Trampa qarşı sui-qəsd cəhdi: Özü yaralandı, iki nəfər öldü (FOTO/VİDEO)
ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.
Qaynarinfo xəbər verir ki, mitinqin yayımı siyasətçinin yutub kanalında aparılıb.
Görüntülərdə atəş səslərinin eşidildiyi, Trampın qulağından zədələndiyi əks olunub.
Qısa müddət sonra eks-prezident kürsüdən uzaqlaşdırılıb.
Trampın yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları bəlli olub.
Dairə prokuroru Riçard Qoldingerin yerli mətbuata açıqlamasında hadisədə ümumilikdə iki nəfərin öldüyünü bildirərək onlardan birinin mitinq iştirakçısı, digərinin şübhəli şəxs olduğu vurğulayıb.
Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.
Olaydan sonra bir sıra ölkə liderləri bəyanat yayaraq insidenti pisləyiblər.
ABŞ prezidenti Co Bayden seçkilərdəki rəqibi respublikaçı Donald Trampın mitinqindəki silahlı insidenti pisləyib. Bu barədə Amerika liderinin bəyanatında bildirilib.
"Pensilvaniyada Donald Trampın mitinqindəki atəşaçma ilə bağlı mənə məlumat verilib. Onun təhlükəsiz olduğunu və yaxşı olduğunu eşitdiyimə görə şadam. Mən onun, ailəsi və mitinqdə olanların hamısı üçün dua edirəm, əlavə məlumat gözləyirik”.
Dövlət başçısı "Amerikada bu cür zorakılığa yer olmadığını” bildirərək amerikalıların "bunu pisləmək üçün bir millət kimi birləşməli” olduğunu vurğulayıb.
Tramp sui-qəsd cəhdi olduğu güman edilən silahlı insidentdən sonra ilk açıqlamasında atəş nəticəsində "güclü qanaxma” ilə üzləşdiyini bildirərək hadisədə ölən və yaralanan tərəfdarların ailələrinə başsağlığı verib.
Bu barədə 76 yaşlı siyasətçi sahibi olduğu "Truth Social” sosial şəbəkəsində paylaşım edib.
"Birləşmiş Ştatların Gizli Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Batler dairəsində baş vermiş atəşaçmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı vermək istəyirəm. Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən nişançı haqqında heç nə bəlli deyil. Güllə sağ qulağımın yuxarı hissəsi deşib. Dərhal nəyinsə səhv getdiyini anladım, fit, atəş səsi eşitdim və güllənin dərimi cırmasını hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. Tanrı Amerikanı qorusun!”, – qeyd edib.
Trampa qarşı sui-qəsd cəhdini həyata keçirən şəxsin adı Tomas Metyu Kruksdur.
Bu barədə "New York Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. 20 yaşlı Kruksun Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşadığı bildirilir.
NYP-nin məlumatına görə, Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb.
Kruks Məxfi Xidmətin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.
Oxşar xəbərlər
- Nəcməddin Sadıkovun oğlunun biznes ortağı...
19 avqust 2024 11:07
- 33 il öncə 19 avqustda... QİYAM BAŞ TUTSAYDI...Qorbaçovu..
19 avqust 2024 09:42
- Ramiz Rövşən xəstəxanaya düşdü - FOTO
18 avqust 2024 17:05
- Norveçli evini satdı, Lənkəranda biznes qurdu (VİDEO)
18 avqust 2024 16:23
- İranın yeni XİN başçısı o oldu
18 avqust 2024 15:14
- Türkiyədə meşələri KİMLƏR və NİYƏ YANDIRIR? 7 nəfər həbs edildi
18 avqust 2024 11:30
- Nərminənin müəmmalı ölümü: Anası qızının orqanlarının götürüldüyünü deyir VİDEO
18 avqust 2024 10:03
- XANKƏNDİ VƏ KƏLBƏCƏRDƏ görün nə tapıldı - FOTO
18 avqust 2024 09:48
- Bu toyda 7 min qonaq iştirak etdi, 15 adam bütün gecə pulları, qızılları saydı
18 avqust 2024 00:51
- İlk alitəhsilli diplomat, Atatürkün yaxın dostu - O, Naxçıvanı necə xilas etmişdi?
17 avqust 2024 12:14
Xəbər lenti
- Prezidentlərin məhdud tərkibdə görüşü başladı
19 avqust 13:42
- Taxikardiya nədir?
19 avqust 11:40
- Nəcməddin Sadıkovun oğlunun biznes ortağı...
19 avqust 11:07
- Sirr açılır: Stalinin türk agenti - Ənvər Paşanın qatili olan ermənini o öldürübmüş
19 avqust 10:44
- SON DƏQİQƏ! Rus ordusu Nyu Yorku aldı
19 avqust 10:30
- 33 il öncə 19 avqustda... QİYAM BAŞ TUTSAYDI...Qorbaçovu..
19 avqust 09:42
- Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq
19 avqust 09:02
- Mövqelərimiz yenə atəşə tutuldu
19 avqust 08:52
- Prezident İlham Əliyev və Mehriban Əliyeva evlərində Vladimir Putinlə şam ediblər
18 avqust 21:37
- Vladimir Putin Azərbaycana SƏFƏRƏ GƏLDİ
18 avqust 21:18
- Şahin Fazil vəfat etdi
18 avqust 20:12
- Alen Delonun övladları atalarının ölüm səbəbini AÇIQLADI
18 avqust 18:59
- Ramiz Rövşən xəstəxanaya düşdü - FOTO
18 avqust 17:05
- Norveçli evini satdı, Lənkəranda biznes qurdu (VİDEO)
18 avqust 16:21
- Elçin Quliyev yeni generallara rütbələrini təqdim etdi
18 avqust 15:49
- İranın yeni XİN başçısı o oldu
18 avqust 15:14
- Həyat yoldaşı və mədəniyyət xadimləri Müslüm Maqomayevin məzarını ziyarət edib
18 avqust 12:11
- Türkiyədə meşələri KİMLƏR və NİYƏ YANDIRIR? 7 nəfər həbs edildi
18 avqust 11:30
- Mikoyanla birgə Bakıya gələn, Beriyanın öldürtdüyü, ÇEKA-nın ilk rəhbəri Baba Əliyev
18 avqust 10:59
- Alen Delon vəfat etdi
18 avqust 10:35
- Nərminənin müəmmalı ölümü: Anası qızının orqanlarının götürüldüyünü deyir VİDEO
18 avqust 10:03
- XANKƏNDİ VƏ KƏLBƏCƏRDƏ görün nə tapıldı - FOTO
18 avqust 09:48
- Putin bu gün Azərbaycana dövlət səfəri edəcək
18 avqust 01:48
- Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
18 avqust 01:38
- İlham Əliyevin sözündən üç saat sonra...
18 avqust 01:29
- Bu toyda 7 min qonaq iştirak etdi, 15 adam bütün gecə pulları, qızılları saydı
18 avqust 00:51
- Almaniyada Azərbaycan pasportu ilə yaşayıram - Əzizə Mustafazadə
17 avqust 23:15
- ADR üzvü, tanınmış iqtisadçı-alim Elşən Orucov namizədliyini GERİ GÖTÜRDÜ...
17 avqust 18:15
- Putin Pezeşkianı Rusiyaya dəvət etdi - Bu tarixdə GÖRÜŞƏCƏKLƏR
17 avqust 13:17
- İlk alitəhsilli diplomat, Atatürkün yaxın dostu - O, Naxçıvanı necə xilas etmişdi?
17 avqust 12:14
Video & Fotoqalereya
Video
Fotoqalereya