General Rüstəm Muradov : "Qərargaha mülki geyimdə basqın etdik..."
Müsahibə12 fevral 2021 11:00

Rusiya Federasiyası Silahlı Qüvvələrinin general-leytenantı Rüstəm Muradovu bu gün Azərbaycanda çox adam tanıyır. Bu da səbəbsiz deyil. General-leytenant R.Muradov Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müvafiq bəndinə əsasən bölgəyə gələn Rusiya sülhməramlı qüvvələrinə komandanlıq edir.
Hazırda Azərbaycanda xeyli populyar olan Rüstəm Muradovun hərbi əsirlərin və girovların qarşılıqlı olaraq dəyişdirilməsində, bölgədə sülhməramlı əməliyyatların aparılmasında rolu var. Əlbəttə, Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərlə bağlı istənilən məsələ hər bir azərbaycanlı üçün yüksək həssasiyyətə malik olduğundan buradakı sülhməramlı qüvvələrə başçılıq edən şəxsin kimliyi də azərbaycanlılar üçün böyük önəm daşıyır.
Məhz bu həssaslıqdan irəli gələrək R.Muradovun 2019-cu ilin iyulunda doğulduğu Dağıstan Respublikasının Tabasaran rayonunda dərc olunan "Zori Tabasarana” qəzetinin müxbiri Zubaydat Şabanovaya verdiyi müsahibəni təqdim edirik. Bu müsahibə R.Muradovu yaxından tanımaq baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, müsahibə götürülərkən R.Muradov general-mayor ali hərbi rütbəsində idi:
Rusiya Qəhrəmanı, general-mayor Rüstəm Muradov yaxın dostları, Mahaçqala şəhərinin hərbi komissarı Murtuzali İdrisovun, Dağıstan Respublikası Milli Məclisinin deputatı Səfər Əliyevin müşayiəti ilə Tabasaran rayonunu ziyarət edib. Tabasaran rayonunun girişində fəxri qonaqları rayonun başçısı Maqomed Qurbanov, Dağıstan Respublikası Milli Məclisinin deputatı Alavudin Mirzəbalayev, həmçinin, munisipalitetin nümayəndə heyəti duz-çörəklə qarşıladılar. Məhsuldar iş qrafikinə baxmayaraq general "Zori Tabasarana” respublika qəzetinin jurnalistləri ilə görüşməyə vaxt tapdı.
Rusiya Federasiyası Qəhrəmanı Rüstəm Muradov Tabasaran rayonunun Xanak kəndindəndir. Mahaçqaladakı 16 nömrəli məktəbi bitirib. O, Suvorov adına Kazan Hərbi Məktəbinin, S.M.Kirov adına Leninqrad Ali Ümumqoşun Komandirləri Məktəbinin, Ümumqoşun Akademiyasının, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Akademiyasının məzunudur. Rusiyanın müxtəlif şəhərlərində və vilayətlərində xidmət edib. Çeçenistandakı anti-terror əməliyyatının iştirakçısıdır. 2017-ci ildə Suriyada hərbi müşavir vəzifəsində çalışıb. Hərbi vəzifəsini yerinə yetirərkən göstərdiyi igidlik və qəhrəmanlığa görə 2017-ci ildə Rusiya Federasiyası Qəhrəmanı yüksək fəxri adına layiq görülüb. 2018-ci ilin dekabr ayında Cənubi Hərbi Dairəsi qoşunlarının komandanının müavini təyin edilib.
- Rüstəm Usmanoviç, siz iki çeçen müharibəsinin iştirakçısısınız, 1996-cı ildə Yuxarı Sentoroy kəndinin, 2000-ci ildə Məshədovun qərargahının ələ keçirilməsində iştirak etmisiniz. Hərbçilər döyüş əməliyyatları barədə danışmağı sevmirlər, amma yenə də nələri xatırlayırsız, o hadisələrdən nələri unutmaq mümkünsüzdür?
- Siz tamamilə haqlısınız, Zubaydat. Təkcə hərbçilər deyil, ümumiyyətlə, istənilən normal kişi öz fədakarlıqları barədə danışmağı sevmir. Amma bir halda ki, siz sual vermisiniz, mən ona cavab verməliyəm. Əgər qərargahın ələ keçirilməsi ilə əlaqəli o epizoddan söhbət gedirsə, bunu deyə bilərəm... Deyə bilərəm ki, gənc idim, enerjim qaynayırdı. Mən o zaman ayrıca kəşfiyyat bölüyünə komandirlik edirdim, bu bizim Buynaksk briqadamız idi. Bizim qarşımıza konkret vəzifə qoyuldu və onun icrasına ilk olaraq mənim bölüyüm yollandı. Biz Məshədovun qərargahını ciddi sənədlərlə ələ keçirdik və elə alındı ki, onun olduğu dağa ilk olaraq mən qalxdım. Məni standart hərbi geyimdə deyil, mülki geyimdə olmağım xilas etdi. Belə ki, yaraqlılar məni əvvəlcə özlərindən biri sandılar. Bizim aramızda təxminən 50 metr məsafə var idi və onlar mənimlə danışmağa başladıqda qəfildən anladılar ki, "onlardan deyiləm”. Mən çox güclü atəşə məruz qaldım və ağır yaralandım. Onlar 15 nəfər, mən isə tək idim. Yaraqlılar atəş açanda mənim uşaqlarım vaxtında gəldi və tərəzi bizim tərəfə fırlandı. Hər iki tərəf itki verdi, ancaq bizim qarşımıza qoyulan vəzifə yerinə yetirildi. Həmin anda bizim qəlbimizdə nə qorxu, nə də həyəcan var idi. Bizim üçün, əsgərlər üçün bu normal haldır.
- Siz, həmçinin, Suriyanın da terrorçulardan azad olunmasında iştirak etmisiniz. Şübhəsiz ki, müharibə dağıntılar, xaos gətirir, bu, böyük bir fəlakətdir. Suriyanın necə olduğunu söyləyin – bir ölkə, insanlar olaraq... Onlar həyatda necədir, suriyalıların məişəti necə qurulub?
- Birincisi, bu bir müsəlman dövlətidir, oranın öz adət-ənənələri, davranış qaydaları var, ecazkar mədəniyyətə malikdir. Ümumiyyətlə, Suriya xalqı xeyirxah xalqdır, sahib olduğu hər şeyi paylaşmağa hazırdır. Qonağa münasibət, prinsipcə, bizdə – Qafqazda olduğu kimi hörmətlidir. Süfrə düzülür, yemək hazırlananadək isə sizi çaya, qəhvəyə və mateyə – yaşıl çaya bənzər çox canlandırıcı Suriya milli içkisinə qonaq edirlər. Çox xeyirxah xalqdır. Təəssüf ki, indi əzab-əziyyət çəkir. Siz onların öz dinlərinə, adət-ənənələrinə və mədəniyyətlərinə necə hörmət etdiklərini bir bilsəydiniz! Buna sonsuz dərəcədə heyran olmaq olar!
- İmam Şamil deyib: "Sonu barədə düşünən qəhrəman ola bilməz”. Soruşmaq istərdim, fədakarlıq etməyə gedəndə sizdə hansı düşüncələr olur? Nəticələr barədə düşünürsünüzmü?
- Biz ölə biləcəyimizi düşünsək, qarşımıza qoyulan vəzifəni yerinə yetirə bilməyəcəyik. Hərb sənəti ilə məşğul olan insanlar bu barədə düşünməməlidirlər. Biz mütləq tapşırığı necə yerinə yetirəcəyimizi, insanları necə qoruyub saxlayacağımızı düşünməliyik. Bu, bizim ən başlıca vəzifəmizdir. Əgərləri tapşırığın icrasına göndərəndə, ilk növbədə komandir kimi sən onların həyatını qorumalısan. Bununla ilk növbədə sən məşğul olmalısan. Və əlbəttə, tapşırığın necə yerinə yetirilməsi də vacibdir. Tapşırıq mütləq minimum itki ilə icra edilməlidir. Mən tapşırıq yerinə yetirməyə gedərkən başıma bir iş gələcəyini heç vaxt düşünmürəm. Belə situasiyalarda heç vaxt özüm haqqında düşünmürəm.
Mən axı bu peşəyə təsadüfən gəlməmişəm. Mən onu şüurlu şəkildə seçmişəm və nəyə getdiyimi bilirəm... Və qəhrəman doğulmurlar, döyüş meydanlarında qəhrəmana çevrilirlər, vətənini, insanları, zəiflərini qoruyarkən qəhrəman olurlar... Bu insanlar hamısı qəhrəmandır.
- Sizin üçün ən qorxunc zamanda daha çox kimin üçün qorxardınız – əsgərləriniz, ailəniz, yoxsa özünüz üçün?
- Əgər bir insanın qəlbində tamamilə qorxu yoxdursa, deməli o, canlı varlıq deyil. Təəccüblü deyil ki, bizdə özünüqoruma instinkti inkişaf edib. Ancaq biz, hərbçilər, bu barədə mütləq danışmamalıyıq, xüsusilə bunu nümayiş etdirməməliyik. Əlbəttə, ailəniz, övladlarınız, tabeliyinizdə olanlar üçün qorxu ola bilər. Yenə də qeyd etmək istəyirəm (məni düzgün başa düşməyinizi istəyirəm): bu barədə yalnız tapşırığın icrası artıq başa çatdıqda düşünürsünüz. Nə ola biləcəyini yalnız uğurla başa çatan əməliyyatdan sonra dərk edirsən. Burada bir faktı da nəzərə almaq lazımdır; əgər insanın qəlbində hansısa qorxu varsa, ona mane olacaq və tapşırığı yerinə yetirə bilməyəcək.
- Biz sizin dəfələrlə çətin situasiyalara düşdüyünüzü eşitmişik – qumbaraatan atəşinə düşmüsünüz, dəfələrlə ölümdən dönmüsünüz, həmçinin, təyyarə hadisəsi...
- Bəli, ağır hadisələr çox olub. Təyyarə hadisəsi ilə bağlı məsələyə gəldikdə isə onda Suriyaya iki təyyarədə hərbçi göndərmək qərara alınmışdı. Mən mütləq birincidə uçmalı idim. Məni o təyyarənin göyərtəsində olmaqdan tam təsadüf qurtardı. İlk təyyarə qəzaya uğradı. Təəssüf ki, biz insanlar itirdik. Əlbəttə, sonra nəticələri düşünürsən, xatırlayırsan, analiz edirsən. Səninlə bağlı nəsə dəhşətli hadisənin baş verə biləcəyini hiss etdiyiniz zaman qəlbiniz üçün ağır olur. Bu an ailənizi, valideynlərinizi düşünürsünüz...
- Rüstəm Usmanoviç, bir qədər də ailə haqqında danışaq. Generalımız evdə necədir? Onun ən sevimli yeməyi hansıdır? Həyat yoldaşınız xəngəl bişirir?
- Evdə evdaram (gülümsəyir). Həyat yoldaşım tabasaranlıdır. O, təbii ki, xəngəl də daxil olmaqla çox dadlı xörəklər bişirir. Bir çox dağıstanlı kimi, xəngəl bizim ailəmizin də ən sevdiyi xörəklərdən biridir.
- Qonaqlarla tez-tez görüşürsünüz?
- Qonaqlara gəldikdə, demək istəyirəm ki, valideynlər bizə qonağı hörmət etməyi, qəbul etməyi və hörmətlə yola salmağı öyrədiblər. Mən indi bunu öz uşaqlarıma öyrədirəm. Bu mütləq qanda olmalıdır. Evdə olanda həmişə qonaqlarım olur. Özləri də gəlirlər, mən də çağırıram. Hələ iki akademiyada oxuyanda da məşğələlərdən sonra xidmət yoldaşlarınm, dostlarım, sinif yoldaşlarım həmişə mənim qaldığım yerə toplaşırdılar. Onlar hamısı mənim yanıma gəlməyi sevirdilər... (gülümsəyir), çünki dadlı Dağıstan milli yeməklərinin dadına harda baxa biləcəklərini, süfrənin hər zaman harada qurulduğunu bilirdilər.
- Uşaqlar barədə bir qədər məlumat verin.
- Mənim iki qızım və dörd oğlum var. Hamısı öyrənir: kimisi orta məktəbdə, kimisi ali məktəbdə. bəziləri universitetdə. Onlarla bağlı hər şey yaxşıdır.
- Biz sizin çox sərt və tələbkar olduğunuzu eşitmişik. Orduda nizam-intizamı təmin etmək çətindir?
- Prinsipcə, siz tamamilə haqlısınız. Mən tabeliyimdə olanlara və hər şeydən əvvəl özümə qarşı sərt və tələbkaram. Əgər özünüzə qarşı tələbkar deyilsinizsə, başqalarından necə iş tələb edə bilərsiniz? Nizam-intizam birinci yerə olmalıdır, özü də təkcə orduda yox.
- Oxucularımıza nə arzu etmək istərdiniz?
- Mən Dağıstanı, öz xalqımı çox sevirəm. Özümü kiçik vətənimdə tapanda elə bir hiss olur ki, sanki böyük ailəmlə əhatə olunmuşam. Fürsətdən istifadə edərək, rayona dəvət etdiyinə və xalqımızla ünsiyyət qurmağına imkan yaratdığına görə, Tabasaran rayonunun başçısı Maqomed Sirajudinoviç Qurbanova təşəkkür etmək istəyirəm. Tabasaran rayonunun yubileyi ərəfəsində bizim bütün tabasaranlılara və rayonumuza sülh və xeyir diləyirəm. İnsanlar xoşbəxt, ailələrdə rahatlıq olsun, Tabasaran çiçəklənsin və Dağıstanın üzərində aydın, dinc səma olsun.
- Rüstəm Usmanoviç, söhbət üçün vaxt tapdığınız üçün təşəkkür edirəm. Sizi Tabasaran rayonunun yubiley tədbirlərində görəcəyimizə ümid edirik.
- Siz də sağ olun. Əlbəttə, görüşəcəyik. Bu bizim sonuncu görüşümüz deyil.
Mənbə: Teleqraf.com
Oxşar xəbərlər
- Sumqayıt hadisələrindən 37 İL ötür
28 fevral 2025 11:50
- Zori Balayan =XORTLADI =
27 fevral 2025 17:14
- Rus dövlətinin daha bir qəddarlığı - yox olan və ya soy-kökünü unudan xalqlar
27 fevral 2025 14:27
- Xocalı soyqırımından 33 il ötür
26 fevral 2025 00:08
- Fərid Əsgərov Bəylər Əyyubova müavin təyin edildi
25 fevral 2025 20:56
- Xeyli adam qırdım, Azərbaycanda məni axtarırlar -VİDEO
24 fevral 2025 23:51
- Jukov haqqında həqiqətlər – Marşal doğrudan da talançı olub, Almaniyadan 19 vaqon qənimət gətirib
24 fevral 2025 15:15
- Generalın 21 yaşlı oğlu vəfat etdi
24 fevral 2025 13:15
- Bizi ölümdən o erməni xilas etdi, övladlarımı qatarın yük qoyulan yerində gətirdim - ÖZƏL
23 fevral 2025 01:27
- Xruşov Stalinin qarşısında niyə diz çökdü ?
22 fevral 2025 19:00
Xəbər lenti
- Qazaxıstanda zirehli texnikaya Hökumə Əliyevanın adı verildi
01 mart 13:02
- PKK atəşkəs elan etdiyini açıqladı
01 mart 11:48
- İlham ƏIiyev Barselona-nın prezidentini qəbul etdi
01 mart 11:36
- Martda neçə gün evdəyik ?
01 mart 11:28
- Ağcabədidə ağır qəza - 5 nəfər öldü
01 mart 00:45
- İngilis dili ABŞ-də RƏSMİ DİL ola bilər
01 mart 00:32
- Kardiologiya- da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
28 fevral 23:28
- Tramp Zelinski ilə jurnalistlərin gözü qarşısında dalaşır...ŞOU
28 fevral 22:35
- Azərbaycanın АT ticarəti: 2000 dollаrа АT аlır, 200 dollаrа АT sаtır...
28 fevral 22:19
- Sumqayıt hadisələri - SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı məkrli planı
28 fevral 20:57
- - QIYАMƏT АNBАRI- na 14 MİN YENİ TOXUM toxum əlavə edildi
28 fevral 20:32
- Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
28 fevral 19:31
- AĞАLI KƏND sakinlərinin diqqətinə - Müraciətlərin qəbulu başlayır
28 fevral 18:08
- NАR AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
28 fevral 17:58
- Sabiq deputat naziri -TOPA TUTDU- : Problemlərə yumor kimi yanaşır
28 fevral 16:45
- Şuşada buzlu yolların açılması üçün 115 TON duz bəs etməyib? – Yenə duz alınır
28 fevral 16:30
- Deputat Əli Məsimli onlayn formada vətəndaş qəbulu keçirib
28 fevral 16:14
- Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
28 fevral 15:36
- Bakıda bu rəssamın əsəri 10 min dollara satışa çıxarıldı - FOTO
28 fevral 14:44
- Prezident fərman imzaladı
28 fevral 14:19
- Sabah Bakıda 8, rayonlarda 24 dərəcə şaxta olacaq
28 fevral 13:28
- Zelenski ilə TARİXİ MÜQAVİLƏ imzalanır - Tramp elan etdi
28 fevral 12:38
- Sabahdan Ramazan ayı başlayır
28 fevral 12:28
- Ərdoğan Putini Türkiyəyə dəvət etdi
28 fevral 12:13
- Sumqayıt hadisələrindən 37 İL ötür
28 fevral 11:50
- Milli Məclisin iclası başladı
28 fevral 11:40
- Niyazi Mehdi vəfat etdi
28 fevral 11:16
- CHP Öcalanın çağırışından sonra təcili toplanır
28 fevral 00:58
- Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb
27 fevral 23:40
- Susmuş dünyanın ağlayan, qanla yazılmış o gecəsi - bir zabitin yazısı
27 fevral 23:10
Video & Fotoqalereya
Video
Fotoqalereya