Bizi cəbhəyə vuruşmağa göndərirsiniz, özünüz isə arvadlarımızı yoldan çıxarırsınız -Azərbaycanda Baş Nazirə deyilib...
"Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:
"İstintaq materiallarından...
(Əvvəli burada: )
“Şahid Ziyalov Andrey Sionoviç: (“NKVD”-də istintaq şöbəsinin müdiri işləyib).
Sual:
-1944-cü ildə Azərbaycan CM-nin 72-ci maddəsinin 2-ci bəndi ilə müqəssir bilinib həbs olunan Nəsirov Qulam Abbasovuçin istintaq işi sizə məlumdurmu?
Cavab:
-Bəli, həmin işin təfərrüfatı mənə məlumdur. O vaxtlar mən “NKVD”-də istintaq şöbəsinin müdiri idim. Nəsirovun işini aparan müstəntiqin adı isə yadımda deyil...
Sual:
-Nəsirov nə ilə əlaqədar həbs edilmişdi?
Cavab:
-Qulam Nəsirov dilinin bəlasına düşmüşdü. O deyirmiş ki, Mir Cəfər Bağırov özünü pis aparır, arvadlarla gəzir, işçiləri döyür.
Sual:
-Nəsirovun Azərbaycan SSR CM-nin 72-ci maddəsi ilə həbs olunmasına əsas var idimi?
Cavab:
-Mən belə hesab edirəm ki, Nəsirovu həbs etməyə əsas yox idi və bu barədə Yemelyanova da məlumat vermişdim. Ancaq Yemelyanov etiraz edib dedi: “Ona bir qədər əl gəzdirmək lazımdır”.
Nəsirov öz ilkin ifadələrindən imtina edəndən sonra Yemelyanov mənim yanımda onu otağına çağırdı. (Dindirilmə protokollaşdırılmırdı). Yemelyanov Nəsirovdan tələb edirdi: “Sən hər şeyi boynuna almalısan”. Yemelyanov bir də onun üstündə dururdu ki, Nəsirov Yegizarovun(Anastas Mikoyanın bacanağı- red.) və Cəmil Mirzəyevin antisovet fəaliyyəti və onlarla söhbət zamanı Bağırovun nalayiq hərəkətləri barədə verdiyi ilkin ifadəni təsdiq etsin. Nəsirov cavab verdi ki, onun heç bir günahı yoxdur. Lakin Yemelyanov yenə də onu söyür, üstünə qışqırıb hədələyirdi: “Səni şil-küt edib, güllələyəcəyəm”.
Qeyd etməliyəm ki, Bağırov və Yemelyanov Yegizarovla daim maraqlanırdı.
Sual:
-İstintaq zamanı müstəntiqlər Nəsirovu döyürdülər. Sizin bundan xəbəriniz var idimi?
Cavab:
-Nəsirovun döyülüb-döyülməməsi mənə məlum deyil.
Sual:
-Bu işə daha nə əlavə edə bilərsiniz?
Cavab:
-Belə bir əhvalatı xatırayıram ki, 1942-ci, ya da 1943-cü ildə mənə Əhmədov familiyalı bir dustaq düşmüşdü. O öz arvadını Azərbaycan Xalq komissarları sovetinin sədri Teymur Quliyevin mənzilində tutmuşdu, elə onun üstündə də həbs olunmuşdu. O vaxtlar mən “NKVD”-də istintaq şöbəsinin müdirinin müavini idim. Yaqubov dustağı mənə təhvil verəndə dedi: “Onunla əməlli-başlı məşğul olmaq lazımdır”.
Mən Əhmədovun istintaqına başladım, o dedi: “Bizi cəbhəyə göndərirsiniz, özünüz isə arvadlarımızı yoldan çıxarırsınız”. Sonra isə danışdı ki, arvadının pis yola düşməsindən çoxdan şübhələnirmiş, çünki cəbhədən gələndən sonra onun çox yüksək şəraitdə yaşadığını görübmüş. O, arvadını güdür, onun Teymur Quliyevin mənzilinə getdiyini görür və onları görüş vaxtı bir yerdə görür. Əhmədov T. Quliyevin üzərinə atılıb boğazından yapışır, Quliyevin mənzilini qoruyan milis nəfəri özünü yetirir...
Mən Əhmədovu dindirəndən sonra bütün təfərrüfatı yazılıb qeyd etdim. Sonra dustaq Əhmədovu Yaqubovun yanına apardılar. İstintaq protokolunu da məndən aldılar. Əhmədovun aqibətindən xəbərim olmadı, sonralar onun Kommunist küçəsindəki barın müdiri vəzifəsində işlədiyini öyrəndim...”
(Davamı var)
Təqdim etdi:
Sultan Laçın
Oxşar xəbərlər
- Azərbaycanda nə qədər BİCBАLА DOĞULUR - Tanınmış vəkil
6 yanvar 2025 13:37
- Seçkiqabağı təşviqat başlayır
6 yanvar 2025 11:57
- Azərbaycan dilçiliyi göz yaşlarına inanmır - Professor İdris Abbasov yazır...
5 yanvar 2025 20:51
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
5 yanvar 2025 13:23
- lBakı həbsxanasında MƏHKUM ÖLDÜ
4 yanvar 2025 14:43
- Levon Ter-Petrosyanın gerçək üzü: 1993-cü ildə etdiyi çıxış yayıldı və hər şey ortaya çıxdı - VİDEO
4 yanvar 2025 11:43
- Yeni il gecəsi bir ailə TORT YEYİB ÖLDÜ
3 yanvar 2025 19:13
- Tarif şurasından QƏRAR: Suyun, İşığın, Qozun QİYMƏTİ QАLXDI
2 yanvar 2025 12:49
- Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
1 yanvar 2025 22:25
- Çingiz Abdullayevi Yazıçılar İttifaqına А.Mütəllibov göndərmişdi - Əkrəm Əylisli
1 yanvar 2025 20:56
Xəbər lenti
- Gürcüstandа hərbi xidmət 6 АY OLDU - İş yerində maaşı saxlayacaqlar
06 yanvar 14:14
- Azərbaycanda nə qədər BİCBАLА DOĞULUR - Tanınmış vəkil
06 yanvar 13:37
- Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
06 yanvar 13:23
- Seçkiqabağı təşviqat başlayır
06 yanvar 11:57
- 2025-də SSRİ yenidən doğulacaq – Vasserman
06 yanvar 11:35
- Prezident həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşdü
06 yanvar 11:18
- Rusiyanın dağılması Çeçenistanla başlaya bilər
05 yanvar 22:54
- Kəmaləddin Heydərov onları TƏLTİF ETDİ
05 yanvar 22:24
- Azərbaycan dilçiliyi göz yaşlarına inanmır - Professor İdris Abbasov yazır...
05 yanvar 20:51
- Bibərin inanılmaz faydaları - Saymaqla bitmir...
05 yanvar 20:40
- Petrosyanı ifşa edən VİDEO : Sabiq prezident Ağdamdakı çıxışında işğalı etiraf etdi
05 yanvar 19:57
- Fuad Poladovun adı bu küçəyə verildi - FOTO
05 yanvar 19:39
- AZAL sərnişinlərini xilas edənlər mükafatlandırıldı - Fotolar
05 yanvar 19:24
- 10 ukraynalı əsgəri öldürən QƏSSАB özbəyə cəza....
05 yanvar 18:49
- Abxaziyada ailə faciəsi - 5 uşaq öldü
05 yanvar 15:36
- Zeynəb Xanlarova 43 il əvvəl - FOTO
05 yanvar 14:14
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 13:23
- Bağırsaqları təmizləyir: Səhərlər =10 dəqiqəlik qayda= qəbizliyin qarşısını alır
05 yanvar 13:09
- Gürcüstanda yeni nazirlik yaradıldı
05 yanvar 12:34
- Ərdoğan qonşusunun yas mərasimində Quran oxudu - VIDEO
05 yanvar 12:23
- Kadırovun bu hərəkəti Putini özündən çıxartdı – Yerinə başqasını axtarır...
05 yanvar 00:08
- Dünyanın ən yaşlı insanı VƏFAT ETDİ
04 yanvar 23:11
- Adı yaşıl, özü ağ, buzlu adaya iddialar - Qrenlandiya niyə qiymətli olub?
04 yanvar 22:33
- lBakı həbsxanasında MƏHKUM ÖLDÜ
04 yanvar 14:43
- Bakıda sərnişin avtobusu TIR-la toqquşdu - Ölən var
04 yanvar 13:23
- Osmanlı əleyhinə ifadələr Suriya dərsliklərindən çıxarıldı
04 yanvar 12:51
- Almaniya ölkələrinə dönən HƏR suriyalıya 1200 avro verəcək
04 yanvar 12:43
- İki rəfiqənin dəhşət saçan qətl planı: Ərinin sevgilisini öldürdü VİDEO
04 yanvar 11:55
- Levon Ter-Petrosyanın gerçək üzü: 1993-cü ildə etdiyi çıxış yayıldı və hər şey ortaya çıxdı - VİDEO
04 yanvar 11:43
- AZAL təyyarəsinin qara qutuları Braziliyaya çatdırıldı: Araşdırmalar dərhal başladı
04 yanvar 00:31
Video & Fotoqalereya
Video
Fotoqalereya