Bakıda məhkəməsi keçirilən Bakonun qonşusu danışdı: Qumarbaz, nəşəxor idi

“Mən Bako Saakyanın bütün taleyini bilirəm. 1988-ci ildə biz Xankəndidən çıxanda o fəhlə idi. 1994-cü ildə isə nazir oldu. Oxumurdu, təhsili yox idi. Bu, onun hansı cinayətkar yollarla vəzifəyə gəlməsindən xəbər verir”.
NUH.az bildirir ki, bunu Musavat.com-a Xankəndidən olan Kazımov Temirxan Daşdəmir oğlu deyib.
O, keçmiş separatçı rejimin Bakıda məhkəməsi keçirilən üçüncü “prezidenti” Bako Saakyanın qonşusu olub.
“Onun adı Bahadır olub, mən qoymuşam, sonradan dəyişib Bako edib. O doğulanda uşaq idim, dedilər ona ad de, dedim, Bahadır olsun. Ondan qabaq bir neçə qardaşı doğulan kimi ölmüşdü. Hətta Bahadırı xəstəxanadan biz çıxarmışdıq. Anası və atası bizimlə qonşuluq edirdilər, normal adamlar idilər. Özü isə oxumayan, qumarbaz, nəşəxor idi. Məktəbi bitirəndən sonra instituta girə bilmədi. 1988-ci ildə dəri sexində fəhlə işləyirdi. O, sonradan əvvəllər prokuror olan, sonra isə Daxili İşlər Nazirliyində çalışan İsaqulova qoşuldu. Hər ikisi nəşə çəkirdi. Beləliklə, Bahadır onun vasitəsi ilə Rusiyaya getdi, əlaqələrini genişləndirdi və vəzifələrə yolu açıldı.
İndi məhkəmələrini televiziyalardan izləyirəm. Kimin ağlına gələrdi ki, ad verdiyim Bahadır cinayətkara çevriləcək və ölkəmizdə mühakimə olunacaq. Bahadırı polis tuturdu, mən çıxardırdım. Mən həmin vaxt universal mağazanın müdiri idim. Bahadırın atasıgil ilə yaxın küçələrdə qalırdıq. Bahadırı polis saxlayanda atası yanıma xahişə gəlirdi. Rəis dotum olduğu üçün ona zəng edirdim, buraxırdılar”.
Qeyd edək ki, Saakyan 1960-cı ildə Xankəndi şəhərində anadan olub. Keçmiş qondarma Dağlıq Qarabağ Respublikasının 3-cü "prezidenti" olub.
O, ilk dəfə 19 iyul 2007-ci ildə “prezident” seçilib. 19 iyul 2012-ci ildə ikinci dəfə beş il müddətində öz "vəzifəsində” qalıb.
Bako Saakyan 2017-ci ildə keçirilən qondarma seçkilərdə yenidən seçilərək, 3 il müddətində bu "vəzifəni" icra edib.
Və nəhayət 2023-cü ildə Bako Saakyan törətdiyi cinayət əməllərinə görə barəsində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Hazırda digər separatçılarla birgə məhkəməsi keçirilir.
Oxşar xəbərlər
- Evi vətəndaşın başına uçuran -Melissa- görün kimin imiş - DETALLAR
28 mart 2025 00:27
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 2025 22:50
- Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı
26 mart 2025 16:31
- Azərbaycanda sabah 20 dərəcə isti olacaq
26 mart 2025 14:05
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 2025 02:08
- Hərəmiz 9-10 min qazanırdıq - Bakıda kazino təşkil edənlərin işinin TƏFƏRRÜATI
25 mart 2025 22:54
- Bakıda icra başçısı olmaq istəyən şəxs 400 min rüşvət verməyə razılaşıb və ...
25 mart 2025 17:51
- Günahsız yerə 47 il həbsdə qaldı: 1,4 milyon dollar təzminat ALACAQ
25 mart 2025 16:04
- Sabahdan temperatur yüksələcək: 18 dərəcə isti olacaq
25 mart 2025 14:09
- stanbul bu dəqiqələrdə... - Video
25 mart 2025 02:33
Xəbər lenti
- Türkün qanının su yerinə axdığı çay
28 mart 15:23
- Boykot tarixi: 19-cu əsrdən bu günə qədər gələn müqavimət hekayəsi
28 mart 14:57
- O ünsürlər buna layiq deyillər - Prezident
28 mart 14:33
- Bakı şəhərində cəmi 7 EŞŞƏK VАR
28 mart 14:07
- Tələbə qız vəfat etdi- Atasının məzarı yanında məhlul içib
28 mart 13:30
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 12:56
- Evi vətəndaşın başına uçuran -Melissa- görün kimin imiş - DETALLAR
28 mart 00:27
- Heç vaxt qorxmamışam - Zelenski
28 mart 00:16
- Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
27 mart 23:47
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 23:40
- Prezident Ağdam səfərindən paylaşım etdi
27 mart 23:25
- Qrenlandiya bizə lazımdır
27 mart 23:12
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 22:50
- Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR
27 mart 22:38
- Elçibəyin əkiz nəvələri oldu
27 mart 22:18
- Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək
27 mart 22:09
- Mirvari Qəhrəmanlı prokurorluğa çağırıldı
27 mart 21:44
- Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi
27 mart 21:25
- Bu ailələr hər ay 315 azn VERİLƏCƏK
27 mart 21:12
- Prezident və Birinci xanımın Sarıcalıdan YENİ GÖRÜNTÜLƏRİ
27 mart 20:55
- Millimiz 10 : 2 hesabı ilə uduzdu
26 mart 22:53
- Futbolçularımız bozbaş yeməyə öyrəşiblər deyə .... – Aqil Abbas
26 mart 22:24
- Eks- deputаt Hacı Qalib 55-ci dəfə Həccə getdi
26 mart 21:42
- Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
26 mart 21:08
- Paşinyan: Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasını müzakirə etməyə hazırdır
26 mart 17:33
- Pezeşkian Urmiya gölünə getdi
26 mart 17:24
- Tramp Ərdoğanı tərifləyib....
26 mart 16:53
- Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı
26 mart 16:31
- 42 yaşlı qadın dəm qazından öldü
26 mart 16:22
- -Sumqayıt Nəqliyyat-a yeni direktor təyin edilib
26 mart 15:57
Video & Fotoqalereya
Video
Fotoqalereya