Tokio prosesi - İki sabiq baş nazir asıblar...

1946-ci ilin may ayında başlayan və 1948-ci ilin noyabrında yekunlaşan Uzaq Şərq beynəlxalq hərbi tribunalı tarixə Tokio prosesi kimi düşüb. Bu prosesə həm də Yaponiya Nürnberqi də deyilir. Məhz bu beynəlxalq tribunalda II dünya müharibəsində iştirak etmiş yüksək rütbəli yaponlar mühakimə ediliblər. Prosesi həyata keçirmək üçün 11 dövlətin nümayəndələrinin daxil olduğu xüsusi məhkəmə orqanı yaradılıb: SSRİ, ABŞ, Çin, Böyük Britaniya, Avstraliya, Kanada, Fransa, Hollandiya, Yeni Zelandiya, Hindistan və Filippin.
Tokio prosesinə təqsirləndirilən şəxs qismində Yaponiya imperiyasının yüksək hərbi və mülki rəhbərliyindən olan 29 nəfər cəlb edilib. Prosesin gedişində 818 açıq məhkəmə iclası keçirilib, tribunal 4356 sənəd qəbul edib, 1194 şahid ifadəsi dinlənilib.

Yaradılmış xüsusi məhkəmə orqanına 11 dövlət daxil olsa da, prosesin gedişində əsas söz sahibi, məhkəmənin gedişinə təsir edə biləcək ölkə ABŞ olub. Prosesdə əsas prokuror qismində ABŞ Ədliyyə Nazirliyinin cinayət işləri üzrə direktoru, ABŞ baş prokurorunun müavini Cozef Kinan iştirak edib. Məhkəmə iclaslarının gedişində, ittihamların irəli sürülməsində, hökmlərin çıxarılmasında amerikalı prokuror digər həmkarları ilə hesablaşmayıb.
Cozef Kinan Yaponiya prosesində ən sərt mövqe sərgiləyən hüquqşünas kimi yadda qalıb. Onun tez-tez işlətdiyi "hərbi cinayətkarlara heç bir güzəşt ola bilməz” ifadəsi hansısa bir tərəfin humanist təklifinin qarşısını dərhal alıb. Hətta prosesin gedişi zamanı amerikalı prokurorla SSRİ tərəfindən hakim qismində iştirak edən İvan Zaryanov arasında kəskin fikir ayrılığı da yaranıb. Zaryanov prosesə yollanmazdan əvvəl Stalindən xüsusi təlimat alıb. Həmin qeyri-rəsmi təlimata görə, sovet hakimi ölüm hökmlərinə qarşı çıxıb. Amma son nəticədə Kinanın təklifləri qəbul edilib.

Nürnberq məhkəməsində olduğu kimi, Tokio prosesində də ittihamlar üç kateqoriyaya bölünüb:
A kateqoriyası - sülh əleyhinə cinayətlər, təcavüzkar müharibənin planlaşdırılması və aparılması, beynəlxalq hüququn pozulması.
B kateqoriyası – kütləvi qətllər.
S kateqoriyası - müharibə qanunlarının pozulması ilə insanlığa qarşı törədilən cinayətlər.
Ümumilikdə Uzaq Şərq beynəlxalq hərbi tribunalında mühakimə olunan 29 nəfər 55 maddə üzrə ittiham olunublar.

Müttəhimlər prosesin keçirildiyi dövrdə Tokiodakı Suqamo həbsxanasında saxlanılıblar. Bu həbsxana ABŞ-ın nəzarəti altında olub. Bütövlükdə həbsxanada saxlama şəraiti qənaətbəxş sayılıb. Müttəhimlər gün ərzində üç dəfə qida ilə təmin ediliblər. Menyu yalnız yapon mətbəxindən seçilib. O cümlədən müttəhimlərə həbsxananın yardımçı təsərrüfatındakı meyvə və tərəvəzlərdən istifadə etmək hüququ da verilib.
Yüksək çinli sabiqlər istənilən vaxt tibb yardımla təmin ediliblər. Eyni zamanda onlar müəyyən vaxt aralarında ailə üzvlərindən bağlama almaq hüququna da malik olublar.
Məhkəmə başlamazdan əvvəl Tokio prosesinin hakimləri və prokurorları tərəfindən həbsxana rəhbərliyinə xüsusi təlimat-müraciət göndərilib. Bu müraciətdə həbsxana əməkdaşlarına, nəzarətçilərə müttəhimlərlə rəftaq və davranış qaydaları, normal qidalanma, tibb xidməti, sanitar-gigiyenik normalara riayət, psixoloji yardım və s. tövsiyə edilib.

Gərgin keçən Tokio prosesində ittiham olunan 29 nəfərdən 7-sinə asılmaqla ölüm hökmü verilib. Bu siyahıya Yaponiyanın keçmiş iki baş nazirinin, Koki Xirota və Xideki Todzionun da adı düşüb. Bütün edamlar Suqamo həbsxanasının həyətində icra edilib.
Məhkəmənin hökmü ilə 15 nəfərə ömürlük, 3 nəfərə isə 10-15 il azadlıqdan məhrumetmə cəzası verilib.
İttiham olunanlardan iki nəfərə isə prosesin sonuna qədər yaşamaq qismət olmayıb. Onlardan biri psixoloji durumunda yaranmış problemlərdən ölüb, digəri isə intihar edib.

Maraqlı məqamlardan biri odur ki, Tokio prosesində ömürlük və ayrı-ayrı müddətlərə azadlıqdan məhrum edilmişlərin üç nəfərindən başqa (həmin üç nəfər həbsxanada ölüb) digərləri artıq 1955-ci ildə azadlıqda olublar. Hətta onlardan ikisi Yaponiyada yüksək vəzifələr də tutublar. Mamoru Siqemitsu Yaponiyanın xarici işlər naziri, Okonori Kaya isə ədliyyə naziri olub.
Beynəlxalq müstəvidə Tokio prosesinin keçirilməsi və nəticələri uzun illər müzakirə mövzusuna çevrilib. Bəzi siyasi ekspertlər bu prosesi hüquqi tədbirdən çox, siyasi tədbir kimi dəyərləndiriblər. Bir çox araşdırmaçıların qənaətinə görə, Tokio prosesində daha çox Amerikanın mövqeyi qabarıq şəkildə biruzə verilib. Belə ki, ABŞ bu proseslə öz hegemonluğunu, dominantlığını nümayiş etdirməyə çalışıb.
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 2025 14:33
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 2025 14:06
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
9 aprel 2025 15:28
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya