Hansı əməl RÜŞVƏT CİNAYƏTİ sayılır? - Vəkil izah edir
Kriminal30 noyabr 2024 16:31
2020-ci ildən ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilsə də, hələ də bu problem aktuallığını saxlayır. Hər halda hələ də tez-tez mediada rüşvət alma və rüşvət vermə cinayətlərinə dair məlumatlarla rastlaşırıq.
Bəs rüşvət nədir və rüşvətxorluq Azərbaycan qanunvericiliyində necə müəyyən olunub?
Qaynarinfo məsələ ilə əlaqədar Vəkillər Kollgiyasının üzvü, tanınmış vəkil Rəşad Əliyev ilə söhbətləşib.
Vəkil bildirib ki, rüşvət hər hansı bir vəzifəli şəxsə verilən pul və ya əşya şəklində maddi sərvətdir və cinayət qanunvericiliyində rüşvətoxorluq iki formada müəyyən edilib:
"Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi rüşvət alma, yəni passiv rüşvətxorluq sayılır. Bu əmələ görə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Rəşad Əliyevin sözlərinə görə, vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəkil əlavə edib ki, qeyd edilən əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda və ya hədə-qorxu tətbiq olunmaqla törədildikdə isə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
"Burada "külli miqdar" dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür", deyə hüquqşünas qeyd edib.
Rəşad Əliyev bildirib ki, rüşvət vermə cinayətinə gəlincə, bu əməl xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsidir:
"Rüşvət vermə aktiv rüşvətxorluqdur. Bu əmələ görə 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə isə 8 min manatdan 12 min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.
"Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsus hesab edilir".
Rəşad Əliyevin sözlərinə görə, vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir. Bundan başqa, fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur:
"Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma akt üzrə təhvil verilməlidir".
Oxşar xəbərlər
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
2 yanvar 2025 15:12
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
2 yanvar 2025 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
2 yanvar 2025 12:01
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
1 yanvar 2025 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
1 yanvar 2025 14:37
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib (YENİLƏNİB)
1 yanvar 2025 10:55
- NАR Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb
1 yanvar 2025 22:02
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 2024 21:23
- Naringinin ...ziyanı
31 dekabr 2024 17:24
- 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
31 dekabr 2024 11:15
Xəbər lenti
- Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
02 yanvar 17:00
- Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
02 yanvar 15:12
- Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində
02 yanvar 13:41
- Natiq Qasımovun doğum günüdür
02 yanvar 13:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
02 yanvar 12:49
- Uşaqlara kolbasa verməyin - XƏBƏRDARLIQ
02 yanvar 12:01
- 2700 illik hakimiyyət - tarixin ən uzunömürlü imperiyası
02 yanvar 11:53
- Milli Qəhrəman Polad Həşimovun doğum günüdür
02 yanvar 11:41
- Lalə Şövkət siyаsətə qаyıdır
02 yanvar 00:10
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
01 yanvar 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
01 yanvar 20:56
- Türk izləri İslandiyadan Skandinaviya yayılır: Odin’in nəvələri türkcə danışırmış
01 yanvar 14:37
- Mixeil Saakaşvili türmədən açıqlama verdi: İlham Əliyevin hərəkətlərinə heyranam
01 yanvar 13:17
- Ukrayna rus qazının tranzitini dayandırdı: Bu, tarixi hadisədir
01 yanvar 12:35
- Zelenski azərbaycanlını yüksək vəzifəyə TƏYİN ETDİ
01 yanvar 11:21
- Bu gündən minimum aylıq əməkhaqqı 400 manat oldu
01 yanvar 11:06
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib (YENİLƏNİB)
01 yanvar 10:55
- NАR Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb
31 dekabr 21:36
- Elmi-lədun hesablama - Yaradanın riyazi möhürü: 286 rəqəminin sirri
31 dekabr 21:23
- Naringinin ...ziyanı
31 dekabr 17:24
- Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr 15:25
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
31 dekabr 15:03
- Suriya tarixində İLK DƏFƏ
31 dekabr 12:27
- İşdən çıxarılan general yeni vəzifəyə təyin edildi
31 dekabr 11:22
- Mehriban Əliyeva: Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar
31 dekabr 11:13
- 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
31 dekabr 10:59
- Qazımız, liftimiz yoxdur, 12-ci mərtəbəyə ayaqla qalxırıq - Kat Holding
31 dekabr 00:03
- İlham Əliyevdən 31 Dekabr PAYLAŞIMI
30 dekabr 22:13
- Qadınları fahişəliyə cəlb edən gənclər cəzalandırıldı
30 dekabr 21:00
- Niyə suyu iki dəfə qaynatmaq olmaz? – XƏBƏRDARLIQ
30 dekabr 20:16
Video & Fotoqalereya
Video
Fotoqalereya