Keçəllik bir çox səbəbə görə baş verə bilən problemlərdəndir. Əsasən kişilərdə yaransa da, bəzi hallarda qadınlarda da müşahidə olunan keçəlliklə mübarizənin bir çox üsulu var.
Mütəxəssislər bildirirlər ki, keçəllik və saç tökülməsi ilə mübarizədə təbii üsullara üstünlük verənlər kal pomidoru sınaqdan keçirə bilərlər.
Demokrat.azxəbər verir ki, yaşıl pomidor adətən turşu kimi istehlak edilir. Lakin bir çox ölkədə yaşıl pomidorun istifadə sahəsi daha genişdir.
Yaşıl pomidorun faydaları nələrdir?
* Lif baxımından olduqca zəngindir və yağların daha tez udulmasına imkan verir. Nəticədə qəbizlik və qaz problemlərini aradan qaldırır.
* Güclü C vitamini mənbəyidir. Bədəni soyuqdəyməyə qarşı qoruyur.
* Bədəndəki yad maddələri təmizləyir.
* Qırmızı qan hüceyrələrinin istehsalını sürətləndirir.
* A vitamini ilə zəngindir.
* Katarakt riskini azaldır.
* Liflə zəngin olduğu üçün çəkiyə nəzarəti asanlaşdırır.
* Əsrlər boyu qabığı dərman preparatlarında istifadə edilən yaşıl pomidorun dəri və dəri xəstəliklərinə də yaxşı təsir etdiyi bilinir. Bu məhsul deformasiyaya uğramış hüceyrələrin yenilənməsində effektlidir.
* Kalorisi çox azdır, buna baxmayaraq, tox saxlayır.
Salatlara 2 ədəd yaşıl pomidor əlavə etməklə onun bütün faydalarından yararlana bilərsiniz. Bu cür salat sizi axşama qədər tox saxlayacaq.
Yaşıl pomidorların qabıqları əsrlər əvvəl müalicəvi məqsədlərlə istifadə edilib. Faydalarından ən diqqət çəkəni isə saç tökülməsinə qarşı mübarizə aparmasıdır. Saç tökülməsi ilə yanaşı kəpək problemini də aradan qaldırır.
Kal pomidorun qabıqlarını qaynadıb vanna qəbul edərkən son durulama kimi istifadə etdikdə saç köklərini gücləndirir və saç tökülməsinin qarşısını alır.
Bu su güclü antiseptik xüsusiyyətə malikdir və qulaq ağrısı üçün də istifadə edilə bilər. (Medicina.az)