Qoşqar Təhməzli dövlət rəhbərliyinin dəstək verdiyi sahəni SÖKDÜRÜR
Azərbaycanda sahibkarlığın inkişafına dəstək verməli olan bir sıra dövlət qurumlarının imkan düşən kimi əksinə, onlara problem yaratdığı heç kimə sirr deyil.
Bu sahə üzrə ekspertlərdən Musavat.com-a verilən məlumata görə son vaxtlar belə qurumlar arasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xüsusilə seçilir: Sahibkarlıq subyektlərində yoxlamalar qadağan olunsa da, AQTA-ya qida təhlükəsizliyi ilə bağlı monitorinqlər aparmaq, bir çox sahələrdə icazələr vermək və sair səlahiyyətlər həvalə olunub.
Bu sahə ilə əlaqəli ekspertlər bildirirlər ki, bu gün Azərbaycanda qida məhsullarının istehsalı, idxalı və ixracı ilə məşğul olan bütün sahibkarlar AQTA-dan tam asılı vəziyyətdədirlər. Belə sahibkarlıq subyektləri arasında broyler fabrikləri də var. Ötən ilin payızında Rusiyada yumurta qiymətləri kəllə-çarxa çıxanda Rusiya hökuməti Azərbaycandan yumurta idxalına icazə verdi. Bir neçə iri quşçuluq müəssisəsi də ixraca başladı, üstəlik, prosesin yarım ildən çox davam edəcəyini nəzərə alıb, yumurta istehsalının artımına sərmayə qoydular.
Aldığımız məlumata görə, yumurta istehsalı artmağa başlayan kimi AQTA ixracın qarşısını alıb.
Saytımıza daxil olan məlumata görə, bununla ürəyi soyumayan AQTA sədri Qoşqar Təhməzli indi də sahibkarlara təzyiq üçün başqa səlahiyyətindən sui-istifadə edir. Belə ki, quşçuluq təsərrüfatlarında istifadə olunan yem qatqılarının hamısı xaricdən idxal olunur və bu prosesə AQTA icazə verməlidir.
Sahibkarlar bildirirlər ki, AQTA idxalına icazə vermiş olduğu belə yem qatqılarının ölkəyə girişini əngəlləyir. Məlumata görə, onlarla maşın yem əlavəsi artıq bir neçə həftədir giriş icazəsini gözləyir. AQTA həmin əlavələrin istehsalçılarından Azərbaycanda qeydiyyatdan keçmələrini tələb edir. Halbuki bundan əvvəl həmin əlavələrin idxalına icazə verib. Lakin indi icazəni nəzərə almadan, malların ölkəyə girişinin qarşısı alınır.
Ekspertlər bildirirlər ki, Azərbaycanda qəbul edilmiş və 2023-cü ilin yanvarından qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən ölkəyə idxal olunan qida əlavələrinin istehsalçılarının Azərbaycanda qeydiyyatdan keçməsi tələbi var. Bu, sırf insanların istifadəsi üçün nəzərdə tutulan qida əlavələrinə qoyulan tələbdir. Məlumata görə, AQTA qanunun tələbini heç bir hüquqi əsas olmadan heyvanlar və quşlar üçün gətirilən yem əlavələrinə də aid etməyə çalışır.
Ekspertlər bildirirlər ki, quşçuluq sahəsi ərzaq təhlükəsizliyi baxımından mühüm rola malik sahədir. Ölkə rəhbərliyinin birbaşa diqqətində olan bu sahənin inkişafı üçün dövlət tərəfindən çoxsaylı dəstək mexanizmləri tətbiq olunur. Son illərdə Azərbaycanın yerli müəssisələri ölkəni tamamilə yumurta ilə təmin edəcək səviyyədə istehsal artımına nail olublar.
İndi isə dövlət rəhbərliyinin dəstək verərək inkişafına nail olduğu bir sahə AQTA və onun rəhbərliyinin müəmmalı maraqlarının qurbanına çevrilir.
- 33 il öncə 19 avqustda... QİYAM BAŞ TUTSAYDI...Qorbaçovu..
19 avqust 2024 09:42
- Putin bu gün Azərbaycana dövlət səfəri edəcək
18 avqust 2024 01:48
- Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
18 avqust 2024 01:38
- ADR üzvü, tanınmış iqtisadçı-alim Elşən Orucov namizədliyini GERİ GÖTÜRDÜ...
17 avqust 2024 18:15
- Ermənistan 4 MINƏ yaxın azərbaycanlının YERİNİ AÇIQLAMIR - VİDEO
16 avqust 2024 23:51
- Azərbaycan bu il hansı ölkələrə nə qədər neft ixrac edib? (SİYAHI)
16 avqust 2024 13:39
- Broker Əbülfəz Türkiyədə yeni şirkət qurdu - Şəriki Səfər Mehdiyevdir
13 avqust 2024 20:25
- KİV: İsrail hərbçilərindən Azərbaycan və Gürcüstanı tərk etmələrini tələb edib
12 avqust 2024 11:01
- Nazir keçmiş direktorunu Aqroservis-ə sədr gətirdi
10 avqust 2024 19:45
- Peyman Sadıqov seçicilərinə MÜRACİƏT ETDİ - Sizdən dəstək və ədalətli seçim gözləyirəm
9 avqust 2024 19:07
- Prezidentlərin məhdud tərkibdə görüşü başladı
19 avqust 13:42
- Taxikardiya nədir?
19 avqust 11:40
- Nəcməddin Sadıkovun oğlunun biznes ortağı...
19 avqust 11:07
- Sirr açılır: Stalinin türk agenti - Ənvər Paşanın qatili olan ermənini o öldürübmüş
19 avqust 10:44
- SON DƏQİQƏ! Rus ordusu Nyu Yorku aldı
19 avqust 10:30
- 33 il öncə 19 avqustda... QİYAM BAŞ TUTSAYDI...Qorbaçovu..
19 avqust 09:42
- Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq
19 avqust 09:02
- Mövqelərimiz yenə atəşə tutuldu
19 avqust 08:52
- Prezident İlham Əliyev və Mehriban Əliyeva evlərində Vladimir Putinlə şam ediblər
18 avqust 21:37
- Vladimir Putin Azərbaycana SƏFƏRƏ GƏLDİ
18 avqust 21:18
- Şahin Fazil vəfat etdi
18 avqust 20:12
- Alen Delonun övladları atalarının ölüm səbəbini AÇIQLADI
18 avqust 18:59
- Ramiz Rövşən xəstəxanaya düşdü - FOTO
18 avqust 17:05
- Norveçli evini satdı, Lənkəranda biznes qurdu (VİDEO)
18 avqust 16:21
- Elçin Quliyev yeni generallara rütbələrini təqdim etdi
18 avqust 15:49
- İranın yeni XİN başçısı o oldu
18 avqust 15:14
- Həyat yoldaşı və mədəniyyət xadimləri Müslüm Maqomayevin məzarını ziyarət edib
18 avqust 12:11
- Türkiyədə meşələri KİMLƏR və NİYƏ YANDIRIR? 7 nəfər həbs edildi
18 avqust 11:30
- Mikoyanla birgə Bakıya gələn, Beriyanın öldürtdüyü, ÇEKA-nın ilk rəhbəri Baba Əliyev
18 avqust 10:59
- Alen Delon vəfat etdi
18 avqust 10:35
- Nərminənin müəmmalı ölümü: Anası qızının orqanlarının götürüldüyünü deyir VİDEO
18 avqust 10:03
- XANKƏNDİ VƏ KƏLBƏCƏRDƏ görün nə tapıldı - FOTO
18 avqust 09:48
- Putin bu gün Azərbaycana dövlət səfəri edəcək
18 avqust 01:48
- Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
18 avqust 01:38
- İlham Əliyevin sözündən üç saat sonra...
18 avqust 01:29
- Bu toyda 7 min qonaq iştirak etdi, 15 adam bütün gecə pulları, qızılları saydı
18 avqust 00:51
- Almaniyada Azərbaycan pasportu ilə yaşayıram - Əzizə Mustafazadə
17 avqust 23:15
- ADR üzvü, tanınmış iqtisadçı-alim Elşən Orucov namizədliyini GERİ GÖTÜRDÜ...
17 avqust 18:15
- Putin Pezeşkianı Rusiyaya dəvət etdi - Bu tarixdə GÖRÜŞƏCƏKLƏR
17 avqust 13:17
- İlk alitəhsilli diplomat, Atatürkün yaxın dostu - O, Naxçıvanı necə xilas etmişdi?
17 avqust 12:14