Almaniyada Azərbaycan pasportu ilə yaşayıram - Əzizə Mustafazadə
Müsahibə17 avqust 2024 23:15
"Almaniyanın tarixi şəhəri sayılan Mainzda yaşayıram. Bu şəhər Bakı ilə çox oxşardır. Hətta Mainz Bakı ilə eyni meridianda yerləşir. Hava şəraiti və iqlim demək olar ki, eynidir. Orada hər şey Bakını xatırladır. Məhz buna görə də orada yaşamağa qərar verdim. Mainza 1994-cü ildə köçmüşəm. Amma bunu köçmək kimi hesab etmirəm. Çünki Mainz mənim ikinci şəhərimdir. Mən Azərbaycan vətəndaşıyam və hər zaman da bu belə olacaq. Orada sadəcə yaşayıram ona görə ki, yuxarıdan taleyi ilə əvvəlcədən müəyyən edilib. Alman vətəndaşlığım yoxdur. Bu mənə lazım da deyil. Azərbaycan pasportu ilə Almaniyada "müvəqqəti yaşayış yeri” sənədim, hüququm var”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Əzizə Mustafazadə qonaq olduğu "Danışaq?” yutub layihəsində deyib.
Mərhum əfsanəvi cazmen Vaqif Mustafazadənin qızı Almaniyaya köçməsinin səbəblərindən danışıb:
"Əgər mən Azərbaycanda qalsaydım nə edəcəkdim? Azərbaycan Milli Konservatoriyasında sadəcə dərs deyəcəkdim. Hər 2-3 ildən bir konsert verəcəkdim vəssəlam. Axı başqa nə edəcəkdim? Mədəniyyəti ölkədən kənara çıxarıb, gözəl şəkildə təbliğ etmək lazımdır. Bunu isə rəssamlar və incəsənət nümayəndələri etməlidir. Onlar qastrollara çıxıb öz bildiklərini başqa ölkələrdə nümayiş etdirməlidirlər. Əks halda hamısı vətən çərçivəsində olacaq. Mən bütün bunları Azərbaycanda yaşayaraq fiziki olaraq edə bilməzdim. Siz təsəvvür edin bir şəhərdən digər şəhərə hər dəfə uçmaq... - Frankfurtdan Bakıya uçmaq 5 saatdır. Bu bütün Avropa şəhərlərinə aiddir. Mən heç Amerikanı demirəm. Bunların öhdəsindən fiziki olaraq gələ bilməzdim. Bütün dünyada ən yaxşı caz tamaşaçısı məhz Almaniyadadır. Bu ölkə bir çox caz sənətçilərinə imkanlar yaradıb və bərəkət verib. Mainzı seçib orada yaşamağımın səbəbi bu şəhərə aşiq olmağımdır. Bu şəhər mənə Bakını xatırladır. Mənim orada az sayda, amma çox yaxın dostlarım var. Onların isə həyatımda rolu az deyil. Heç bir şəkildə Amerikaya və ya Kanadaya yaşamağa köçmərəm. Oraya köçməklə bağlı 1990-ci illərdən bəri çox sayda təkliflər almışdım. Çikaqoda konservatoriyada həm təhsil almaq, həm də işləməklə bağlı təkliflər gəlmişdi. Çox gözəl şərtləri vardı. Amma ürəyimə yatmadığı üçün bu təkliflə razılaşmadım”.
Aparıcının "Deyirlər ki, sizi Bakıdan kimlərsə küsdürüb?” sualına sənətçi belə cavab verib:
"Bakıya gec-gec lakin səssiz gəlirdim. Yəni, bu haqda heç kimin xəbəri olmurdu. Kiminsə məni Bakıdan küsdürməsi və incitməsi absurddur. Hansı inciklik ola bilər ki? Bakı və atamla bağlı çox kədərli xatirələr var. Atamın demək olar ki, əsəbdən həyatı olmayıb. Xatirələrimdə isə gecə yarısından sonra təcili tibbi yardım maşınlardır. Nələrin baş verdiyini görürdüm. Biz axı eyni otaqda yaşayırdıq. O otaq isə bizim həm qonaq, həm yataq, həm repetisiya məkanımız idi. Ora Azərbaycanın gözəl sənətkarları gəlirdi. Mənə çox maraqlı idi. Mən bütün repetisiyalarda iştirak edirdim. Baxmayaraq ki, uzun illər keçib, amma mənim bütün xoş olmayan söhbətlər yadımdadır. Davamlı olaraq obrazlı desək "külək dəyirmanları” ilə mübarizə aparırdıq. Atamı yalnız anam - Elza xanım müdafiə edirdi. Onun nisbi rifahı üçün mübarizə apardı və bəzi müsbət emosiyalar yaradırdı. Yeni evimizə köçdükdən sonra atamın "Elza səninlə görüşməsəydim, çoxdan mən yox idim” sözlərini eşidirdim. Anam isə "Vaqif, qurban olum sakitləş, hər şey yaxşı olacaq” cavabını verirdi. Mənim uşaqlığım bax belə keçib”.
Əzizə mərhum Xalq artisti Mirzə Babayevin atası ilə söhbətinin pərdəarxası məqamlarını illər sonra üzə çıxarıb:
"Günlərin bir günü Xalq artisti Mirzə Babayev evimizdə qonaq idi. İllər sonra anam Elza xanım onun atama dediyi sözləri mənə çatdırdı. Mirzə Babayev atamla söhbət edən zamanı deyib ki, Vaqif, sənə yaşamağa imkan vermirlər. Növbəti qızın Əzizə olacaq. Hər şey onun dediyi istiqamətdə gedirdi. 1986-cı ildə məni beynəlxalq pianoçular müsabiqəsinə dəvət etdilər. Bundan sonra hər şey beləcə başladı. Tiflisdən bir musiqiçi menecer vardı. O Amerikada caz klublarda, teatrlarda müxtəlif müsabiqələrin və konsertlərin təşkili ilə məşğul olurdu. Mənə dedi ki, bu adresə üç musiqi kompozisiyanı göndər. O vaxt 17 yaşda idim. Göndərdim və müsbət cavab aldım. Çox çətinliklə Amerikaya qədər gedib çatdım. SSRİ dövründə viza və sairə... Bu möcüzəyə bərabər bir hadisə idi. Sonradan isə artıq Avropaya getdim. Əvvəlcə Kassel, sonra isə Mainzda (Almaniyada şəhərlər) konsertlər verdim. Mainza gələn kimi özümə doğma şəhərdə Bakıdakı kimi hiss etdim və anladım ki, hətta buranın havası belə Bakı ilə eynidir. Çox qədim bir şəhərdir. Orada binaların 700-800 yaşı var. Mainz balaca şəhərdir. Ümumiyyətlə, böyük şəhərləri qaçhaqaçlı və səsli-küylü yerləri sevmirəm. Səhnədə tornado qopartmaq olar, amma həyatа sakitlik lazımdır”.
Konsert qonorarını açıqlamaqdan boyun qaçıran pianoçu rayderi ilə bağlı bunları dilə gətirib:
"Mən olan yerdə siqaret çəkilməməlidir. Vegeterianam. Hər zaman deyirəm ki, ətrafımda vegeterian olmayan yemək olmasın. Bu qədər”.
Ə.Mustafazadə yaxın zamanda Bakıda konsert proqramları caz sevənlərin qarşısına çıxacağını vurğulayıb:
"19 dekabrda 55 yaşım olacaq və bu münasibətlə Bakıda Heydər Əliyev Sarayında konsert verəcəyəm. Çox maraqlı olacaq. 2025-ci ilin martın 16-sında isə atamın yubileyinə həsr olunan konsert olacaq. Artıq bu konsertlər əvvəlcədən planlaşdırılıb”.
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
22 sentyabr 2024 23:36
- Əsgərimiz həlak oldu
22 sentyabr 2024 20:28
- Allahşükür Paşazdə Moskvada mühüm görüşlər keçirir
22 sentyabr 2024 14:18
- Yazıçı Anar və Rəşad Məcid Elza Seyidcahana XƏBƏRDARLIQ ETDİLƏR - FOTO
22 sentyabr 2024 11:18
- Blinken İlham Əliyevi TƏBRİK ETDİ
21 sentyabr 2024 21:57
- İlham Əliyev və Nikol Paşinyan yenidən Berlində görüşəcək?
21 sentyabr 2024 21:50
- Rusiyada azərbaycanlı kişi rus arvadını 19 bıçaq zərbəsi ilə öldürdü
21 sentyabr 2024 21:30
- Region ölkələrində NƏ QƏDƏR MƏHKUM VAR ? – Tam siyahı
21 sentyabr 2024 18:04
- Prezident Sərəncam imzaladı
21 sentyabr 2024 17:51
- Tanınmış ziyalı Baş Prokurora MÜRACİƏT etdi
20 sentyabr 2024 14:42
Xəbər lenti
- Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
22 sentyabr 23:36
- Afrikaya qar yağdı - ŞOK görüntülər VİDEO
22 sentyabr 20:55
- İranda üçgünlük MATƏM elan edildi
22 sentyabr 20:38
- Əsgərimiz həlak oldu
22 sentyabr 20:28
- Milli Məclisin yeni sədri bu tarixdə seçiləcək: İki deputat daha şanslıdır - ADLAR
22 sentyabr 15:32
- Türk dünyasının ilk HAKIM qadını: Repressiya maşını Mühlisə Bubini necə məhv etdi
22 sentyabr 15:21
- Allahşükür Paşazdə Moskvada mühüm görüşlər keçirir
22 sentyabr 14:18
- Kremlin zəhərlədiyi Sibir dissidenti Kara Murza - Putin rejim qəfil dağılacaq
22 sentyabr 13:55
- 26 barmağı olan qız uşağı doğuldu - FOTO
22 sentyabr 13:12
- İranda mədəndə PARTLAYIŞ - 30 ölü - Foto
22 sentyabr 12:28
- MÜSƏLMANLARIN VATİKANI yaradılır
22 sentyabr 12:15
- Merilin Monronun öldüyü gecənin səs yazıları - KENNEDİNİN SİRRİ
22 sentyabr 11:48
- İNSAN ÜRƏYİ YEYƏN manyak doğulduğu KƏNDƏ QAYITDI
22 sentyabr 11:33
- Yazıçı Anar və Rəşad Məcid Elza Seyidcahana XƏBƏRDARLIQ ETDİLƏR - FOTO
22 sentyabr 11:18
- Pezeşkian Nyu-Yorka gedir
21 sentyabr 22:27
- Blinken İlham Əliyevi TƏBRİK ETDİ
21 sentyabr 21:57
- İlham Əliyev və Nikol Paşinyan yenidən Berlində görüşəcək?
21 sentyabr 21:50
- Rusiyada azərbaycanlı kişi rus arvadını 19 bıçaq zərbəsi ilə öldürdü
21 sentyabr 21:30
- Cəsədi yox etməsəm, oğlumu öldürəcəyini söylədi - Narin cinayətində ŞOK İFADƏ
21 sentyabr 21:24
- Ət ÇOX BAHALAŞACAQ – Bu TARİXDƏN- -ÖLKƏDƏ QOYUNLARIN SAYI AZALIR
21 sentyabr 21:18
- İlqar Məmmədov siyasətdən getdi
21 sentyabr 20:34
- Milli Məclisin ilk plenar iclası bu tarixdə keçiriləcək
21 sentyabr 20:24
- Region ölkələrində NƏ QƏDƏR MƏHKUM VAR ? – Tam siyahı
21 sentyabr 18:04
- Prezident Sərəncam imzaladı
21 sentyabr 17:51
- Konstitusiya Məhkəməsi YENİ DEPUTATLARI TƏSDİQ ELƏDİ - SİYAHI
21 sentyabr 17:34
- Deputat parlamentdəki iş otağına fahişə çağırdı - İNTİM VİDEO...
21 sentyabr 16:47
- Hərbi müstəntiq ərim başıma silah dirəmişdi - deyən qadın cəzalandırıldı
21 sentyabr 16:27
- Qarabağ Universitetindən FOTOLAR
20 sentyabr 15:52
- Nazirlik 1 ƏDƏD ŞAGİRD PARTASI-nın TƏMİRİNƏ 106 MANAT xərcləyəcək
20 sentyabr 15:09
- Amerikalı qadın - KÖPƏK BALIĞI mənim ayaqlarımın arasından tutdu....
20 sentyabr 14:52
Video & Fotoqalereya
Video
Fotoqalereya