Mircəfər Bağırovun evlilik təklifini rədd edən qadın - İlk pianoçumuz niyə güllələnmişdi?
Kulis.az Ömər Xəyyamın tərtib etdiyi “Musiqimizin ilk zərif yarası” adlı yazını təqdim edir.
Akademik Ziya Bünyadovun uzun sürən axtarışları nəticəsində məlum oldu ki, repressiya illəri musiqi sahəsindən də yan keçməyib. Azərbaycanın ilk pianoçu qadını, muğamlarımızın pianoda ilk ifaçısı, peşəkar musiqiçi Xədicə xanım Qayıbova bu illərin musiqiçi qurbanlarından biri idi. Xədicə Qayıbovanın adı Azərbaycanda təkcə fortepianoda muğamların ilk ifaçısı kimi deyil, həm də repressiyaya məruz qalan iki musiqiçidən biri kimi tarixə düşüb. O, Azərbaycanın ilk peşəkar qadın pianoçusu və pianoda ilk muğam ifaçısı kimi tanınır.
Mir Cəfər Bağırovun Xədicə xanımı sevdiyinə dair söz-söhbətləri də hamı eşidib. Deyilənlərə görə, onun başına gələnlərin səbəbi Bağırovun evlənmə təklifini rədd etməsi olub. Xədicə Qayıbovanın qətlində Bağırovun bilavasitə iştirakı da iddia edilir. Guya cəza kəsiləndən sonra Xədicə Qayıbovanın kamerasına gəlib, evlənməyə razılıq versə, azad olunacağını deyir. Xədicə Qayıbova razılıq vermir. Mir Cəfər Bağırov onu güllələyir və sonra da meyitinin yanında çöküb, göz yaşı tökür…
***
“1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin üçüncü şöbə rəisinin müavini, leytenant Tevosyan belə bir arayış hazırlayır:
“ - Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman, 1893-cü ildə anadan olan, Azərbaycan Dövlət Konservatoriyasının keçmiş müəlliməsi Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə idi, həmin qərargahların zabitlərini evinə qonaq çağırırdı.
- Azərbaycanın sovetləşməsindən sonra Qayıbova öz evində Müsavat firqəsinin liderlərindən olan Mustafa Vəkilovu gizlətmişdir.
- Vəkilovu həbs etmək üçün gələndə Qayıbova ona qaçmaq üçün imkan yaratmışdır.
- Vəkilov xaricə qaçıb və indi Türkiyədədir.
- Türk ordusunun zabiti, azərbaycanlı Sultan Hüseynzadə də Qayıbovanın evində gizlənib.
- Qayıbovanın evindən o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir.
- Əksinqilabi millətçi təşkilatının rəhbərlərindən biri – Fərəczadənin 1937-ci il iyulun 17-də verdiyi ifadədən görünür ki, Türkiyə kəşfiyyatının agenti Dadaş Bünyadzadə həmin kəşfiyyatla əlaqəsini Qayıbova Xədicə xanımın vasitəsilə saxlayırmış.
- Qayıbovanın əri Rəşid Qayıbov Azərbaycan SSR DİXK tərəfindən əksinqilabi millətçi təşkilatının üzvü kimi həbs edilib.
- 1933-cü ildə Qayıbova casusluqda təqsirləndirilərək Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilmiş, amma ittiham sübut olunmadığı üçün azad edilib.
Yuxarıdakıları nəzərə alaraq, qəarar verirəm: Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsinə görə istintaqa cəlb edilməlidir”.
Azərbaycanın ilk pianoçu qadını
Xədicə Osman qızı Qayıbova 1893-cü il mayın 24-də Tiflisdə məşhur ruhani Osman Müftizadənin ailəsində dünyaya gəlib. Ana tərəfdən Xədicə xanım Terequlovlar nəslinə mənsub idi. Atası Osman Müftizadə ailənin maddi vəziyyətinin imkan verdiyi dərəcədə qızına yaxşı təhsil verməyə çalışıb.
Belə ki, Qafqaz canişinliyinə yazılmış ərizəyə əsasən, Xədicə xanım püşkatma üsulu ilə Tiflisdə “Müqəddəs Nina” qızlar məktəbinə daxil olub.
Uşaq yaşlarından xüsusi istedadı ilə fərqlənən Xədicə ilk musiqi təhsilini də oxuduğu bu məktəbdə alıb, elementar musiqi nəzəriyyəsini, fortepianoda çalmağı öyrənib.
Özünün yazdığına görə, onun müəllimləri L.N.Knini və Truskovski olub.
1911-ci ildə məktəbi bitirdikdən sonra Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu - mühəndis Nadir Qayıbovla ailə həyatı qurub.
O bir müddət Tiflisdə tatar, yəni Azərbaycan məktəbində dərs deyib.
1919-cu ildə Qayıbovlar Bakıya köçür.
Xədicə xanım artıq bu dövrdən konsertlərdə çıxış etməyə başlayır. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalar edir.
Sovet dövründə X.Qayıbova musiqi mədəniyyətində daha fəal iştirak etməyə başlayır, xeyli pedaqoji proyektlər hazırlayır.
Və nəhayət, Xədicə xanım Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur.
Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir, uşaq xoru yaradılır.
“Şərq musiqi kursları” ləğv edildikdən sonra X.Qayıbova 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında nəzəriyyə və bəstəkarlıqdan professor L.Abdan dərs alır.
1933-cü ildə sovet hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs kimi casusluqda ittiham olunaraq 3 ay müddətinə həbs olunur.
Onu əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilir.
O, xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olurdu.
Eyni zamanda onun evi sənətsevərlərin, musiqiçilərin görüş yeri sayılırdı. Amma...
Ziya Bünyadov “Qanlı illər” kitabında yazır:
“1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik idarəsinin 4390 nömrəli orderinə əsasən Qayıbova Xədicə xanım Şah döngəsi 16 nömrəli evdə həbsə olunmuşdu. (Qayıbovanın o vaxt 23 yaşlı Abdulkərim adlı oğlu və 12 yaşlı Alanqu adlı qızı var idi).”
1938-ci il martın 20-də ilk dindirilmə keçirilir.
Müstəntiq Xədicə xanımı əksinqilabi fəaliyyətlə məşğul olmaqda ittiham etsə də o, ittihamları qəti şəkildə rədd edir.
“- Özünüzü müqəssir bilirsinizmi?
- Mən əksinqilabi fəaliyyətlə məşğul olmamışam və bu barədə özümü müqəssir bilmirəm”.
1938-ci il martın 23-də keçirilən ikinci dindirmə keçirilir:
“- Bakıda olan türk və ingilis qoşunlarının zabitlərindən kimi tanıyırdınız?
- Türk qoşunlarının rəhbərlərindən biri Xəlil paşa mənə tanış idi. Onun adyutantı Cavad bəyi və təyyarəçi zabit Əşrəf Təmuçini də tanıyırdım. İngilislər arasında tanışlarım yox idi.
- Yuxarıda adlarını çəkdiyiniz türk zabitləri ilə necə tanış olmusunuz?
- Xəlil paşa tanış kimi dəfələrlə bizim evə gəlibdi. Məni onunla qardaşım Məmməd Müftizadə Tbilisidə tanış etmişdi. Cavad bəylə məni Xəlil paşa tanış etmişdi. Aramızda heç bir şey olmayıb. Təyyarəçi zabit Əşrəf Təmuçinlə məni indi xalq düşməni kimi ifşa olunmuş Çingiz İldırım tanış etmişdi.
- Müsavat ordusunun zabitlərindən kimi tanıyırsınız?
- General Əliağa Şıxlinski. Mənim keçmiş ərimin qohumudur. General Usubov İbrahim də ərimin qohumudur. Zabit Sultan Hüseynzadə bir zaman mənə bənd olmuşdu və hərdənbir məni teatra dəvət edirdi. Başqa tanış zabitlərim yox idi.
- Sovetləşmədən sonra sizin evinizdə sovet orqanlarından gizlənən olubmu?
- Müsavat firqəsinin və hökumətinin liderlərindən biri Mustafa Vəkilov..."
1938-ci il martın 25-də keçirilən üçüncü dindirmədən:
"- Müsavat firqəsinin və parlamentinin keçmiş lideri olan Mustafa Vəkilovun gizlənməsi və qaçmasında özünüzü təqsirkar bilirsinizmi?
- Mustafa Vəkilovun qaçmağını bilərək heç kəsə xəbər verməməyimdə özümü təqsirkar bilirəm. Lakin bundan mənim heç bir məqsədim olmayıb və bir də bu haqda Azərbaycan inqilabi komitəsinin sədri Mirzə Davud Hüseynov da bilirdi...”
Xədicə xanımın inadını sındırmaq, şərləmək mümkün olmasa da, dindirmələr və mənəvi, fiziki işgəncələr onu yorur və yavaş-yavaş ümidsizləşdirirdi. O artıq aqibətini dərk edir və müqaviməti getdikcə zəifləyirdi...
1938-ci il aprelin 28-də keçirilmiş doqquzuncu dindirmədən:
"- Sizə ikinci dəfə təklif edilir ki, müəyyən xarici dövlətin kəşfiyyat agenti kimi öz casusluq fəaliyyətiniz haqqında müfəssəl danışasınız.
- Mən heç vaxt kəşfiyyat agenti olmamışam və casusluq da etməmişəm.
- Siz doğru danışmırsınız. İstintaq müəyyən edib ki, Türkiyə kəşfiyyatının agentlərindən biri olan Dadaş Bünyadzadə casusluq məqsədi ilə sizə ayrı-ayrı tapşırıqlar verir və şəxsən sizin vasitəçiliyinizlə Türkiyə kəşfiyyatı ilə əlaqə saxlayırdı.
- Mən təsdiq edirəm ki, Dadaş Bünyadzadə mənim vasitəçiliyimlə Türkiyə kəşfiyyatı ilə heç bir əlaqə saxlamırdı və o, mənə heç bir tapşırıq vermirdi.”
Xədicə xanım heç kəsin əleyhinə və 9 dindirmənin heç birində güllələnməsinə əsas yaradan ifadə vermir.
1938-ci il mayın 7-də onun işi üzrə istintaqın başa şatması haqqında protokol tərtib olunur.
Mayın 8-də müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə tərtib edir. Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə müqəssir hesab edilir.
Altı aydan sonra çıxarılan, 1938-ci il oktyabrın 19-u tarixli Azərbaycan SSR XDİK-in xüsusi üçlüyünün qərarı:
“Qayıbova Xədicə xanım Osman qızı – Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin!”
Qərara DTK Birinci Xüsusi şöbənin rəisi leytenant Sovçenko qol çəkib.
Gecikmiş bəraət
1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova anasının günahsız həbs olunması və güllələnməsi haqda Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və anası haqqında ətraflı məlumat istəyir.
1955-ci il aprelin 28-də Dövlət Təhlükəsizlik Komitəsi xüsusi şöbəsinin müstəntiqi Menyayev Alanqu Sultanovanın ərizəsi ilə bağlı bunları bildirir: “Qayıbova Xədicə xanım yoxlanmamış və səthi ifadələrlə ifşa olunub. İstintaq Qayıbovanın casusluğunu təsdiq edən heç bir material əldə etməmişdir. Buna görə də Azərbaycan XDİK Xüsusi Üçlüyünün 1938-ci il oktyabrın 19-da Qayıbova Xədicə xanım Osman qızının güllələnməsi haqda qərarı əsassız hesab edilmişdir. Qərar ləğv olunmalı və işdə cinayət tərkibi olmadığı üçün iş xətm olunmalıdır”.
Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə xanım Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir.
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 2024 21:57
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 2024 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 2024 20:39
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 2024 20:07
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 2024 16:35
- Əli Məsimli seçicilərlə görüşdü
22 dekabr 15:30
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 15:18
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37