Zamirə Hacıyeva Londondakı 30 milyonluq əmlakının müsadirəsinə razı oldu
Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda Naytsbricdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubunun müsadirə olunmasına razılıq verib.
“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, bu qərar Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) daşınmaz əmlakın alınmasında apardığı 6 illik araşdırmanın nəticələrinə əsasən qəbul edilib.
NCA hesab edir ki, bu aktivlər genişmiqyaslı fırıldaqçılıq və oğurluq, saxta hesabat və çirkli pulların yuyulması nəticəsində əldə edilib.
2018-ci ildə sözügedən agentlik Cahangir Hacıyevin İngiltərədəki əmlakının satılmaması və ya kiməsə verilməməsi üçün ona həbs qoymuşdu.
Cahangir Hacıyev 2015-ci ilin mart ayına qədər Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə Heyətinin sədri olub. Növbəti il o, mənimsəmə, vəzifədən sui-istifadə, dələduzluq və israfa görə Azərbaycan məhkəməsi tərəfindən məhkum edilib. O, 2019-cu ildə ABB-nin Moskva filialından oğurluğa görə də məhkum edilib və hazırda Bakıda 16 il 6 ay müddətinə həbs cəzası çəkir.
Sonradan NCA müstəntiqləri ABB-dən vəsaitlərin müxtəlif hesablar vasitəsilə köçürülməsinə və Hacıyevin yaxın adamı tərəfindən yuyulmasına dair çoxsaylı faktlar aşkar ediblər. Böyük məbləğlər Britaniya Vircin adaları, Sent-Kits və Nevis, Panama, Kipr və Lüksemburq vasitəsilə köçürülürərək Londonda əmlak almaq üçün istifadə edilirmiş.
Belə ki, qolf klubunun alınması Lüksemburqda qeydiyyatdan keçmiş şirkətlərin mürəkkəb strukturu, eləcə də Kiprdə ofşor trestlər vasitəsilə həyata keçirilib.
NCA-nın məlumatına görə, Naytsbricdə ev alınması üçün istifadə olunan, demək olar, bütün vəsaitin ABB-nin iki konkret hesabından Kipr, Estoniya və İsveçrə vasitəsilə gəldiyi güman edilir.
Qeyd edək ki, uzun illər Londonda yaşayan Zamirə Hacıyeva 2006-2016-cı illərdə Londondakı “Harrods” ticarət mərkəzində 16 milyon funt sterlinqdən (34 557 736 AZN) çox pul xərclədiyindən sonra dünya mediasının diqqət mərkəzində olub.
2018-ci ilin fevralında məhkəmə prosesi başlayanda onun adına olan bütün əmlakın dəyəri 22 milyon funt sterlinqdən (47 516 887 AZN) çox qiymətləndirilib.
- 2-yə işləmiş oğluma zəng gəlib, çoban ona deyib ki... -9 aydır itkin düşən Rasimin atası danışdı
11 sentyabr 2024 16:00
- Putin naharda səni yeyər, dostun olan o diktator… – Harrislə Tramp arasındakı debatın MƏTNİ
11 sentyabr 2024 13:57
- Türkiyə ilə Azərbaycanı necə düşmən etməli? - Amerikadakı daşnaklar
11 sentyabr 2024 13:43
- Azərbaycanda paytaxtın köçürülməsinə ehtiyac varmı?
11 sentyabr 2024 11:38
- Millimiz Serbiyaya məğlub oldu
11 sentyabr 2024 00:18
- Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL
10 sentyabr 2024 23:55
- Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı..
10 sentyabr 2024 22:03
- Bakı metrosunun DEPOSUNA gizli girən əcnəbilərin - Cəzası məlum oldu
10 sentyabr 2024 19:51
- SSRİ-nin ən gənc qadın naziri NƏBİBƏ HƏSƏNOVA
10 sentyabr 2024 01:04
- Tələbə 7-ci mərtəbədən yıxılıb öldü
9 sentyabr 2024 20:39
- Kərə yağı BAHALAŞDI
12 sentyabr 08:19
- Sel zooparkı dağıtdı: Timsahlar və ilanlar qaçdı (FOTO)
11 sentyabr 23:12
- Hər gün yumurta yeyin, bu xəstəlikdən xilas olun
11 sentyabr 22:30
- İlqar Məmmədov REAL sədrliyindən istefa verdi - SƏBƏBİ...
11 sentyabr 21:09
- Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verdi
11 sentyabr 16:26
- Toğrul bəyin Bizans imperatoruna yazdığı məktub üzə çıxdı - FOTO
11 sentyabr 16:17
- Ramiz Zeynalovun sabiq icra başçısı olan qardaşı vəfat etdi
11 sentyabr 16:08
- 2-yə işləmiş oğluma zəng gəlib, çoban ona deyib ki... -9 aydır itkin düşən Rasimin atası danışdı
11 sentyabr 16:00
- Məhkəmə Rövşən Novruzoğlu barədə QƏRAR VERDİ
11 sentyabr 15:47
- Şirkət rəsmisi Azərbaycan qəzetini məhkəməyə verdi
11 sentyabr 14:29
- Putin naharda səni yeyər, dostun olan o diktator… – Harrislə Tramp arasındakı debatın MƏTNİ
11 sentyabr 13:57
- Türkiyə ilə Azərbaycanı necə düşmən etməli? - Amerikadakı daşnaklar
11 sentyabr 13:43
- NAR yüksək bal toplayanların sevincinə sevinc qatdı - Fotolar
11 sentyabr 13:27
- Bu ixtisasların məzunları gələcəkdə iş tapa bilməyəcək - SİYAHI
11 sentyabr 13:06
- Narin cinayəti: Şübhəli ifadəsini dəyişdi, əmisinin vəkili ondan imtina etdi
11 sentyabr 12:16
- Türk dünyasını birləşdirəcək 14 HƏRF ...
11 sentyabr 12:03
- İmişlidə 9 aydır itkin düşən uşağın yaxınları yolu bağlayaraq etiraz aksiyası keçirir
11 sentyabr 11:47
- Azərbaycanda tələbə yataqxanalarının qiyməti (SİYAHI)
11 sentyabr 11:42
- Azərbaycanda paytaxtın köçürülməsinə ehtiyac varmı?
11 sentyabr 11:38
- Qazaxda 11-ci sinif şagirdi intihar etdi- Foto
11 sentyabr 11:17
- Dərslər noyabrda başlayacaq
11 sentyabr 10:57
- Məşhurlar Narindən yazdı...
11 sentyabr 10:50
- Narinin əmisi İDDİALARA cavab verdi - VİDEO
11 sentyabr 10:29
- Tramp və Harris ilk debatlarını keçirdi - Əsas bəyanatlar
11 sentyabr 10:16
- Pezeşkian İraqa getdi
11 sentyabr 10:05
- Məktəblərdə BİT problemi : Uşaqları necə qorumalı?
11 sentyabr 01:55
- Bakıda dəmiryolu vağzalında QAN TÖKÜLDÜ
11 sentyabr 01:36
- Zəngəzurla bağlı bu DETALLAR GİZLƏDİLİR! - Sülhəddin Əkbərdən SENSASİON İDDİA- VİDEO
11 sentyabr 01:24
- Başına silah dayanan və 30 milyon pul tələb olunan zərərçəkmişin qızı danışdı - VİDEO
11 sentyabr 01:01
- 400-dən artıq məktəb qəzalıdır – Nazir
11 sentyabr 00:28