Tiflis, Gəncə və Bakı...
1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin və türk dünyasının tarixinə ilk demokratik respublika quruculuğunun tarixi kimi yazılıb. Cümhuriyyətin qurulması ilə əsrlər boyu müstəqillik arzusu ilə yaşayan Azərbaycan türkləri özlərinin müasir tipli müstəqil dövlətinə sahib oldu.
Azərbaycan Xalq Cümhuriyyəti Birinci dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda apardığı qanlı müharibələrin həlledici mərhələyə daxil olduğu çox mürəkkəb daxili və beynəlxalq şəraitdə yaradılmışdı.
İlk türk respublikasının birinci mühüm vəzifəsi Azərbaycanın müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq, qonşu dövlətlərlə münasibətləri qaydaya salmaqdan ibarət idi.
Lakin Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan dərhal sonra xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışdılar. Həmin ərəfədə Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirirdi. Yenicə təşkil olunmuş hökümətin qarşısında ölkədə baş verən dağıdıcı hadisələrin qarşısını almaq, Azərbaycan xalqını və müstəqilliyini qorumaqla yanaşı, həm də Cənubi Qafqaz respublikaları arasında mübahisəli məsələləri, xüsusilə, ermənilərin ərazi iddialarını həll etmək kimi ağrılı problemlər dayanırdı.
Azərbaycan milli azadlıq hərəkatının liderləri getdikcə şidətlənən daşnak-bolşevik təcavüzünü dayandırmağın yeganə yolunu Osmanlı dövlətindən hərbi yardım almaqda görürdülər. Çox mürəkkəb beynəlxalq geosiyasi şəraitdə müstəqilliyini elan etmiş və təxirəsalınmaz hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq siyasətinin ilk addımı kimi Türkiyə ilə dostluq müqaviləsi bağlamağı qərara aldı.
Beləliklə, 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Azərbaycan xalqı üçün həyati əhəmiyyətə malik olan bu sənəd Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Müqavilənin şərtlərinə uyğun olaraq, Beşinci Qafqaz firqəsi (diviziyası) Mürsəl paşanın komandanlığı altında Azərbaycana göndərildi. Həmin diviziya və general-leytenant Əliağa Şıxlınskinin komandanlığı ilə əsası hələ 1917-ci ilin dekabrında qoyulan, lakin mürəkkəb tarixi şəraitdə lazımınca formalaşa bilməyən Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı ilə vahid sturukturda birləşdirildi. Bu struktura rəhbərlik Nuru Paşaya həvalə olundu.
Bunun ardınca iyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdü. Gəncədə Nuru Paşanın başçılıq etdiyi türk hərbi birləşməsinə yerli əhalidən toplanmış könüllülər də daxil oldu. Qafqaz İslam Ordusunun şəxsi heyəti birgə qüvvələrdən formalaşdı.
1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan hökuməti soyqırım taleyini yaşamaqda olan xalqı bu çətin vəziyyətdən çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Hökumət iyun ayının 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdikdən sonra, təcili olaraq dövlət quruculuğu prosesinə başladı. Azərbaycan hökuməti xarici müdaxilənin qarşısının alınması və dövlət müstəqilliyinin qorunub saxlanması məqsədilə əsas fəaliyyətini ordu quruculuğuna yönəltmişdi.
İyunun 26-da müsəlman hərbi korpusunun Azərbaycan korpusuna çevrilməsi ilə ordu quruculuğu istiqamətində mühüm addım atıldı və faktiki olaraq ilk milli ordu yaradıldı. Bir gün sonra, Azərbaycan dili dövlət dili elan edildi. Bunun ardınca isə, iyul ayının 15-də Birinci dünya müharibəsi dövründə Cənubi Qafqaz ərazisində türk-müsəlman əhalisinə qarşı erməni daşnakları tərəfindən törədilən soyqırım cinayətlərini araşdırıb, cinayətkarları məsuliyyətə cəlb etmək məqsədilə Fövqəladə Təhqiqat komissiyası yaradılması barədə qərar qəbul olundu.
Qafqaz İslam Ordusunun hissə və bölmələri bu struktur yaranan gündən Azərbaycanın istiqlaliyyətini məhv etmək üçün irimiqyaslı hərbi əməliyyatlara başlamış bolşevik-daşnak qüvvələrinə qarşı ağır döyüşlərə başladı. Azərbaycan Hökuməti və bütün Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusu Gəncə ermənilərinin tərksilah edilməsində, Qaraməryəm, Kürdəmir, Şamaxı, Binəqədi və s. döyüşlərində misilsiz şücaət göstərdilər, bolşevik-daşnak qüvvələrinə ağır zərbələr endirərək, onları bütün cəbhə boyu geri çəkilməyə məcbur etdilər.
Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi isə 1918-ci il sentyabrın 15-də Bakının azad olunması oldu. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırılmışdı. Bunların 8 mini osmanlı, 6 mini isə Azərbaycan türkləri idi. Yüksək hərbi peşəkarlıqla planlaşdırılan əməliyyat qısa zamanda müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olunmuş Bakının azad edilməsi ilə nəticələndi. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi.
Bakının erməni-bolşevik işğalından azad edilməsi zamanı düşmənin çoxlu sayda silah-sursatı müsadirə edildi. Bakı uğrunda döyüşlərdə 5-ci Qafqaz diviziyası 1300-ə qədər şəhid verdi. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-dək Qafqaz İslam Ordusunda döyüşlər zamanı şəhid olanların sayı təxminən 4000 nəfər olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə həyata keçirilmiş birgə döyüş əməliyyatlarının uğurlu nəticələrindən biri də Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı olmuşdur. Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı.
Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərdiyi bütün dövrdə Göyçaydan Bakıya qədər olan əraziləri bolşevik-daşnak qüvvələrindən, Qarabağı erməni-daşnak quldurlarından, Cümhuriyyətin şimalını isə rus müdaxiləsindən azad etdi.
Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə Azərbaycan xalqına qarşı S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin həyata keçirdiyi soyqırımların dayandırılmasında, Bakının işğaldan azad edilməsində və milli ordunun yaranmasında və formalaşmasında mühüm rol oynadı.
Qafqaz İslam Ordusunun və Azərbaycan hərbi qüvvələrinin 1918-ci ildə birgə həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı ölkəmizin bugünkü müstəqilliyinin təməlininin qoyulmasında da çox mühüm tarixi rol oynadı. O zaman Osmanlı dövlətinin göstərdiyi hərbi və siyasi dəstək milli dövlətçilik tariximizin sonrakı mərhələlərində də çox mühüm rol oynadı. Bu tarixi hadisələrə bu günün reallığından baxdıqda Azərbaycanın Türkiyə ilə bu günkü qardaşlıq münasibətlərinin zəfərlərlə dolu tarixi keçmişimizə söykəndiyi aydın görünür.
Cavanşir Feyziyev, MM-in 6-cı çağırış deputatı,
Fəlsəfə doktoru
- HƏCC ziyarəti üçün QİYMƏTLƏR açıqlandı - 5 950 ABŞ DOLLАRI
20 yanvar 2025 23:02
- Şəhidlər Xiyabanında izdiham yaşanır- FOTOLAR
20 yanvar 2025 11:52
- 19 yanvar – Bakı qırğınının başlanğıc günü
19 yanvar 2025 14:08
- Növbəti köç karvanı Cəbrayıla yola salındı
18 yanvar 2025 11:35
- Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı
18 yanvar 2025 11:16
- Arayik Harutyunyan Azərbaycan xalqından üzr istədi
17 yanvar 2025 22:19
- ASİF ATА HАQQINDА
17 yanvar 2025 14:32
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
17 yanvar 2025 14:11
- Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - Hacıbalanı həbs etdirəcəm
17 yanvar 2025 12:09
- Tatar qızı deyilmiş – SSRİ-nin idarə edən ərini idarə edən Raisa Qorbaçova...
16 yanvar 2025 11:13
- Bayden son anda ailə üzvlərini əfv etdi
21 yanvar 00:02
- HƏCC ziyarəti üçün QİYMƏTLƏR açıqlandı - 5 950 ABŞ DOLLАRI
20 yanvar 23:02
- Zəfər Partiyasının sədri Ümit Özdağ saxlanıldı
20 yanvar 22:45
- Ölüm gününüzü doğum tarixi ilə hesablaya bilərsiniz: Necə?
20 yanvar 21:15
- İmamoğlu barəsində istintaq başladıldı
20 yanvar 20:58
- Trampın andiçmə mərasimi başladı CANLI
20 yanvar 20:09
- İranda həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid azadlığa buraxıldı
20 yanvar 17:55
- Nemət Pənahlı CANLIDa AĞLADI: "Deyirlər, Nemət 20 yanvarda xalqı QIRĞINA VERDİ
20 yanvar 17:25
- İlham və Fərizə bulağının açılışı oldu - VİDEO
20 yanvar 14:59
- Bakının bu rayonunda 3 GÜN SU olmayacaq - XƏBƏRDARLIQ
20 yanvar 14:46
- İranda 6 siyasi partiya iki qadının edamına etiraz olaraq tətilə çağırış edib
20 yanvar 13:23
- 35 ildir ayağında qəlpə gəzdirən 20 Yanvar faciəsi şahidindən dəhşətli etiraf -VIDEO
20 yanvar 13:05
- Prezident Şəhidlər xiyabanında - Fotolar
20 yanvar 12:12
- Şəhidlər Xiyabanında izdiham yaşanır- FOTOLAR
20 yanvar 11:52
- Azərbaycanlı xanım Trampın inauqurasiyasına dəvət olundu - FOTO
20 yanvar 11:30
- Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı PAYLAŞIM
19 yanvar 21:26
- Vitali Balasanyan Bakıya məktub ünvanladı: Nələr yazıb? - ŞOK
19 yanvar 20:07
- Deputаt Elşad Musayev 20 yanvar şəhidlərini ziyarət etdi
19 yanvar 19:38
- Avropada ən ucuz və ən bahalı benzin hansı ölkədə satılır? – Tam siyahı
19 yanvar 19:29
- Larisa Məmmədova - Bir az Ukrayna, bir az Azərbaycan...- 20 YАNVАR
19 yanvar 18:02
- Bulaq başından 15 yaşlı qız qaçırdı...
19 yanvar 17:45
- 20 Yanvar - Azərbaycan xalqının müstəqil dövlət qurmaq əzmini daha da gücləndirdi
19 yanvar 17:15
- Cəbrayıl xəstəxanasında XАDİMƏ işə düzəlmək 3 MİN MАNАT
19 yanvar 15:07
- 19 yanvar – Bakı qırğınının başlanğıc günü
19 yanvar 14:08
- İmişlidəki qəzada həlak olan məktəblilərin FOTOSU
19 yanvar 14:01
- O maşını kim sürürdü? - 17 yaşı var imiş
19 yanvar 13:44
- Türkiyə alimi Babəkin məzarını tapmaq üzrədir - Fotolar
19 yanvar 12:33
- Çində Eminə qurbağa və yarasa əti verdilər
19 yanvar 12:09
- Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan Ayaz BELƏ TUTULDU - VİDEO
19 yanvar 11:57
- Abdulbari Gözəl vəfat etdi
18 yanvar 22:18