- Azərbaycanda REFENDUM-la bağlı YENİ XƏBƏR
- Aİ liderləri Gürcüstanın ittifaqa daxil olmasını dayandırdılar
- Azərbaycanda yeni ORDU qurulur! Bu şəxslərin əsgərliyi ilə bağlı QƏRAR verildi...
- Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır
- Bakıda bu bələdiyyələr birləşdiriləcək - SİYAHI
Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anım günüdür.
Kulis.az xəbər verir ki, XX əsrin otuzuncu illərinin sonunda günahsız yerə repressiya qurbanı olmuş şairin vəfatından 87 il ötsə də, xalqımız şair oğlunu heç vaxt unutmayıb.
2022-ci ildə Prezidentin Sərəncamı ilə Əhməd Cavadın anadan olmasının 130 illiyi ölkəmizdə və xaricdə silsilə tədbirlərlə qeyd edilib.
Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi: mərdliyi, igidliyi, xalq yolunda qəhrəmanlıqla həlak olması dönə-dönə xatırlanırdı. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoyub. Cavad beş yaşına çatmamış atası dünyasını dəyişib. O, ilk təhsilini molla məktəbində alıb, üç il orada oxuyub. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında alıb (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirib. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə dərs deyib. Birinci Dünya müharibəsi başlayanda müharibəyə gedib, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərib. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olub. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərib.
Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olub, həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edib. Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndində müəllim təyin olunub. 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs deyib. O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlib. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olub, 1926-cı ildə oranı bitirib. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.
Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlayıb. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb inkişaf yolu keçib. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olub. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, 8-10 dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı.
İstedadlı şair “Yaşıl qələmlər” adlı cəmiyyətin yaradıcısı və katibi, Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü idi. Xalq Cümhuriyyətinin milli marşlarının əksəriyyətini o yazıb. Dövlət Himnimizin mətnini də o qələmə alıb.
1920-ci ilin aprel hadisələrindən sonra Ə.Cavada yaradıcılıqla məşğul olmağa imkan verilməyib. 1923-cü ildə Müsavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işləyərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev M.C.Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov onu eşidir.
Ə.Cavad ikinci dəfə haqqında danışacağımız “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan o zamankı rəhbərlərdən S.Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan-doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahlarından üç nəfər bildirir ki, şeir antisovet ruhludur. Dərhal Ə.Cavadın həbs olunması əmri verilir. Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar.
O, 1920-1937-ci illərdə dəfələrlə həbs olunub, təqiblərə məruz qalıb.
1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar. Həmin il iyunun 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbs edirlər. Oktyabrın 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin həyat yoldaşı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.
Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabı çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin “Qarqantua və Pantaqruel”, 1962-ci ildə Vilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta”, 1978-ci ildə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərləri işıq üzü görür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib.
Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda “xalq düşməni” damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!
- Azərbaycanda REFENDUM-la bağlı YENİ XƏBƏR
18 oktyabr 2024 11:24
- Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18 oktyabr 2024 10:51
- Məhkəmə QƏRARI : Yeznəsini ANLAQSIZ VƏZİYYƏTDƏ ÖLDÜRÜB ))
14 oktyabr 2024 16:01
- Çap elədiyi tapmacaya görə güllələnən dilçi - Onun qəbri əslində, haradadır?
14 oktyabr 2024 00:13
- Bu gün Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günüdür
13 oktyabr 2024 14:51
- Şeyx İbrahim Əmir Teymura - 40-cı qul mənəm - deyibmi?
12 oktyabr 2024 17:47
- Bu gün Ümumdünya Köçəri Quşlar Günüdür - MARAQLI Fotolar
12 oktyabr 2024 16:00
- AİLƏ üzvlərini öldürən Əhməd Əhmədov sağalan kimi azadlığa çıxacaq? - Vəkildən OLAY kimi müsahibə
11 oktyabr 2024 21:05
- Xalq şairi Ramiz Rövşənin NƏFƏS kitabının təqdimatı olub
8 oktyabr 2024 16:05
- Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib, yaxın günlərdə...- SENSASİYA
7 oktyabr 2024 16:07
- Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanlayıb
18 oktyabr 11:37
- Azərbaycanda REFENDUM-la bağlı YENİ XƏBƏR
18 oktyabr 11:24
- Aİ liderləri Gürcüstanın ittifaqa daxil olmasını dayandırdılar
18 oktyabr 10:58
- Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18 oktyabr 10:51
- Millət vəkili Əli Məsimli AZƏRİQAZ-ın baş direktoru Azər Məmmədovla görüşüb..
17 oktyabr 21:42
- Azərbaycanda yeni ORDU qurulur! Bu şəxslərin əsgərliyi ilə bağlı QƏRAR verildi...
17 oktyabr 19:34
- Vüqar Zeynalov Bərdədəki əməllərini indi də Gəncədə davam etdirir...
17 oktyabr 18:56
- Misir Mərdanov görün niyə AĞLADI - VİDEO
17 oktyabr 17:41
- Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır
17 oktyabr 16:24
- Prezidentdən SƏRƏNCAM - Bu qurum LƏĞV EDİLDİ
17 oktyabr 15:58
- Bakıda bu bələdiyyələr birləşdiriləcək - SİYAHI
17 oktyabr 14:52
- Ağsu sakini 1 QUTU SİQARETƏ görə 3,5 İL HƏBSDƏ yatacaq
17 oktyabr 12:22
- Vasif Talıbovun şirkətinin 10 MİLYONDAN ÇOX vergi borcu var
17 oktyabr 12:09
- İlham Əliyev COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub
17 oktyabr 11:56
- Prokuror sevgilisinin 5 sevgilisini TUTDURDU
17 oktyabr 11:41
- MİNAtəmizləyənlərə də ŞƏHİD statusu verilə bilər VİDEO
17 oktyabr 10:48
- Cəbrayılda bir evin tikintisinə 157 min manat xərclənəcək
16 oktyabr 22:13
- Tarix müəllimi faciəli şəkildə həlak oldu: Sevgilisi HƏBS EDİLDİ
16 oktyabr 21:50
- Tibb Universitetinin YENI P PROREKTORU
16 oktyabr 21:30
- Mübariz İbrahimovun atası vəfat etdi - Yenilənib
16 oktyabr 19:42
- Azərbaycan tarixinə 44 gün+23 saat=Xankəndində ucalan üçrəngli bayraq formulu həkk olunub
16 oktyabr 11:27
- Şah İsmayılın fərmanı Azərbaycanda (FOTO)
15 oktyabr 21:40
- Laçında TRAMVAY xətti çəkiləcək ))
15 oktyabr 21:16
- Azərbaycanda evlənən hər 2 nəfərdən biri boşanır – Rəsmi statistika
15 oktyabr 13:56
- Mərkəzi Bank 4 400 ədəd qızılgülü, 700 ədəd qərənfili NƏ ÜÇÜN ALIR ? ))
15 oktyabr 13:49
- Kollegiyada 3 vəkilə töhmət, 2 vəkillə bağlı məhkəməyə müraciət....
15 oktyabr 13:40
- Universitetlərin ƏN YAŞLI 1-ci kurs tələbələri
15 oktyabr 12:57
- Prezident Rebuild Karabakh sərgisinin iştirakçılarına məktub ünvanladı
15 oktyabr 12:36
- Azərbaycanda vəzifəli şəxs müəllimi qaçırdı
15 oktyabr 12:28
- Yazıçı Vaqif Əlixanlı VƏFAT ETDİ
15 oktyabr 12:06