Bir araya gəlib gələcək nəsillərə sağlam bir planet ötürmək məsuliyyəti...
Cəmiyyət18 noyabr 2024 19:50
COP 29: sağlam bəşəriyyət üçün məsuliyyət.
Sağlam bəşəriyyət naminə qlobal həmrəylik nümayiş etdirmək lazımdır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasının-COP29-un Azərbaycanda keçirilməsi çox mühüm hadisədir. Azərbaycan indiyə qədər də bir sıra böyük və mötəbər tədbirlərə ev sahibliyi edib. Bununla belə dünyanın ən böyük və ən vacib tədbirırindən sayılan COP 29 ölkəmizin tarixində də ən böyük beynəlxalq tədbir kimi xüsusi önəm daşıyır. Zəmanəmizin ən aktual məsləsinə həsr olunmuş belə bir nəhəng tədbir postsovet məkanında və bizim regionda ilk dəfə Azərbaycanda baş tutdu.
Verilən rəsmi açıqlamalara görə, COP29-da dünyanın 196 ölkədən 70 mindən artıq nümayəndə iştirak edir. Onların sırasında 80 ölkənin dövlət və hökumət başçıları və digər yüksək vəzifəli nümayəndələri var.
Noyabrın 11-də başlamış COP29 tədbirləri noyabrın 22-dək davam edəcək. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir noyabrın 12-13-də təşkil olunan Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti oldu.Bu yöndə ən mühüm hadisə yaşıl gələcək proqramlarının maliyyələşdirilməsi məsələlərinə dair yüksək səviyyəli danışıqlar və razılaşmalardır. İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
COP-un əsas mövzusu qlobal iqlim dəyişikliyi ilə mübarizə,bu yöndə həyata keçirilən tədbirlərinin əsas məqsədi isə dünyada karbon qazının miqdarını sənayeləşmədən əvvəlki dövrdəki səviyyəyə endirilməsinə nail olmaq və bundan ötrü iqlim dəyişikliyinin təsirinin və iqlim dəyişikliklərinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşməni təmin etmək məsələləridir. Bu baxımdan "COP29 danışıqlarında əsas prioritet inkişaf etməkdə olan ölkələrin ehtiyac və prioritetlərinin, problemlərinin təxirəsalınmazlığını və miqyasını nəzərə alaraq iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi sahəsində Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır.
COP29-da Azərbaycan tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
COP29 qlobal miqyasda təbiət kataklizmlərinin coğrafiyasının genişləndiyi,təbii fəlakətlərin artdığı bir zamanda keçirilir.Son 50 ildə iqlim və ya su ilə bağlı 11 mindən çox fəlakət yaşanıb.2 milyon insan həyatını itirib.Dünyaya 4,5 trilyon dollarlıq iqtisadi zərər dəyib. 2023-cü ilin sonuna 30 milyon insan təbii fəlakətlər nəticəsində məcbru köçkünlərə çevrilib.İqlim dəyişmələrinin qlobal miqyasda görünməmiş problemlər yaratması və iqlim fəlakətlərinin baş vermə tezliyinin xeyli artması iqlim tədbirlərinin təxirəsalınmazlığını diqtə edir. Dünya Bankının hesablamarına görə, inkişaf etməkdə olan ölkələrin karbon emissiyalarını azaltmaq və gələcək risklərə hazır olmaq üçün 2030-cu ilə qədər 2,4 trilyon ABŞ dollara ehtiyacı olacaq.Bu yöndə tələb olunan işlər şəffaf,səmərəli və hesabatlı şəkildə maliyyə təminatı ilə əhatə olunmasa, problemin həlli ildən ilə ötürülsə,gələcəkdə daha da kəskinləşəcək iqlim problemlərinin çozülməsnə daha çox maliyyə vəsaiti və güç tələb olunacaq. COP28-dan sonra böyük dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizə üçün kasıb dövlətlərə 50 milyard dollar yardım edib. COP29-dan əsas gözlənti böyük dövlətlərin kasıb və nisbətən az inkişaf etmiş ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstəyini artırmaqdır. COP-un gündəliyində də maliyyə hədəfləri mövzusu var.Ekspertlərin hesablamalarına görə, COP29-dan sonra bu rəqəmin ən azı 100 milyard dollar olacağı təxmin edilir.Bundan başqa dünya dövlətləri alternativ enerjiyə qoyulan investisiyanın həcmini ən yaxın zamanda 2 trilyon dollara çatdırmağı düşünür.
Dünya Bankının yaxın 10 il ərzində iqlim maliyyələşdirilməsinə 150 milyard ABŞ dolları resurs ayırmağı planlaşdırır. İqlim dəyişikliyinin fəsadlarının hazırkı miqyasları göstrir ki,bu sahədə nəzərəçarpan müsbət nəticələrə nail olmaqdan ötrü artıq nəzərdə tutulan kimi 100 milyard dollarlar yox,trilyonlar tələb olunur. Müxtəlif hesablamara görə atmosferə buraxılan karbon qazının 48-55 faizi Çin ABŞ və Hindistanın payına düşür. Bu çox böyük rəqəmdir və bəşəriyyət üçün getdikcə daha böyük təhlükəyə çevrilən çox ciddi məsələdir. COP 29-da sağlam bəşəriyyət üçün məsuliyyət məsələsi önə çıxıb.Ona görə də sağlam bəşəriyyət naminə həmrəy olub,hər bir ölkə bu işə fikirdə,sözdə və əməldə öz töhfəsini verməlidir.Beynəlxalq maliyyə qurumları da COP29-un işinə qatılıb. Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktorunun, AYİB-in prezidentinin və digər nəhəng maliyyə institutlarının COP29-un işində fəal iştirakı da optimizmə imkan yaradır.
İkincisi,COP29 həm də dünyanın çox yerində müharibə,hərbi aktivlik, çaxnaşmaların artdığı bir vaxtda keçirilir.Bütün bunlar təkcə insan itkilərinə deyil, həm də tonlarla buxar emissiyasının atmosferlə təmasına səbəb olur. Bu istiqamətdə həyata keçirilən bütün fəaliyyətlər və atmosferə buraxılan tullantılar həm iqlimə, həm də təbiətimizə neqativ təsir göstərir.Ona görə də COP 29 çərçivəsində Azərbyacanın təşəbbüsü ilə keçirilən İqlim və sülh:heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı müzakirələr və COP kontekstində irəli sürülən sülh təşəbbüsləri və verilən sülh mesajları da çox aktualdır.
Üçüncüsü,COP29 bu tədbirdə iştirak edən 196 ölkənin nümayətdələrinin Azərbaycan haqqında müxtəlif kanallardan əldə etdikləri məlumatları öz gözləri ilə gördükləri reallıqlarla müqayisə edib nəticə çıxarmaq üçün çox yaxşı bir fürsətdir.
Dördüncü,COP dialoq üçün çox yaxşı bir platforma və ondan faydalanmaq üçün çox yaxşı bir fürsətdir.Bu yöndə COP29 çərçivəsində dövlət və hökumət başçıları,parlament sədrləri,nazirlər və digər səviyyələrdə müxtəlif formatlarda keçirilən çoxsaylı görüşlər də çox mühüm əhəmiyyət kəsb edir.Həmin görüşlərdə Azərbaycanın yaşıl iqtisadiyyatın genişləndirilməsi, ətraf mühitin sağlamlaşdırılması, istixana effekti yaradan qaz emissiyalarının azaldılması, işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması istiqamətində aparılan işlər, həmçinin bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr barədə və yaşıl enerjiyə keçidlə bağlı əməkdaşlıq məsələlərini müzakirə olundu. Belə görüşlər dövlətlər arasında COP kontekstində əməkdaşlıqla yanaşı, həm də ümumiyyətlə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinə əlavə təkan verən amildir.COP29 çərçivəsində Parlamentlərarası İttifaqla Azərbaycan Respublikası Miili Məclisin birgə təşkil etdiyi və 92 milli parlamentin nümayəndə heyətinin iştirakı ilə keçirilən yaşıl transformasiya mövzusunu müzakirəsinə həsr olunmuş tədbir və vətəndaş cəmiyyəti ilə əlaqələrin genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. 300-dən çox parlament nümayndəsinin iştirakı ilə keçirilən bu tədbirdə iqlim idarəçılıyinin bütün səviyyələrində parlamentlərinin rolunun və dayanıqlı iqlim həlləri üçün parlament nəzarətinin gücləndirilməsihüm məsələlər müzakirə olundu.
Beşinciməqam COP 29 ərəfəsində və gedişində Azərbaycan əlaqələndirilmiş kompaniyanın hədəfinə çevrilməsidir.COP BMT-nin tədbiridir və Azərbaycan 200 ölkənin əldə etdiyi konsensus əsasında bu mötəbər tədbirə ev sahibliyi edir.COP 29 iqlim tədbiridir və bu yöndə onun konkret məqsədələri var.Bu kontekstdə COP 29-a qarşı çıxmaq,hər şeydən əvvəl BMT-yə və həmin 200 ölkənin əldə etdiyi razılığa qarşı çıxmaq deməkdir.İqlim məsələlərinə həsr olunmuş tədbirdə çox rəngarəng gündəlik var və müxtəlif səpgili məsələr müzakirə olunur.Amma prioritet- bəşəriyyətin xilasına yönəlik iqlim dəyişikliyi məsələridir.Paris İqlim Sazişinə əsasən, qlobal istiləşmə sənayeləşmədən əvvəl olduğu kimi, im razılığına 1,5°C səviyyəsində qalmalıdır ki, bu təsirlər minimuma ensin. İqlim dəyişiklikləri qlobal iqrtisadiyyata ciddi təsir göstərməyə başlayıb.İnsanlar iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkirlər.Ona görə də səylər Azərbaycanı hədəf götürüb,əslində daha çox bəşəriyyətin xilasına xidmət edən COP-un əhəmiyyətinin və bu məqsədələ tələb olunan maliyyə yığmlarının azaldılmasına və ya ondan yayınmalara yox,iqlim dəyişikliyinin təsirlərinin azaldılması və bölüşdürülməsi, bu məqsədlə maliyyəni geniş miqyasa çatdırmaq üçün resursların səfərbər edilməsi üçün hökumət və qeyri-hökumət təşkilatları bir araya gəlməsinə yönəldilməlidir..
Azərbaycanın BMT çərçivəsində təşkil olunan belə bir nəhəng və mötəbər konfransa ev sahibiyi etməsi,dünyada daha çox neft-qaz ölkəsi kimi tanınan ölkəmiz üçün yaşıl iqtisadiyyat,eləcə yaşıl texnologiyalar diyarına çevrilməsini təşviq etməsini göstərmək üçün yaxşı imkandır. İqlim böhranı sərhəd tanımır və dünyanın bütün ölkələri iqlim dəyişikliyindən müxtəlif dərəcədə təsirlənir. Son on illiklərdə Azərbaycan aşırı hava şəraitləri,xüsusəndə aşırı istilər,su qıtlığı, quraqlıq,daşqınlar,Xəzər dənizinin səviyysinin aşağı düşməsi və digər problemlərlə üzləşib.Bu çağırışların ciddiliyini və dərinliyini dərk edən Azərbaycanda iqlimlə bağlı məsələləri və onun həll yollarını milli proqramlara daxil edib. Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində işlər xüsusi əhəmiyyət kəsb edən Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər qəbul edib.Həmin beş prioritet arasında Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinin təmin edilməsi məsələsi xüsusi yer tutur. Sözügedən sənəddə deyildiyi kimi, strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaqdır. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır.Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcəkdir. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.
Bütün bu proqramlarda dayanıqlı inkişafın, habelə dayanıqlı və yaşıl iqtisadiyyatın təmin olunması üçün bir neçə istiqamət müəyyən edilib. Bakıda qlobal iqlim böhranı ilə bağlı mühüm qərarlar verilir. Buna görə də, COP29 Azərbaycan üçün ölkəmizi, təşkilatları, biznesləri və cəmiyyəti qlobal iqlim gündəliyinə daha da cəlb etmək və yaşıl iqtisadiyyatı inkişaf etdirmək üçün unikal imkan təqdim edir. Bu, həm də bizi iqlimlə bağlı fəaliyyətin gələcəyini formalaşdıracaq danışıqlarda və müzakirələrdə fəal iştirak etməyə sövq etdirir.
Məlum məsələdir ki, COP-a ev sahibliyi etmək həmin ölkənin həyata keçirilən tədbirlərin maliyyə yükünün bir hissəsinin öz üzərinə götürməsi deməkdir.Lakin bu funksiya həm də beynəlxalq əməkdaşlıq, yeni birgə layihələr,investisiya,turizm və sair baxımından faydalar da gətirir.Bu baxımdan COP29 ona ev sahibliyi edən Azərbaycana müəyyən devidentlər gətirəcək. İlk növbədə onu qeyd etmək yerinə düşər ki,COP29 çərçivəsində dünyanın Bakıya toplaşması, qlobal iqlim dəyişikliyi kimi çox aktual bir məsələnin məhz Azərbaycanda müzakirə olunaraq ümumi mövqeyin ortaya qoyulması ölkəmizin birləşdirici amil kimi rolunun artmaqda davam etməsinin bariz nümunəsidir.Bununla yanaşı COP29 Azərbaycana böyük iqtisadi və siyasi dividend qazandıracaq. Azərbaycanın iqlim diplomatiyasında da rolu artacaq. Qlobal aktuallıq kəsb edən belə bir problemin Azərbaycanda geniş müzakirə olunması təkcə Azərbaycan üçün yox,bütövlükdə dünya üçün də çox müham əhəmiyyət kəsb edir.İnklüzivlik və tərəfdaşlıq ruhunda bir araya gəlib iqlim böhrnının öhdəsindən gəlmək,gələcək nəsillərə sağlam bir planet ötürmək məsuliyyəti getdikcə daha ciddi şəkildə önə çıxacaq. Bu kontekstdə COP 29-dakı irəliləyişlər bütün bəşəriyyətin uğuru olacaq. Ona görə də hazırda bütün dünyanın diqqəti Azərbaycandadır.Dünyanın neft və qaz sənayesinin əsas ölkələrindən biri olan Azərbaycanın iqlim problemlərinə göstərdiyi maraq,həll axtarışlarında iştirakı və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə bəşəriyyətin gələcəyinə olan hörmətini nümayiş etdirir. Iqlim dəyişikliklərinin fəsadları sərhəd tanımır.Iqlim böhranı həyatın iqtisadi,sosial,ekoloji və digər aspektlərinə təsir göstərir.COP29-a qarşı çıxmaq yox, sağlam bəşəriyyət naminə qlobal həmrəylik nümayiş etdirməklə, ona dəstək verməklə bəşəriyyət üçün çox böyük təhlükəyə çevrilmiş iqlim problelərinin çozülməsinə töhfə vermək, İnklüzivlik və tərəfdaşlıq ruhunda bir araya gəlib iqlim böhrnının öhdəsindən gəlmək lazımdır.Bu məsələyə həssas yanaşılmalıdır.Azərbaycan müxtəlif ölkələr arasında konsensusun tapılması və həmrəyliyin əldə olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək və bu gələcək nəticələrə öz təsirini göstərəcək.
Milli Məclisin deputatı
Əli Məsimli
Oxşar xəbərlər
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 2024 15:11
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 2024 15:32
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 2024 13:56
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 2024 11:26
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 2024 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 2024 18:37
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 2024 16:25
- Veysəloğlu Şirkətlər Qrupu...30 illik yubiley və Yeni il tədbirini keçirdi (FOTOLAR)
23 dekabr 2024 21:02
- Emin Ağalarova 10 MİLYARD DOLLAR....
22 dekabr 2024 23:37
- Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
22 dekabr 2024 19:49
Xəbər lenti
- Milli Məclisin deputatları tətilə çıxır
27 dekabr 21:42
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova
27 dekabr 19:31
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 18:27
- Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
27 dekabr 15:28
- Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ
27 dekabr 14:00
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 12:05
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 11:43
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
Video & Fotoqalereya
Video
Fotoqalereya