“Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycana sığınıb”
“Report” xəbər verir ki, bunu İsrailin keçmiş baş Aşkenazi ravvini İsrail Meir Lau deyib.
Din xadimi Strasburqda Avropa Şurası Parlament Assambleyasında Osvensim düşərgəsinin azad edilməsi ilə bağlı Beynəlxalq Holokost qurbanlarının anım günü ilə bağlı keçirilən mərasimə fəxri qonaq kimi dəvət olunub.
İsrail Lau çıxışında Osvensimdə sağ qalma hekayəsini danışaraq, yeddi yaşında hər iki valideynini itirdiyini qeyd edib:
“Bu gün mən İsrailin köhnə dostu olan bir ölkəni qeyd etmək istəyirəm: Bu, yəhudi xalqı və İsraillə sıx əlaqələr saxlayan, əksəriyyəti müsəlman olan Azərbaycandır. Azərbaycan bu gün İsraillə şərə qarşı mübarizədə çiyin-çiyinə dayanıb”.