Həsən Məmmədovun atası hansı hərəkətinə görə ondan küsmüşdü?
Müsahibə2 fevral 2025 00:59
"Böyük dayaq", "Arşın mal alan", "Bir cənub şəhərində", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Gün keçdi", "Dədə Qorqud", "Arxadan vurulan zərbə", "Bizi bağışlayın", "İstintaq" və başqa filmlərdə yaddaqalan obrazlar yaradan aktyor Həsən Məmmədov 22 noyabr 1938-ci ildə dünyaya göz açıb. Aktyor kinoya "Böyük dayaq" filmi ilə gəlib.
Bu filmdə canlandırdığı "Qaraş" obrazı ona şöhrət gətirib. Film eyni zamanda aktyorun atasının da ona olan münasibətlərinin düzəlməsində önəmli rol oynayıb.
Çünki müəllim olmaqdan imtina edərək teatra üz tutan Həsən Məmmədova atası nəinki dəstək olmayıb, hətta ondan küsüb. H.Məmmədov kinostudiyanın yaxınlığındakı kirayə yaşadığı həyətdə tələbələrlə birlikdə qalırdı. Həmin tələbələrdən biri - Lətifə adlı qız aktyorun diqqətini cəlb etmişdi.
Çəkilişlərdən vaxt tapan kimi o, bu qızın arxasınca düşərdi. Bu vəziyyət 3-4 ay davam edir. Qız isə kim olduğunu bilmədiyi səssiz oğlana uzaqdan bağlanırdı. Aralarında 8 yaş fərq olan cütlük 1967-ci ildə evlənib və onların iki övladı dünyaya gəlib.
Ömrünün son illərində ürək xəstəliyindən, yüksək qan təzyiqindən əziyyət çəkən aktyor hətta ağır ürək əməliyyatı da keçirib. Bütün səylərə baxmayaraq, H.Məmmədov 2003-cü ilin avqustun 26-da dünyasını dəyişib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.
Xalq artisti Leyla Şıxlinskaya Həsən Məmmədovla bağlı xatirələrindən bəhs edərkən bildirib ki, onunla ilk tanışlığı "Arşın mal alan" filmi ilə olub.
"Həsən ilə olan səhnələrim çox rahat, sakit keçirdi, sanki bu insanı çoxdan tanıyırmış kimi hiss edirdim. "Gün keçdi" filmində oynadığımız zaman bir səhnəmiz var idi ki, Əsmər Oqtayın evinə gəlir, birlikdə şəkillərə baxırlar. Sonra Oqtay gəlib arxadan Əsməri qucaqlamalı, əllərini onun boynuna qoymalı idi. Mən də gözləyirəm ki, o nə vaxt gəlib əllərini çiynimə qoyacaq. Bir neçə dəfə səhnəni çəkməyə cəhd etdik, alınmadı. Əlləri kəpənəyin qanadları kimi uçurdu, boynuma qoya bilmirdi. Artıq səbrim daşdı, ona "Həsən, mənim yerimdə dur, bax, əllərini belə qoyarsan" dedim. "Ay Leyla xanım, nə yaxşı aktrisasınız, gözəl rola girdiniz" dedi. Onun dünyadan köçməyi mənə çox təsir edib, bu gerçəyi heç cür qəbul edə bilmirəm", - deyə Xalq artisti əlavə edib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
- Rəsulzadə və ailəsinin illər sonra ortaya çıxan yeni fotoları
4 fevral 2025 11:54
- Bakıda Rus Evinə nəzarət gücləndirildi
4 fevral 2025 01:35
- Televiziyalarda arvad boğuşmasında həkimlərin, dərmanların reklamı gedir
3 fevral 2025 23:28
- Səməd Vurğun yaltaq idi, onun qədər yaltağı olmayıb - Əlisa Nicatla MÜSAHİBƏ
3 fevral 2025 19:46
- Razi Nurullayev Siyavuş Novruzova: Sözünü demək istəyirsən, kişi kimi de
3 fevral 2025 18:10
- Rusiyada qeyri-qanuni yaşayan 670 MİN insan var – Rusiya DİN nümayəndəsi
2 fevral 2025 21:56
- Biz qəhrəman gəncliyimizlə FƏXR EDİRİK
2 fevral 2025 14:55
- Gömrükdəki 70 minlik malı məhv edildi, 2 dəfə dələduzluqla üzləşdi TƏFƏRRÜAT
1 fevral 2025 22:18
- Bədəninizin S.O.S siqnalı – Bu qidalarla vitamin çatışmazlığını aradan qaldırın
31 yanvar 2025 17:46
- Kanadadan Bakıya həyasız tələb ....
31 yanvar 2025 17:41
Xəbər lenti
- İlham Əliyev -Vətən- İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTOLAR
04 fevral 14:17
- Razi kimdir axı mənim haqqımda danışsın?! – Siyavuş Novruzov
04 fevral 13:40
- 1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov - Azadlıqdadır
04 fevral 13:31
- Sizdən bir Prezident kimi yox, bir ağsaqqal kimi xahiş edirəm, hətta yalvarıram..
04 fevral 12:20
- Lütfi Zadəyə edilən istinad sayı Eynşteyndən daha çoxdur
04 fevral 12:04
- Rəsulzadə və ailəsinin illər sonra ortaya çıxan yeni fotoları
04 fevral 11:54
- SON DƏQİQƏ! Qax, Zaqatala və Balakəndə ƏMƏLİYYAT: Dəstə tutuldu - VİDEO
04 fevral 11:30
- Bakıda Rus Evinə nəzarət gücləndirildi
04 fevral 01:35
- Taksi sürücüsü 180 kq-lıq müştərini maşınına qoymadı - FOTO
04 fevral 01:16
- Niyə 5 dəqiqədən bir deyilməlidir ki, siyasi məhbuslarınız var?!
04 fevral 00:00
- Bələdiyyə üzvü seçildiyi üçün Qəbələdə qonaqlıq verdi - Hesabı ödəməyib QАÇD
03 fevral 23:46
- Televiziyalarda arvad boğuşmasında həkimlərin, dərmanların reklamı gedir
03 fevral 23:28
- Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alındı: 20-45 yaş arasında olan şəxslər
03 fevral 22:55
- Bakıda müəllim faciəli şəkildə həlak oldu - Foto
03 fevral 22:18
- İtkin şəhidin məzarı 32 İL SONRА TAPILDI
03 fevral 21:14
- Vasif Talıbovdan alınan şirkətlərin külli miqdarda VERGİ borcları var - SİYAHI
03 fevral 21:05
- 37 ailənin qazı, işığı niyə kəsilib? Ölənə qədər bu binadan çıxmayacağam- VIDEO
03 fevral 20:46
- Səməd Vurğun yaltaq idi, onun qədər yaltağı olmayıb - Əlisa Nicatla MÜSAHİBƏ
03 fevral 19:40
- Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir
03 fevral 19:26
- Siyavuş Novruzovdan İmişli rаyon rəhbərliyinə: Ərizələrini yazsınlar, çıxıb getsinlər evlərinə...
03 fevral 18:33
- Razi Nurullayev Siyavuş Novruzova: Sözünü demək istəyirsən, kişi kimi de
03 fevral 18:10
- Prezident Polad Bülbüloğlu ilə bağlı sərəncam imzaladı
03 fevral 17:01
- İlham Əliyev Rüfət Əzizovu vəzifəsindən azad etdi - YENİ TƏYİNAT FOTO
03 fevral 16:30
- Deputat: Suriya bizim üçün mənəvi Vətəndir
03 fevral 14:56
- Azərbaycanda kredit faizləri niyə artır? – Ekspert 3 əsas səbəbi açıqladı
03 fevral 14:01
- Mikayıl Mirzənin oğluna yeni vəzifə verilib
03 fevral 13:23
- Məktəb direktoru həbs olundu
03 fevral 12:31
- Milli Məclisin yaz sessiyası başladı
03 fevral 12:20
- DTX və DİN 8 terrorçunu məhv etdi! ƏMƏLİYYAT ÇƏKİLİŞİ - RƏSMİ
03 fevral 11:51
- Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxdı
03 fevral 11:42
Video & Fotoqalereya
Video
Fotoqalereya