Prezidentinin nümayəndələri - 10 NƏFƏR

Deputat: “Muxtar Babayevin bu təyinatı dövlətimizin qlobal iqlim məsələlərinə xüsusi diqqətinin ifadəsidir”
Muxtar Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi ona beynəlxalq danışıqlarda və müxtəlif xüsusi missiyalarda iştirak etməyə imkan verəcək. Yeri gəlmişkən, M.Babayevin Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi təyin olunması ilə Azərbaycan Prezidentinin nümayəndələrinin sayı 10-a çatıb.
10 xüsusi nümayəndənin ikisi xüsusi tapşırıqlar üzrə nümayəndə statusu daşıyır: Elçin Əmirbəyov və Xələf Xələfov.
Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir.
Prezidentin xüsusi nümayəndələri işğaldan azad edilmiş ərazilərdə də mövcuddur: Şuşa rayonunda Aydın Kərimov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Emin Hüseynov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Elçin Yusubov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Vahid Hacıyev, Laçın rayonunda Məsim Məmmədov, Kəlbəcər rayonunda Bəşir Hacıyev.
Yada salaq ki, beynəlxalq iqlim sazişi 2015-ci ildə Parisdə hazırlanıb və 200-ə yaxın ölkə tərəfindən ratifikasiya olunub. Bundan sonra BMT də daxil, bir sıra təşkilatlarda və dövlətlərdə belə bir post təsis edilib. 2024-cü il mayın 15-də Rusiya prezidenti Vladimir Putin öz köməkçisi Ruslan Edelgeriyevi iqlim məsələləri üzrə xüsusi nümayəndə təyin edib. ABŞ prezidentinin İqlim üzrə xüsusi elçisi vəzifəsini 2021-ci ildən Con Kerri tutur. 2023-cü ildə ATƏT PA-nın sədri Pia Kauma (Finlandiya) Pere Xuan Ponsu (İspaniya) iqlim dəyişikliyi üzrə xüsusi nümayəndə təyin edib.
İqlim dəyişikliyi təhlükəsi qlobal siyasi və iqtisadi kontekstdən asılı olmayaraq aktual olaraq qalır və ötən il COP29-a ev sahibliyi etmiş Azərbaycan üçün iqlim gündəliyi ilə bağlı məsələlər onun beynəlxalq siyasətinin önündə durur. Ölkəmiz “yaşıl enerji”nin təşviqi istiqamətində atdığı addımlarla yanaşı, iqlimin tənzimlənməsi sahəsində öz öhdəliklərini həmişə yerinə yetirib. Bu gün iqlim problemi beynəlxalq əməkdaşlığın azsaylı sahələrindən biridir. Azərbaycan hesab edir ki, problemin qlobal xarakterini nəzərə alaraq, iqlim dəyişikliyinə uyğunlaşma üzrə vahid siyasətin birgə müzakirəsi beynəlxalq əməkdaşlığın strateji əhəmiyyətli sahəsidir.
Qeyd etmək yerinə düşər ki, hazırda ətraf mühit problemləri və yaşıl transformasiya dünyanın əsas qlobal çağırışlarından biridir. İqlim dəyişikliyi, ekosistemlərin tənəzzülü, hava və suyun çirklənməsi, biomüxtəlifliyin azalması və dayanıqlı resurs istifadəsi kimi məsələlər ölkələrin iqtisadi və sosial siyasətinə ciddi təsir göstərir. Bunun fonunda, yaşıl transformasiya həm texnoloji, həm də iqtisadi baxımdan yeni imkanlar yaradır. Bir çox ölkələr bərpa olunan enerji mənbələrinə keçid, ekoloji standartların sərtləşdirilməsi və karbon neytrallığı hədəfləri ilə bağlı ciddi addımlar atırlar. Eyni zamanda “yaşıl maliyyə” və “dövri iqtisadiyyat” kimi anlayışlar daha çox ön plana çıxır. Digər tərəfdən, COP29-a ev sahibliyi etməsi ölkəmizi iqlim diplomatiyasında daha fəal oyunçuya çevirir və yaşıl transformasiya istiqamətində konkret addımların atılmasını zəruri edir.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası”nın yaradılması və külək-günəş enerjisinə investisiyaların artırılması Azərbaycanın 2050-ci ilə qədər karbon neytrallığı hədəflərinə çatmaq üçün əsas strategiyalarından biridir. COP29 çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizə üçün maliyyə resurslarının səfərbər edilməsi, inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və texnologiya transferinin sürətləndirilməsi əsas müzakirə mövzularındandır. Azərbaycan COP29 vasitəsilə iqlim məsələlərində qlobal dialoqun önündə olmaq və beynəlxalq əməkdaşlıq üçün platforma yaratmaq imkanına sahibdir. Bu, ölkəmizin iqtisadi-siyasi mövqelərinin güclənməsinə də təsir edəcək. Su ehtiyatlarının səmərəli idarə olunması, torpaqların deqradasiyasının qarşısının alınması və ekosistemlərin qorunması sahəsində daha fəal tədbirlər görülməsi vacibdir. Azərbaycanın bu məsələlərdə aktiv mövqedə olması ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, milli iqtisadiyyatın davamlı inkişafına da töhfə verəcək.
Fatma Yıldırım
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Hazırda dünyada əsas qlobal çağırışlardan biri ətraf mühit problemləri, yaşıl transformasiyalarla bağlıdır. İqlim dəyişikliyi təhlükəsi qlobal siyasi və iqtisadi kontekstdən asılı olmayaraq aktual olaraq qalır. Beynəlxalq iqlim sazişi 2015-ci ildə Parisdə hazırlanıb və 200-ə yaxın ölkə tərəfindən ratifikasiya olunub. Bu ölkələr qlobal iqlim dəyişikliyinin qarşısını almaq üçün tədbirlər görməyə razılaşıblar. Ölkəmiz də bu mühüm çağırışa son dərəcə həssaslıqla yanaşır və gördüyü tədbirlərlə qlobal həmrəyliyə dəstəyini verir. Ötən ilin noyabrında COP29-a ev sahibliyi etmiş Azərbaycan üçün iqlim gündəliyi ilə bağlı məsələlər onun beynəlxalq müstəvidə siyasətinin ön sıralarında dayanır. Ölkəmiz yaşıl enerjinin təşviqi istiqamətində atdığı addımlarla yanaşı, iqlimin tənzimlənməsi sahəsində öz öhdəliklərini həmişə yerinə yetirib”.
Millət vəkilinin sözlərinə görə, problemin qlobal xarakterini nəzərə alaraq, iqlim dəyişikliyinə uyğunlaşma üzrə vahid siyasətin birgə müzakirəsi beynəlxalq əməkdaşlığın strateji əhəmiyyətli sahəsidir: “Muxtar Babayevin Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsi də dövlətimizin qlobal iqlim məsələlərinə xüsusi diqqətinin ifadəsidir. Nəzərə alaq ki, belə bir təyinat digər dövlətlərin və beynəlxalq təşkilatların təcrübəsində mövcuddur. Digər tərəfdən, iqlim dəyişiklikləri ilə mübarizə beynəlxalq ictimaiyyət üçün aktual problem və çağırış olaraq qalır. Bu mənada, belə bir təyinat beynəlxalq tədbirlərdə və danışıqlarda ölkəmizin təmsilçiliyi üçün vacibdir”.
- Elşad Miri: Deməli, cənnətdəki qadınlara da kişi veriləcək - Müsahibə
23 fevral 2025 00:39
- Xruşov Stalinin qarşısında niyə diz çökdü ?
22 fevral 2025 19:00
- Elşad Musayev vətəndaşları qəbul edib
22 fevral 2025 16:08
- Bir yas məclisini buraxmıram, hamısına gedirəm - Əhəd Abıyev
22 fevral 2025 15:15
- FETÖ-nün dönər şəbəkəsi ifşa oldu - Bakıda da filialları var + Foto
22 fevral 2025 12:51
- FETÖ-yə qarşı əməliyyat keçirildi, 353 nəfər saxlanıldı
21 fevral 2025 22:36
- AĞILLILAR VƏ AĞILSIZLAR - Nadir Qocabəyli
21 fevral 2025 14:33
- Zülmətin udduğu ZİYА : 28 illik qətlin anım günü
21 fevral 2025 13:35
- Əbülfəs Qarayevə yeni ittiham - Dədə Qorqud-un 1 milyonunu əmib...
21 fevral 2025 13:59
- Heydər Əliyev gənc yaşlarınızda sizi qabağa çəkərək, önəmli vəzifələrə təyin edib
20 fevral 2025 20:13
- İlahi rəhmət mövsümü...
23 fevral 02:18
- Müdafiə naziri dünyanın ən hündür göydələnindən paraşütlə atıldı - ANBAAN VİDEO
23 fevral 02:02
- Çində robotlar insanlara hücum etdi-Video
23 fevral 01:49
- 33 illik məğlubiyyətin SİRRİ ...
23 fevral 01:39
- Bizi ölümdən o erməni xilas etdi, övladlarımı qatarın yük qoyulan yerində gətirdim - ÖZƏL
23 fevral 01:27
- Ərdoğan ilk iftarını bu ölkədə açacaq
23 fevral 01:15
- Elşad Miri: Deməli, cənnətdəki qadınlara da kişi veriləcək - Müsahibə
23 fevral 00:39
- Azərbaycanla çox ağır itkilərin yaşanacağı müharibə olacaq - AÇIQLAMA
22 fevral 23:48
- Normal qan təzyiqi neçə olmalıdır? - ARAŞDIRMA
22 fevral 23:08
- Bаkıdа GƏNC ŞАİR özünü 3-cü MƏRTƏBƏDƏN АTDI
22 fevral 22:48
- Pakistanın Baş naziri Azərbaycana gəlir
22 fevral 22:24
- Bu tərəvəzlər qızardıldıqda zəhərə çevrilir
22 fevral 21:58
- Azərbaycan bu siyahıda YER almadı
22 fevral 21:47
- Bakıda yas yerində ehsan yeyən kişi boğulub öldü
22 fevral 21:30
- Dünyа ilə HEÇ VАXT ƏLАQƏSİ OLMАYАN TАYFА TАPILD
22 fevral 20:37
- Sərxan Sərxan Azərbaycanalа bаğlı suаlа belə cаvаb verdi: Əclaf da qəşəng kostyum geyinib gözəl görünə bilər...
22 fevral 19:56
- Xruşov Stalinin qarşısında niyə diz çökdü ?
22 fevral 19:00
- Putin Sobçаkı xаtırlаyıb аğlаdı - Niyə onlar bu ölkəni dağıtdılar ?
22 fevral 18:44
- Naxçıvanda sahibsiz itlər 3 nəfəri parçaladı
22 fevral 18:25
- Azərbaycanda GENERАL - İCRА BАŞÇISI vəfat etdi
22 fevral 18:06
- Bakıda DƏHŞƏT: 4 dost yeyib-içdilər və ...аxşаm ÖLDÜLƏR
22 fevral 17:55
- HEÇ NƏ DƏYİŞMƏYİB - İlhаm İsmаyıl
22 fevral 17:32
- Komandirə siqaret gətirməyə gedən ƏSGƏRLƏR itkin düşüb
22 fevral 16:46
- Elşad Musayev vətəndaşları qəbul edib
22 fevral 16:06
- Paytaxtda sərnişinlər çovğunda avtobuslarını iki saatadək gözləməli olurlar
22 fevral 15:55
- Bir yas məclisini buraxmıram, hamısına gedirəm - Əhəd Abıyev
22 fevral 15:15
- 2025 – Yeni Dünya Nizamı-nda 4 LIDER
22 fevral 14:45
- İNSАN TÜKÜNÜ Türkiyədən 987, ABŞ-dən isə 4 314 dollara alırıq
22 fevral 13:40
- FETÖ-nün dönər şəbəkəsi ifşa oldu - Bakıda da filialları var + Foto
22 fevral 12:51
- Fazil Mustafanın toyu...Elçibəydən gələn zəng – Foto
22 fevral 12:28