19 yanvar – Bakı qırğınının başlanğıc günü
Aradan 35 il keçib. 1990-cı ildə doğulanlar bu il sırayla 35 yaşlarını tamam edəcəklər. Bu yarı yaş, ömrün ortası deməkdir. O şəxslər 20 Yanvar faciəsinin nə demək olduğunu yalnız dərs kitablarından, 20 Yanvara həsr olunmuş tədbirlərdən deyilənlərdən bilirlər.
Bir də var, həmin günlərdə 10, 15, 20, 25, 30, 35 yaşı olanların 20 Yanvar faciəsi yaşantıları.
Bu faciə millətin duyarlı, vətənpərvər, şüurlu kəsiminin sinəsində çalın-çarpaz dağ kimi, qövr edən yara kimi hələ də qalır və sona qədər qalacaq. Ağır gümlər idi. Xatırlayanda belə adam üşənir.
Əslində isə bu faciə tam olaraq 1990-cı ilin yanvar ayının 20-də olmamışdı, qətliam, gülləboran yanvarın 19-dan başlanmışdı. Sovet-rus tankları yanvarın 19-da hərəkətə gəlmişdi, dövlət televiziyasının enerji bloku yanvarın 19-da partladılmışdı (əhalini informasiyasız qoymaq üçün), xalq kütlələrinin şəhərin giriş-çıxışlarında qurduğu barrikadalar yanvarın 19-da yarılmışdı.
Sadəcə olaraq, biz yanvarın 20-də milli faciəmizin acı mənzərəsi ilə üz-üzə qalmışdıq. Bakının işğalı yanvarın 19-da başlanmış, 20-də başa çatmışdı. Ancaq işğalçılar situasiyaya hakim deyildilər. Onların şəhərin strateji obyektlərini nəzarətə götürmüş, qırğın törətmiş, küçə və meydanları isə etirazçı xalqa buraxmışdılar. Sovet-rus hərbçiləri komandaturalarda, qarnizonda oturub gözləyirdilər.
O zaman xalq şəhidlərinə sahib çıxdı, işğalçıların tələb və tövsiyələrinə məhəl qoymadı. Azsaylı və karyerist kompartiya fəalları istisna olmaqla bütün xalq milli müqavimətdə iştirak etdi, şəhidlər şəhərin ən yüksək nöqtəsində, görünməmiş bir mütəşəkkilik və ehtiramla dəfn edildilər. Respublika rəhbərliyinə yeni təyin olunmuş şəxslər situasiyanı nəzarətə almağa çalışsalar da, çox çətinlik çəkirdilər. Sanki onları da şəhidlərin qanı tutmuşdu.
İndi hamımız haqlı olaraq o zamankı dövlət rəhbəri Qorbaçovu lənətləyirik, vaxtilə ona verilmiş Nobel sülh mükafatının geri alınmasını tələb edirik. Ancaq bir incə məqamı unuduruq. 20 Yanvar faciəsinə görə bütün məsuliyyəti Qorbaçovun çiyninə yükləyəndə o biri Kreml canavarları yaddan çıxır.
Məsələnin məğzi isə belədir. 1990-cı ilin yanvar ayının ortalarında Siyasi Büroda Bakıya qoşun yeririlməsi məsələsi müzakirə olunanda qərar kollegial şəkildə qəbul olunub. Qorbaçov heç də yumruğunu masaya çırparaq, “Bakıya ordu yeritməliyik” deyə təkbaşına qərar verməyib. Bakıda vəziyyətin nəzarət altına alınmasının qatı tərəfdarları sovet dövlətinin digər rəhbərləri olub. Onlara baxanda Qorbaçov daha mülayim biri idi.
Bakıya qoşun yeridilməsi təşəbbüsünün əsas tərəfdarları SSRİ-nin güc strukturlarının rəhbərləri, partiyada sərt xəttin tərəfdarları olan şəxslər olublar. Onlar adbaad məlumdur: Yazov, Kryuçkov, Bakatin, Rıjkov, Liqaçov, Primakov və başqaları...
Bu şəxslər hesab edirdilər ki, yumşaq tərpənsələr, Stalinin, Xruşovun vaxtında olduğu kimi üsyana qalxmış kütlələrə amansız divan tutmasalar, sovet rejimi sarsıla bilər. Onlar kompartiyanın hakimiyyətinin, sovet hərbi-polis rejiminin qorunub saxlanması üçün əliyalın xalqı qırıb-çatmağa hazır idilər. Bir ildən sonra onlar Bakıda törətdikləri qırğının 10 dəfə kiçik miqyaslısını Litvanın paytaxtı Vilnüsdə etdilər. Bizdən bir il qabaq Tiflisdə, ondan da əvvəl Almatıda etmişdilər.
Bu şəxslər 1991-ci ilin avqustunda Qorbaçovu devirərək SSRİ-də hakimiyyəti götürməyə də çalışdılar. “QKÇP” adlanan qiyamın formal rəhbəri vitse-prezident Gennadi Yanayev olsa da, baş rolda Bakı qırğınının təşkilaçıları idi: Kryuçkov və Yazov. Sadəcə, bu dəfə onlar əliyalın Moskva xalqına silah qaldırmadılar. Eyni müqavimət digər 14 müttəfiq respublikanının birində olsaydı, yəqin ki, çoxunda tərəddüd etmədən xalqı qırardılar.
Maraqlıdır ki, Bakı qətliamında iştirak edən, həmin günlərdə Nəsimi rayonunun hərbi komendantı olan və Bakıdakı “rəşadət”inə görə general-mayor rütbəsi alan Aleksandr Lebed 1 il 8 aydan sonra Moskvada müdafiə nazirinin əmrinə itaət etməyərək, xalqa güllə atmadığına görə yenidən “qəhrəman” oldu.
Bu necə ola bilərdi? Bakıda xalqı qırırsan, “qəhrəman” olursan, Moskvada xalqı qırmırsan, yenə “qəhrəman” olursan.
Bu, Kremlin Azərbaycana və digər müstəmləkələrə qarşı yeritdiyi ayrı-seçkilik siyasətinin bariz nümunəsi idi. Sovet hakimiyyətinə müqavimətə, mərkəzin qərarlarının sabotajına, Kremlə qarşı qaldırılan şüarlara qalsa, bunu birinci və sürəkli olaraq edən Ermənistan idi. Məhz ermənilər kompartiyanın orqanı olan “Pravda” qəzetini tabutlara doldurub basdırmışdılar, mərkəzi televiziyanın “Zaman” proqramının translyasiyasını Ermənistan ərazisində dayandırmışdılar, İrəvan və Xankəndidə təşkil etdikləri mitinqdə SSRİ-dən ayrılmaq tələbi səsləndirmişdilər, ancaq Kreml onlara qarşı heç bir cəza tədbiri görmürdü. Bax, bu məsələdə Qorbaçovun və həyat yoldaşı Raisa Qorbaçovanın, eləcə də sovet dövlətinin başçısının baş köməkçisi və məsləhətçisi Georgi Şaxnazarovun böyük rolu vardı.
Bizim günahımız isə Qarabağı, ölkəmizin ərazi bütövlüyünü müdafiə etməyimiz, bunu necə edəcəyimizi doğru-dürüst bilməməyimiz idi. Təklənmiş durumdaydıq. Nə İrandan haray vardı, nə də həmin illərdə ABŞ-nin yedəyində gedən Türkiyədən. ABŞ isə birmənalı olaraq Qorbaçovun tərəfindəydi, onu islahatçı adlandırır, SSRİ-nin demontajını apardığı üçün həvəsləndirirdi. Başqa vaxt hansısa ölkədə adi bir mitinqin su şırnağı ilə dağıdılmasını “insan haqlarının tapdanması, demokratiyanın boğulması” adlandıran Qərb dövlətləri Bakıda 150-yə yaxın mülki insanın qətlə yetirilməsini “SSRİ-nin daxili işi” adlandırmışdı.
Biz bu günə o günlərdən keçib gəlmişik. İndinin özündə bəzən Rusiya rəhbərliyi tərəfindən ölkəmizə qarşı xoşagəlməz addımlar atılanda və milli vətənpərvər qüvvələr ona sərt reaksiya verəndə bəziləri deyirlər: “Nədən Moskvaya qarşı belə aqressivsiniz?”
Dərhal bilirsən ki, bu adamlar ya 20 yanvar 1990-cı ildə körpə olublar, ya da onlarda mili təəssübkeşlik hissi sıfırın altında-üstündədir.
- Dələduz məhkəmə hakimi azadlığa buraxıldı
27 yanvar 2025 12:03
- Bu gün Vardanyanın məhkəməsidir
27 yanvar 2025 11:45
- Lukaşenko seçkilərdə 87,6% səslə liderlik edir
27 yanvar 2025 00:13
- Hər ay 500 min icаrə hаqqı аlаn Rəhim Rəhimov dövlətə nə qədər VERGİ ödəyir ?
26 yanvar 2025 17:23
- Kamran Bağırov Qarabağın Ermənistana birləşməsinə qərar vermiş iclasa necə gəlib? – Azərbaycanın rəhbəri Xankəndidə ermənilərə nə deyib? (TARİX)
26 yanvar 2025 12:52
- YUTUB KANALINDA YENİ VERİLİŞ
25 yanvar 2025 13:49
- Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı
25 yanvar 2025 13:36
- Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib
24 yanvar 2025 22:23
- Bank BTB yanlış məlumat yayır, Banklar Assosiasiyası isə həqiqəti gizlədir – Faktlar
24 yanvar 2025 14:42
- Rəna Soltanova yoxlama aparanlara telefon çırpıb, təhqir edibmiş - Bakıda 5 yerdə klinikası var - FOTO
24 yanvar 2025 13:10
- Prezident qəbul keçirdi - Fotolar
27 yanvar 12:40
- Dələduz məhkəmə hakimi azadlığa buraxıldı
27 yanvar 12:03
- Bu gün Vardanyanın məhkəməsidir
27 yanvar 11:45
- Lukaşenko seçkilərdə 87,6% səslə liderlik edir
27 yanvar 00:13
- Niyə liftdə güzgüyə ehtiyac var? - Hər kəs bu barədə bilmir
27 yanvar 00:08
- Sumqayıt Şəhər İcra Hakimiyyətinin iz itirmək cəhdləri....
26 yanvar 22:15
- Azərbaycanda cinsiyyətini dəyişdirmək istəyənlər haralara üz tuturlar?
26 yanvar 21:23
- Hər ay 500 min icаrə hаqqı аlаn Rəhim Rəhimov dövlətə nə qədər VERGİ ödəyir ?
26 yanvar 17:23
- Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşdi
26 yanvar 16:57
- Donuz BÖYRƏYİ ilə ən çox yaşayan insan odur...
26 yanvar 16:31
- Kanada tamamilə bizdən asılıdır, ayrıca dövlət ola bilməz – Tramp
26 yanvar 16:06
- Bu halda məcburi köçkünlərə verilən müavinət dayandırılacaq – KİV
26 yanvar 15:43
- Lukaşenko səsverməyə iti ilə gəldi - Video
26 yanvar 14:40
- Prezidentdən təbrik məktubu
26 yanvar 14:21
- Belarusda prezident seçkiləri başlayıb
26 yanvar 13:22
- Kamran Bağırov Qarabağın Ermənistana birləşməsinə qərar vermiş iclasa necə gəlib? – Azərbaycanın rəhbəri Xankəndidə ermənilərə nə deyib? (TARİX)
26 yanvar 12:52
- Daşaltı əməliyyatından 33 il ötür
26 yanvar 00:49
- Ərdoğan Xocalıya səfər edəcək
26 yanvar 00:38
- Məşhur azərbaycanlı aşpaz DƏVƏQUŞUNU belə bişirdi - VİDEO
26 yanvar 00:00
- Zelenski Əliyevlə danışdığı əsas məsələni açıqladı
25 yanvar 22:28
- 733 min məktəbli ABŞ-dan deportasiya oluna bilər
25 yanvar 20:48
- İndoneziya prezidenti və tərcüməçi qızın Bakıda eşq macərası – DTK-nın maneçiliyi
25 yanvar 20:13
- HƏMAS 477 gün əsir saxladığı 4 israilli qadını geri qaytardı
25 yanvar 19:33
- YUTUB KANALINDA YENİ VERİLİŞ
25 yanvar 13:49
- Yeni Kaledoniyada yenidən Azərbaycan bayrağı dalğalandı
25 yanvar 13:36
- Qazi dağda ov tüfəngindən açılan atəşlə ölübmüş - Yenilənib
25 yanvar 12:53
- Azərbaycanın ordu rəhbərliyində yeni vəzifə
25 yanvar 12:11
- Ərəblər Biləsuvarda - Qırmızı Kitab -a düşən quşları ovlayırlar? (VİDEO)
25 yanvar 00:37
- Nazir İlkin Hüseynova vəzifə verdi
24 yanvar 23:17
- Hökumə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan imtina edib
24 yanvar 22:22