Səlim Müslümovun oğlu yenidən məhkəmə qarşısında
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlüyə məxsus olmuş “Orion Global” MMC (VÖEN - 1005080711) barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi ilə inzibati protokol tərtib edilib.
Yeniavaz.com xəbər verir ki, “Orion Global” MMC barəsində tərtib olunan protokola Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə baxılacaq.
Məlumat üçün bildirək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4.-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, əvvəllər “Orion Global” MMC-yə Turqay Müslümlü rəhbərlik edib. Hazırda şurkətin qanuni təmsilçisi Sadıqov Mirsadiq Sadıq oğludur.
Turqay Müslümlü daha əvvəl “Orion Global” MMC ilə bərabər “Orion Construction” MMC və “Orion Cars” MMC-nin qanuni təmsilçisi olub. Onun qardaşı - Asim Müslümlü isə “Orion Creativ Solutions” MMC-nin qanuni təmsilçisi olub.
Əvvəllər “Orion Global” MMC-nin dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub. Hazırda (23 oktyabr 2024) 6 min 359 manat 84 qəpik vergi borcu var.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.
Onu da qeyd edək ki, “Orion Global” MMC barəsində daha əvvəl də çoxsaylı məhkəmə iddiaları qaldırılıb.
- Prezident rektor və icra başçısı təyin etdi
4 noyabr 2024 13:35
- SSRİ-yə qarşı qurulan məxfi təşkilat: İLDIRIM necə ifşa olundu? (VİDEO)
4 noyabr 2024 13:29
- Rusiyada əslən azərbaycanlı general həbs edildi - Video
4 noyabr 2024 13:16
- İcra başçısının oğlunun meyiti tapıldı
3 noyabr 2024 21:28
- Rusiya üçün vuruşan ilk Şimali Koreya əsgəri əsir götürüldü - ŞOK GƏLİŞMƏ
3 noyabr 2024 11:05
- Məhkəmə üç şagirdə təcavüz edən müəlliməyə 18 il verdi
2 noyabr 2024 11:47
- Ağdaşın yeni icra başçısı kimdir?
1 noyabr 2024 17:28
- Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
1 noyabr 2024 16:37
- Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı YENİDƏN Baş Prokurora, Ədliyyə nazirinə şikayət etdi...
1 noyabr 2024 15:21
- Deputat - Bu məsələdə narazılıqlar getdikcə artır, QAZ LİMİTİNƏ yenidən baxılmalıdır
1 noyabr 2024 13:31
- Üç rayonun BAŞÇISI yoxdur
05 noyabr 10:25
- Prezidentdən sammit iştirakçılarına müraciət
05 noyabr 10:17
- Prezident rektor və icra başçısı təyin etdi
04 noyabr 13:35
- SSRİ-yə qarşı qurulan məxfi təşkilat: İLDIRIM necə ifşa olundu? (VİDEO)
04 noyabr 13:29
- Rusiyada əslən azərbaycanlı general həbs edildi - Video
04 noyabr 13:16
- Azərbaycanın yeganə qızlar məktəbinə direktor təyin edildi
04 noyabr 12:20
- Prezident və xanımı Bakı Olimpiya Stadionunda...
04 noyabr 10:51
- Moldovada prezident seçkiləri: Maya Sandu qələbə qazandı
04 noyabr 10:42
- Çində azyaşlı uşaqların göz yaşı töküb ağladığı azərbaycanlı müəllim kimdir?
03 noyabr 22:02
- Müdafiə Nazirliyinin generalı vəzifəsindən azad olundu - Yerinə təyinat
03 noyabr 21:54
- Ərdoğan Bakıya GƏLİR - COP29-da xüsusi layihə təqdim edəcək
03 noyabr 21:39
- İcra başçısının oğlunun meyiti tapıldı
03 noyabr 21:28
- Moldovada prezident seçkiləri – İkinci tur başladı
03 noyabr 12:09
- Rusiya üçün vuruşan ilk Şimali Koreya əsgəri əsir götürüldü - ŞOK GƏLİŞMƏ
03 noyabr 11:05
- Süpürgəçinin adı məktəbə verildi
03 noyabr 10:38
- Ziya Məmmədovun qardaşı həbs olunur? – Özü danışdı
02 noyabr 14:51
- Azercell -Ən Yaxşı Mükafatlandırma və Tanıma Strategiyası- mükafatına layiq görülüb
02 noyabr 14:40
- Şagirdi məktəbin 4-cü mərtəbəsindən çölə salladılar (VİDEO)
02 noyabr 14:12
- Xorultunu dayandırmaq üçün yatmazdan əvvəl bunu yeyin
02 noyabr 13:12
- 166 min vergi borcu olan şirkəti 40 milyonluq tenderin qalibi seçdilər
02 noyabr 12:54
- Obamanın qızı atasının soyadını istifadə etmir
02 noyabr 12:09
- Məhkəmə üç şagirdə təcavüz edən müəlliməyə 18 il verdi
02 noyabr 11:47
- Keçmiş prokuror Yusif İldırımzadənin qardaşı dələduzluqda ittiham olunur
02 noyabr 10:56
- Alman dilindəki bu söz 67 hərfdən ibarətdir
02 noyabr 10:46
- Ağdaşın yeni icra başçısı kimdir?
01 noyabr 17:28
- Nazir BŞTİ-ni Anar Qədiməliyevə tapşırır - Nərminə Hüseynova əvvəlki vəzifəsinə qaytarılır
01 noyabr 17:23
- Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
01 noyabr 16:37
- Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı YENİDƏN Baş Prokurora, Ədliyyə nazirinə şikayət etdi...
01 noyabr 15:16
- Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
01 noyabr 14:37
- Hajıbala DANIŞDI - Baçımız günü-gündən gözəlləşir...
01 noyabr 14:26