTUB YAZIB ? - Foto
13 oktyabr 2024 13:47
- Xaricdə işləməyin yolları - Özümüzü necə HAZIRLAYQ ?
13 oktyabr 2024 12:48
Xəbər lenti
- Müdafiə Nazirliyi MƏLUMAT YAYDI: 50 YAŞADƏK KİŞİLƏR ....
24 oktyabr 00:08
- Ermənistandan GÖZLƏNİLMƏZ reaksiya: Türkiyədəki TERAKTI ...
23 oktyabr 23:16
- Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı
23 oktyabr 23:08
- 105 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı - Pivə və evlənməmək
23 oktyabr 22:25
- Ağadadaş Ağayev 450 MİN TƏLƏB EDİR - Məhkəməyə gəlmədi
23 oktyabr 21:42
- ƏMƏKDAR MÜƏLLİM və XANIMI NİYƏ ÖLDÜRÜLDÜ ?
23 oktyabr 21:28
- Putin Ərdoğanla görüşdü: Ərdoğana başsağlığı verdi
23 oktyabr 20:49
- Türkiyədə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb
23 oktyabr 20:10
- Təcili yardımın sürücüsü qətlə yetirildi - FOTO
23 oktyabr 19:14
- Ehtiram Hüseynov istefa verib, Bakıdan köçdü
23 oktyabr 18:26
- Belarusda prezident seçkilərinin tarixi açıqlandı
23 oktyabr 17:44
- SON DƏQİQƏ! Türkiyədə DƏHŞƏTLİ TERROR - Ölən və yaralananlar var
23 oktyabr 17:34
- Minnixanov Əliyevə orden təqdim etdi - Foto
23 oktyabr 15:34
- Tuneldə seldə boğulub ölən Elnurla Köçəri DƏFN EDİLDİ
23 oktyabr 15:03
- 1 həftə ərzində İranda 35 məhbus EDAM EDİLİB - Siyasi məhbuslar aksiya keçirir
23 oktyabr 14:14
- Bu gün də Ramiz Mehdiyev və onun ətrafı Rolls-Royce-da, Maybach-da gəzirlər, nə üçün? — Aslan İsmayılov
23 oktyabr 13:52
- Hərbçimiz qəzada öldü
23 oktyabr 13:38
- İşsiz qadın vəfat edən həyat yoldaşının pensiyasını ala bilərmi?
23 oktyabr 13:32
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu - RƏSMİ
23 oktyabr 13:10
- Prezident Rusiyadadır
23 oktyabr 12:40
- Dönərxanalar cəmiyyətin bəlasına çevrilib - ŞOK AÇIQLAMA
23 oktyabr 12:23
- Səlim Müslümovun oğlu yenidən məhkəmə qarşısında
23 oktyabr 12:10
- MSK yenidən formalaşacaq - Məzahir Pənahov isə ...
23 oktyabr 12:01
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:55
- BRAVO qatığa görə 4 min manat cərimələndi
23 oktyabr 11:45
- Gəncənin və iki rayonun prokuroru dəyişdi
23 oktyabr 11:24
- DÖNƏR-lə bağlı YENİ QƏRAR
23 oktyabr 11:11
- Deputatdan krediti olan pensiyaçılarla bağlı banklara ÇAĞIRIŞ
23 oktyabr 10:59
- Bakıda DƏHŞƏT: Aktyor və arvadı qətlə yetirildi - FOTO
23 oktyabr 10:50
- Dövlət Baxçalı Öcalanla bağlı bu sözləri dedi
23 oktyabr 02:19
Video & Fotoqalereya
Video
Fotoqalereya