Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?
![](https://www.nuh.az/uploads/posts/2024-05/thumbs/big_1716900458_mohbal.jpg)
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Bakıda stadionun qanunsuz olaraq satılması araşdırılır.
Musavat.com xəbər verir ki, hakim qarşısına "Məhsul" stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev çıxarılıblar.
Keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib, Nadir Əliyevlə Alik Həsənovun hər birinin 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakların müsadirə olunmasını, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə yönəlməsini xahiş edib.
Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı etmək üçün vaxt istəyiblər.
İttihama görə, Nadir Əliyev və Alik Həsənov çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə beh adı ilə ümumilikdə 900 min manat pul alıblar. Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.
İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara səkkiz milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adı ilə onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə beş nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.
Növbəti proses iyunun 3-də davam edəcək.
Oxşar xəbərlər
- Həbsdə olan vəkilə SÜNBÜLƏ xanım məhkəmə zalından azadlığa buraxıldı
8 iyul 2024 11:51
- Deputat həbs olundu
8 iyul 2024 11:33
- Pezeşkian keçmiş İran prezidentləri ilə görüşdü - FOTO
8 iyul 2024 10:25
- Bakıda avtomobillərin çoxalması rifah səviyyəsinin yüksəkliyi ilə bağlıdır - Duputat
8 iyul 2024 01:40
- Padla Qəzənfər-in bacısı, ilk qadın nazirimiz Ayna Sultanova niyə güllələndi? – VİDEO
8 iyul 2024 01:22
- Marketlərdə satılan bu yağlar ömrü qısaldır - Bir çox ölkələrdə satışı qadağan olunub
8 iyul 2024 01:07
- Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR?
8 iyul 2024 00:28
- Azərbaycanda İLK DƏFƏ - Bu seçkilərdə bir nəfər bir neçə namizədə də imza ata bilər”
7 iyul 2024 19:41
- Xoyskinin Rəsulzadəyə MƏKTUBU - Bu əraziləri ermənilərə vermək...
7 iyul 2024 19:27
- Mircəfər Bağırovun evlilik təklifini rədd edən qadın - İlk pianoçumuz niyə güllələnmişdi?
7 iyul 2024 17:57
Xəbər lenti
- Onun TƏQAÜDDƏ olan vaxtıdır - SÜPÜRGƏÇİNİ maşın vurub öldürüb
08 iyul 12:02
- Həbsdə olan vəkilə SÜNBÜLƏ xanım məhkəmə zalından azadlığa buraxıldı
08 iyul 11:51
- 40 min məhbusu AZAD EDİLƏCƏK
08 iyul 11:40
- Deputat həbs olundu
08 iyul 11:33
- AQTA-nın göz yumduğu dəhşətli cinayət - partiya lideri həyəcan təbili çalır...
08 iyul 11:02
- VİTSE-SPİKER İCRA BAŞÇISI TƏYİN OLUNUR – Prezidentin sərəncamı gözlənilir...
08 iyul 10:43
- Pezeşkian keçmiş İran prezidentləri ilə görüşdü - FOTO
08 iyul 10:25
- Bakıda avtomobillərin çoxalması rifah səviyyəsinin yüksəkliyi ilə bağlıdır - Duputat
08 iyul 01:40
- Padla Qəzənfər-in bacısı, ilk qadın nazirimiz Ayna Sultanova niyə güllələndi? – VİDEO
08 iyul 01:22
- Marketlərdə satılan bu yağlar ömrü qısaldır - Bir çox ölkələrdə satışı qadağan olunub
08 iyul 01:07
- Yatmazdan öncə balqabaq tumu yeməyin 15 faydası
08 iyul 00:58
- Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR?
08 iyul 00:28
- 25 TON YABANI ÇƏTƏNƏ OLAR? Şəmkirdə 25 tona yaxın çətənə bitkisi məhv edilib
07 iyul 22:08
- Satışda olan kolbasa ilə bağlı dəhşətli fakt ortaya çıxdı
07 iyul 21:54
- İranda prezident seçkisinin nəticələri rəsmən TƏSDİQLƏNDİ
07 iyul 21:47
- Evi qanunsuz sökülən qadınla bağlı yeni xəbər
07 iyul 21:39
- Azərbaycanda İLK DƏFƏ - Bu seçkilərdə bir nəfər bir neçə namizədə də imza ata bilər”
07 iyul 19:41
- Xoyskinin Rəsulzadəyə MƏKTUBU - Bu əraziləri ermənilərə vermək...
07 iyul 19:27
- Afrikanın üç ölkəsi birləşərək KONFEDERASİYA yaradır
07 iyul 19:14
- Dənizdə batan qadını XİLAS elədi və özü BOĞULDU
07 iyul 19:01
- Gürcüstanda, Ermənistanda BENZİN UCUZLAŞDI
07 iyul 18:32
- Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri
07 iyul 18:01
- Mircəfər Bağırovun evlilik təklifini rədd edən qadın - İlk pianoçumuz niyə güllələnmişdi?
07 iyul 17:57
- Bir gündə 49 nəfər SUDA BATDI
07 iyul 17:52
- Ərdoğan Pezeşkian haqda suala GÖRÜN NECƏ CAVAB VERDİ..
07 iyul 17:40
- QAZILAR ŞURASINA iki təzə QAZI təyin olundu
07 iyul 17:28
- Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto
07 iyul 17:18
- ERMƏNİ və GÜRCÜ ildə 63 kq, azərbaycanlı isə 43 kq ƏT YEYİR
07 iyul 15:45
- Orta aylıq əmək haqqı: Ermənistan ( 541$), Gürcüstan (534 $), Azərbaycan ( 494 $)
07 iyul 15:22
- Beynəlxalq Öpüş günü: Bayramın tarixi və öpüşlər haqqında maraqlı faktlar
07 iyul 14:31
Video & Fotoqalereya
Video
Fotoqalereya