Stalini qorxuya salan müəmmalı olay: 1952-ci ildə yoxa çıxan qatar 40 il sonra harada tapıldı?
İdman1 sentyabr 2024 10:59
Stalini qorxuya salan müəmmalı olay: 1952-ci ildə yoxa çıxan qatar 40 il sonra harada tapıldı?
1952-ci ilin yayında 200 məktəblinin olduğu qatar pioner düşərgəsinə getmək üçün Kannelyarvi stansiyasına yola düşür. Stansiya rəisinin və dispetçerin ifadəsinə görə, qatar yerli vaxtla saat 13:30-da platformanın yanından keçib. Amma qatar nəyə görəsə platformada dayanmayıb. Bundan narahat olan stansiya rəhbərliyi dərhal yuxarı instansiyalara məlumat verir.
Az sonra isə məlum olur ki, qatar növbəti stansiyaya çatmayıb...
Bizim.Media xəbər verir ki, bu barədə məqalə Rusiyanın "Novosti-24”nəşrində dərc edilib.
Məqalədə deyilir ki, qatarın keçdiyi ərazidə yalnız bir yol olduğunu nəzərə alsaq, qatar heç yerə dönə bilməzdi:
"Hadisədən təxminən 4 saat keçmiş bütün dəmir yolu sistemi ayağa qalxdı. Hər kəs itən qatarı axtarmağa başladı. Hadisənin araşdırılmasına DTK və Daxili İşlər İdarəsinin əməkdaşları da qoşuldu. Uşaqlarla birlikdə qatarın yoxa çıxması xəbəri tez bir zamanda DTK sədri Beriyaya və Sovet hökumətinin rəhbəri Stalinə çatır. İosif Vissarionoviç bəyan edir ki, üç gün ərzində hadisənin bütün iştirakçıları sağ tapılmalı və günahkarlar cəzalandırılmalıdır.
Dəmiryol yolunu öyrənmək və qatarı axtarmaq üçün əraziyə bir neçə yüz polis əməkdaşı, DTK zabiti və könüllülər gətirildi. Qatarın gedə biləcəyi bütün ərazi təcrübəli dövlət mühafizəsi və polis əməkdaşları tərəfindən yoxlanıldı. Heç bir ipucu tapılmadı.
Yalnız iki gün sonra, səhər dumanında qatar hamı üçün gözlənilməz olan ərazidə- Sankt-Peterburqda relslərin üzərində tapıldı. Halbuki qatar Kannelyarvidə dayanmalı idi. Onu yanan projektorlar və faralardan tanımışdılar. Heç kəs gözlərinə inanmadı. Çünki bir az əvvəl qatarın dayandığı ərazi boş idi. Xoşbəxtlikdən uşaqların hamısı yerində və sağlam idi.
Qatar heyəti və müəllimlər üçün amansız cəza
Hadisədən sonra sərnişinlər və Dəmir Yolları Nazirliyinin (Sovet Rusiya Dəmir Yolları) əməkdaşları istintaqa cəlb olundular. Lakin, böyüklər də, uşaqlar da bir ağızdan qatarın gümüşü-ağ dumana büründüyünü bildirdilər. Bundan başqa heç nə görmədiklərini dedilər.
Amma görünən o idi ki, qatar təkcə məkanlar arasında deyil, həm də zamanda hərəkət edib.
Bütün sorğu-suallardan sonra qatarın maşinisti Seçkin ömürlük həbs cəzasına məhkum edilir.
Qatar müdiri 15 il həbs cəzası alır. Bütün hadisələr zamanı qatarda olan uşaq düşərgəsinin müəllimi və işçisi isə 10 il müddətinə azadlıqdan məhrum edilirlər. Hətta Kannelyarvi stansiyasında növbətçi olan şəxsə də 10 il həbs cəzası verilir.
40 il sonra Finlandiyada
7 iyul 1992-ci ildə Finlandiyanın dəmir yol vağzallarından birində qəribə hadisə baş verir. Stansiyaya uçota alınmamış qatar daxil olur. Taxta vaqonlardan ibarət qatar məhz itən qatarın eynisi və dartıcı da Sovet IS20 parovozu idi. Şahidlər danışır ki, qatar Leninin və Stalinin portretləri və bir çox qırmızı bayraqlarla bəzədilmişdi.
Qatardan platformaya pioner forması geyinmiş 200-ə yaxın uşaq çıxır. Uşaqlar və onların yanındakı böyüklər də şübhəli davranırdılar. Sanki nədənsə qorxurlar. Sonra hamı yenidən vaqonlara mindi və lokomotiv bütün qaydalara məhəl qoymadan stansiyadan sürətlə uzaqlaşdı.
Dəmiryol yolunda fəlakətin qarşısını almağa çalışan stansiya dispetçeri Kseniya Mişkina hər şey barədə polisə xəbər verib. Ancaq stansiyada və qatarın getdiyi istiqamətdə heç bir qəza baş qeydə alınmır. IS20 qatarı sözün əsl mənasında buxarlanır.
Mütəxəssislər hesab edir ki, tarixdə sıx dumanda qalan insanların həm kosmosda, həm də zamanda səyahət etdiyinə dair bir neçə oxşar hal məlumdur. Lakin bu hallar elmi cəhətdən sübuta yetirilməyib...
Oxşar xəbərlər
- Dövlət Sərhəd Xidməti bu şirkətdən QALXAN, QILINC, XƏNCƏR alır
18 sentyabr 2024 03:11
- Cəbrayılda 1 MƏNZİLİN tikintisi 160 MİN MANATA başa gələcək
18 sentyabr 2024 03:01
- Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 MİN MƏNZİL ALIB
18 sentyabr 2024 02:41
- Azərbaycandan xarici ölkələrə 20 MİN BAŞ ƏTLİK DİRİ AT satılıb
18 sentyabr 2024 02:08
- Bakı əhalisinin sayına görə şəhərlər arasında 208-ci yerdədir – Siyahı
18 sentyabr 2024 02:00
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 2024 01:15
- Gürcüstan parlamentindən vacib qərar: LGBT qadağan edildi
17 sentyabr 2024 20:44
- Narin Güranın ölüm səbəbi məlum oldu
17 sentyabr 2024 19:21
- Rusiyada müharibəyə getmək istəməyən azərbaycanlılar: Ya GÜLLƏLƏYƏCƏKLƏR, ya da...
17 sentyabr 2024 15:39
- Bakıda -Yüksək səsli MUSİQİYƏ görə HƏBS OLUNDU
17 sentyabr 2024 15:21
Xəbər lenti
- Dövlət Sərhəd Xidməti bu şirkətdən QALXAN, QILINC, XƏNCƏR alır
18 sentyabr 03:11
- Cəbrayılda 1 MƏNZİLİN tikintisi 160 MİN MANATA başa gələcək
18 sentyabr 03:01
- Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 MİN MƏNZİL ALIB
18 sentyabr 02:41
- Azərbaycandan xarici ölkələrə 20 MİN BAŞ ƏTLİK DİRİ AT satılıb
18 sentyabr 02:08
- Bakı əhalisinin sayına görə şəhərlər arasında 208-ci yerdədir – Siyahı
18 sentyabr 02:00
- ŞOK ! Türkiyənin ERMƏNİ DEPUTATI: Zəngəzur yolu Ermənistanın sonu olacaq
18 sentyabr 01:45
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 01:15
- MN-in Mətbuat xidməti ləğv edildi
17 sentyabr 23:15
- Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verildi
17 sentyabr 21:44
- Gürcüstan parlamentindən vacib qərar: LGBT qadağan edildi
17 sentyabr 20:44
- Narin Güranın ölüm səbəbi məlum oldu
17 sentyabr 19:21
- Sevindik Hətəmov Hacıqabula İCRA BAŞÇISI TƏYİN OLUNDU
17 sentyabr 16:54
- Salyanın icra başçısı vəzifəsindən azad olundu, yenisi təyin edildi - SƏRƏNCAM
17 sentyabr 16:36
- Ermənistanda məktəblərdə RUS DİLİ deyil, FRANSIZ DİLİ ÖYRƏDİLƏCƏK- QƏRAR
17 sentyabr 15:50
- Rusiyada müharibəyə getmək istəməyən azərbaycanlılar: Ya GÜLLƏLƏYƏCƏKLƏR, ya da...
17 sentyabr 15:39
- Bakıda -Yüksək səsli MUSİQİYƏ görə HƏBS OLUNDU
17 sentyabr 15:21
- Bakıda LAÇIN məktəbində kütləvi dava: Şagirdlər himn yerinə söyüşə qulaq asdılar - VİDEO
17 sentyabr 14:51
- Balakəndə meşənin içində narkotik plantasiyaları tapıldı - Foto
17 sentyabr 12:44
- Şeyx Şamilin büstünü partladıb, hərbi hissəyə hücum ediblər
17 sentyabr 11:41
- Sabah Mingəçevir şəhərində SU OLMAYACAQ
17 sentyabr 11:30
- Prezident yeni səfirin etimadnaməsini qəbul etdi
17 sentyabr 11:07
- Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı
17 sentyabr 11:01
- SON DƏQİQƏ! Elman Paşayev Moskvada SAXLANILDI
17 sentyabr 10:55
- Təhqir dolu sözlər: Anar Elzanın şeirləri barədə açıqlama verməkdən qaçdı VİDEO
17 sentyabr 10:46
- ABŞ Dövlət katibi İlham Əliyevə zəng etdi
16 sentyabr 22:08
- MSK nəticələri Konstitusiya Məhkəməsinə göndərdi
16 sentyabr 21:45
- Putin Silahlı Qüvvələrin şəxsi heyətinin sayını artırdı - 2 MİLYON 389 MİN
16 sentyabr 20:06
- NAR YAŞAT Fondu ilə birgə Bilik Günü münasibətilə şəhid övladlarını təbrik etdi
16 sentyabr 19:53
- Qubadlının Mahruzlu kəndində tikilən evlər sel təhlükəsi ilə üzləşəcək - FOTOLAR
16 sentyabr 17:51
- Mehriban Əliyeva məktəblilərə uğur arzuladı
16 sentyabr 17:42
Video & Fotoqalereya
Video
Fotoqalereya