- Azərbaycanda ABORTLA bağlı dəhşətli statistika - 1 İLDƏ 73816
- Çeçenistanda DARVİN NƏZƏRİYYƏSİ məktəb dərsliklərindən ÇIXARILIR
- Prezidentə müraciət – Mikayıl İsmayılov barəsində cinayət işi açılsın
- Qarabağdakı antiterror əməliyyatından bir il ötür
- Azərbaycan itirdiyi əraziləri azad edə bilib –Britaniyanın XİN başçısı
Türkiyə ilə Azərbaycanı necə düşmən etməli? - Amerikadakı daşnaklar
Dünya11 sentyabr 2024 13:43
“Türkiyə ilə Azərbaycanı necə düşmən etməli?” Amerikadakı daşnaklar: “Onları parçalasaq”... Daşnaklara məxsus olan və ABŞ-dan yayımlanan ingilisdilli “armenianweekly” saytında Harut Sassounian “Armenia should exploit rifts between Azerbaijan and Turkey” (Ermənistan Azərbaycanla Türkiyə arasında yaranan çatlardan istifadə etməlidir) adlı məqalə ilə çıxış edib. Türkiyə-Azərbaycan münasibətlərini incələyən yazar bəzi incə mətləblərə toxunub.
Bu barədə biz də dəfələrlə yazmışıq. Yazmışıq ki, Ermənistan və onların havadarları Türkiyə-Azərbaycan münasibətlərinində mövcud olan qarşılıqlı inamı və etibarı sarsıtmaq üçün min oyundan çıxır
lar. Bu məqalədə isə daşnak yazar bu barədə açıq mətnlə, özü də birmənalı şəkildə danışır. Məqaləni demək olar ki, olduğu kimi təqdim edirik. Nəzər almaq lazımdır ki, yazı bir daşnak tərəfindən qələmə alınıb. Əminəm ki, düşmən tərəfin düşüncə və planları barədə məlumatlı olmaqda həmişə fayda var. Erməni müəllif yazır ki, düşmənlərinə qarşı durmaq və ya onları zəiflətmək üçün ölkələrin arsenalında müxtəlif vasitələr olmalıdır. Onlardan ən bariz olanı hərbi gücün tətbiq olunmasıdır. Lakin Ermənistan ordusu zəif olduğuna görə bu vasitəni uğurla həyata keçirə bilmir. Digər mümkün vasitə isə düşmən ölkənin daxilində qarışıqlıq yaratmaq üçün etnik azlıqları qızışdırmaqla düşmən dövlətlərdə mövcud olan sabitliyini pozmaqdır. Üçüncü vasitə, düşmən xalqla onun müttəfiqləri arasında nifaq salmaqdır. Ermənistan özlərini “bir millət, iki dövlət” adlandıran iki düşmən qonşu olan Azərbaycan və Türkiyə ilə əhatə olunub. Ona görə də Ermənistan bu iki ölkə arasında narazılıq yarananda orataya çıxan fikir ayrılıqlarını daha da dərinləşməsinə çalışmalıdır. Son 30 ildə Ermənistanın iki düşmən dövlət arasında 3 dəfə yaranmış ziddiyyətin şahidi olub. İlk fürsət 1995-ci ilin martında Türkiyədəki bəzi qruplaşmaların dəstəklədiyi Azərbaycan ordusunun müəyyən bölmələrinin Azərbaycan prezidenti heydər Əliyevə qarşı dövlət çevrilişi etməyə cəhd edəndə yarandı. Onlar 1993-cü ildə Heydər Əliyev tərəfindən devrilmiş Əbülfəz Elçibəyin yenidən hakimiyyətə qayıtmasını istəyirdilər. Əsas köməkçiləri çevriliş cəhdində əli olan Türkiyənin baş naziri Tansu Çillər Heydər Əliyevdən qurtulmaq üçün yaşıl işıq yandırdı. Çevrilişin qarşısı Türkiyə prezidenti Süleyman Dəmirəl tərəfindən alındı. O, sui-qəsddən xəbər tutdu və Heydər Əliyevi xəbərdar etdi. Vikipediyada yazılıb ki, hərbi çevrilişə cəhd “Türkiyə ilə Azərbaycan arasında diplomatik böhrana səbəb oldu”. Ermənistan hökuməti Azərbaycanda dövlət çevrilişinə cəhddən və bunun nəticəsində Azərbaycanda hökm sürən xaosdan istifadə edərək iki düşməni ölkəni bir-birindən daha da uzaqlaşdırmaq üçün hərəkətə keçməliydi. Əlimizə belə bir fürsət düşmüşdü. Ancaq Ermənistan bu ixtilafı geniş şəkildə qabardaraq ictimailəşdirməklə ziddiyyətləri daha da dərinləşdirə bilmədi. Azərbaycan və Türkiyə arasında ikinci böhran 2009-cu ildə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasını, o cümlədən rəsmi diplomatik münasibətlərin qurulmasını, Ermənistan-Türkiyə sərhədinin açılmasını və erməni soyqırımı ilə bağlı araşdırmalar üçün birgə tarixi komissiyanın yaradılmasını nəzərdə tutan Sürix protokollarının imzalanması zamanı baş verdi. Bu protokollar ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə ortaya çıxdı. Türkiyə Ermənistanla münasibətləri normallaşdırsaydı Artsax münaqişəsində Azərbaycanın Ermənistana təzyiq imkanları zəifləyəcəkdi. Bundan ehtiyatlanan Azərbaycan protokollara qarşı çıxdı. Türkiyə bir neçə ziddiyyətli maraqların ortasında qaldı: 1) Türkiyə öz şəxsi maraqlarını güdmək istəyirdi, bu da erməni soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı uzun müddətdir davam edən erməni tələblərini aradan qaldırmaq üçün Ermənistanla antaqonist münasibətlərini yumşaltmaq idi; 2) Türkiyə bu protokolları ratifikasiya etmək üçün ABŞ, Rusiya və Fransa tərəfindən təzyiqlərə məruz qalırdı; 3) Türkiyənin kiçik tərəfdaşı olan Azərbaycan əvvəlcə Türkiyəyə diplomatik təzyiq göstərdi və daha sonra qazın ixracını dayandıracağı və ya qiymətinin artırılması ilə hədələdi. Bu, istənilən effekti vermədikdə, Azərbaycan Bakıda Türkiyə tərəfindən maliyyələşdirilən bir neçə məscidi bağladı və Türkiyə bayraqlarını endirdi. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması “Azərbaycanın milli maraqlarına birbaşa ziddir və Azərbaycan ilə Türkiyə arasında dərin tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salır”. Ermənistan bir daha bu münaqişədə sadəcə seyrçi rolunu oynadı. Nəhayət, Türkiyə azərilərin təzyiqlərinə boyun əydi və protokolları ratifikasiya etməkdən imtina etdi. Ankara ilə Bakı arasında üçüncü mübahisə hal-hazırda baş verməkdədir. Ərdoğan iyulun 28-də belə bir bəyanat verdi: “Necə ki, Qarabağa, Liviyaya girdiyimiz kimi, İsrailə də elə girərik. Bizə heç nə mane olmur. Sadəcə, bu addımı atmaq üçün güclü olmalıyıq”. Azərbaycan rəsmiləri Ərdoğanın bu bəyanatına kəskin etiraz etdilər, çünki bu, Artsax müharibəsində kənardan kömək almadan qalib gəldiklərinə dair azəri mifini ifşa edirdi. Məsələ burasındadır ki, Azərbaycan 2020-ci il müharibəsində türk hərbçiləri və komandirləri, eləcə də Türkiyənin ermənilərə qarşı döyüşmək üçün Suriyadan Azərbaycana gətirdiyi minlərlə cihadçı muzdlular tərəfindən dəstəklənib. Azərilərin təkziblərinə baxmayaraq, Ərdoğan türk ordusunun Artsax münaqişəsində iştirakı ilə bağlı bəyanatını təkrarlamaqda davam edib. O, avqustun 1-də deyib: “Azərbaycanın Qarabağında azərbaycanlı qardaşlarımızla birlikdə düşmən qüvvələrini tamamilə məhv etdik”... Müəllif ona sevinir ki, Ermənistanın baş naziri avqustun 31-də keçirdiyi mətbuat konfransında müxbirin sualını cavablandırarkən Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan bu məqama belə reaksiya verib: “44 günlük müharibə zamanı bir çox yerlərdə hərbçilərimiz, kəşfiyyatçılarımız türk bayraqları, türk əsgərləri, Türkiyə Xüsusi Eskadronu və türk yüksək rütbəli zabitləri görüb. Unutmayaq ki, 44 günlük müharibədən əvvəl Azərbaycanla Türkiyə arasında irimiqyaslı hərbi təlimlər keçirilirdi. Və bütün müharibə zamanı Türkiyəyə məxsus F-16 təyyarələri sözün həqiqi mənasında havada olub, Türkiyəyə məxsus dronlar isə türk personalı tərəfindən idarə olunub”. Gördüyünüz kimi, Nikol Paşinyan da bu fürsətdən yararlanmağa çalışır. Ancaq bu bəyanatın üstündən xeyli vaxt keçsə də Türkiyə-Azərbaycan münasibətlərində hər hansı kənaraçıxma nəzərə çarpamdı... Məqalənin sonunda daşnak müəllif Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmaq üçün Ermənistanın görməli oldu işləri bir daha vurğulayır. Yazır ki, müasir müharibələr təkcə silahla aparılmır. Millətlər həm də psixoloji müharibədən istifadə edir, dezinformasiya yayır, düşmən ölkələrdə daxili qarışıqlıqları qızışdırır və böl və qalib gəl taktikasına əl atırlar. Ermənistan bütün bu vasitələrdən düşmənlərini (yəni Türkiyə və Azərbaycanı) sarsıtmaq və milli maraqlarını müdafiə etmək üçün istifadə etməlidir. Əgər Ermənistanın bu cür əməliyyatları həyat keçirmək üçün təcrübəsi yoxdursa, düşməni daxildən zəiflətmək üçün Ermənistanın silaha xərclədiyi milyonların kiçik bir hissəsi müqabilində işə götürə biləcəyi konsaltinq firmaları var. Onlar bu işi ustalıqla həyata keçirə bilərlər... Mən çox istərdim ki, daşnak yazarın etiraf dolu bu məqaləsinə Türkiyə mediası da xüsusi diqqət ayırsın. Türkiyədə də hər kəs bilməlidir ki, düşmən öz işindədir. Və bizim birliyimizi parçalamaq üçün ağla gələn və gəlməyən bütün vasitələrdən istifadə edirlər. Türkiyə və Azərbaycan olaraq biz düşmənin məkrli planlarından vaxtında xəbər tutmalı və o planların baş tutmasına imkan verməməliyik. Xalq arasında yaxşı bir məsəl var: “Ətlə dırnağın arasına girən iylənib çıxar”. Görünür, ermənilərin bu məsəldən hələ xəbəri tutmayıblar... Elbəyi Həsənli. Sürix https://armenianweekly.com/2024/09/10/armenia-should-exploit-rifts-between-azerbaijan-and-turkey/
Elbəyi Həsənli Sürix
Oxşar xəbərlər
- Bakıdakı LƏNƏTlənmiş bina — Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTOLAR)
19 sentyabr 2024 12:50
- Londonda klinika açan azərbaycanlı - Bəzən dişi min funt-sterlinqə çəkirik
19 sentyabr 2024 12:02
- Tələbələr üçün gediş haqqı İstanbulda 7 qəpik, Azərbaycanda 50 qəpikdir – Ekspertdən açıqlama
18 sentyabr 2024 19:30
- Tatarıstanda qadın terrorçular saxlanılıb - - cihadçılara seks xidməti... - VİDEO
18 sentyabr 2024 13:17
- Nyu-Yorkun BAKI restoranının sahibi GÖRÜN KİM İMİŞ - Azərbaycan təamlarını Klinton da dadıb
16 sentyabr 2024 09:41
- Əminə Ərdoğan da Bakıya gəlir
15 sentyabr 2024 22:34
- İqlim dəyişikliyi və COP 29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
15 sentyabr 2024 20:54
- Türkiyə XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib
15 sentyabr 2024 11:58
- TÜPÜRÜM SİZİN AĞZINIZA - Elza bu şeirə görə AYB-dən çıxarılır ?
14 sentyabr 2024 16:49
- İndi Nəcməddin Sadıkov ortada yoxdur - 20 milyonu necə bölüblər?
14 sentyabr 2024 10:46
Xəbər lenti
- İlham Əliyev Şuşaya getdi
19 sentyabr 19:22
- Azərbaycanda ABORTLA bağlı dəhşətli statistika - 1 İLDƏ 73816
19 sentyabr 18:57
- Çeçenistanda DARVİN NƏZƏRİYYƏSİ məktəb dərsliklərindən ÇIXARILIR
19 sentyabr 18:42
- Prezident Ağdamda daha bir zavodun açılışını etdi
19 sentyabr 13:43
- Bakıdakı LƏNƏTlənmiş bina — Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTOLAR)
19 sentyabr 12:42
- Londonda klinika açan azərbaycanlı - Bəzən dişi min funt-sterlinqə çəkirik
19 sentyabr 12:02
- Prezidentdən MÜHÜM SƏRƏNCAM - Dövlət Suverenliyi Günü təsis olundu
19 sentyabr 11:06
- Prezidentə müraciət – Mikayıl İsmayılov barəsində cinayət işi açılsın
19 sentyabr 10:57
- Qarabağdakı antiterror əməliyyatından bir il ötür
19 sentyabr 10:21
- Azərbaycan itirdiyi əraziləri azad edə bilib –Britaniyanın XİN başçısı
18 sentyabr 21:48
- 14 yaşlı Ruslanın anası: İşıq pulunu belə ödəyə bilməmişik, qaranlıq evdə iki övladımla qalmışam
18 sentyabr 19:48
- Tələbələr üçün gediş haqqı İstanbulda 7 qəpik, Azərbaycanda 50 qəpikdir – Ekspertdən açıqlama
18 sentyabr 19:30
- Bakcell-dən abunəçilərə geniş seçim imkanı verən STAR tarifi
18 sentyabr 19:13
- 400 minlik tender: Dövlət Agentliyi AFTAFA, ÇƏKİC, DIRMIQ alacaq
18 sentyabr 18:18
- Bulvar İdarəsinin sədri 2 MİLYONU mənimsəməkdə İTTİHAM OLUNUR
18 sentyabr 18:04
- Baş Prokurorluq vəkil Adəm Məmmədov barəsində şikayətçiyə CAVAB VERDİ
18 sentyabr 16:30
- Fəxri Xiyabandakı məşhur cütlük - Üzeyir bəylə Məleykə xanım niyə övlad sahibi ola bilmədi...
18 sentyabr 13:53
- Tatarıstanda qadın terrorçular saxlanılıb - - cihadçılara seks xidməti... - VİDEO
18 sentyabr 13:17
- Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı - Sərəncam
18 sentyabr 12:18
- Xaricdən toyuq əti Azərbaycana 3, mal əti isə 7 manata gətirilir
18 sentyabr 11:12
- Nəcməddin Sadıkovu görün hansı qüvvələr QORUYUR - SENSASİYA
18 sentyabr 09:36
- İnqilabi KƏŞF - Artıq KOR insanlar da GÖRƏCƏK
18 sentyabr 08:31
- Ölkə əhalisinin yarıdan çoxu Bakı, Abşeron və Sumqayıtda yaşayır? – Statistika
18 sentyabr 03:21
- Dövlət Sərhəd Xidməti bu şirkətdən QALXAN, QILINC, XƏNCƏR alır
18 sentyabr 03:11
- Cəbrayılda 1 MƏNZİLİN tikintisi 160 MİN MANATA başa gələcək
18 sentyabr 03:01
- Son 10 ildə azərbaycanlılar Türkiyədən 10 MİN MƏNZİL ALIB
18 sentyabr 02:41
- Azərbaycandan xarici ölkələrə 20 MİN BAŞ ƏTLİK DİRİ AT satılıb
18 sentyabr 02:08
- Bakı əhalisinin sayına görə şəhərlər arasında 208-ci yerdədir – Siyahı
18 sentyabr 02:00
- ŞOK ! Türkiyənin ERMƏNİ DEPUTATI: Zəngəzur yolu Ermənistanın sonu olacaq
18 sentyabr 01:45
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 01:15
Video & Fotoqalereya
Video
Fotoqalereya