Rüstəm Behrudi - Həmişə gəlib görürdüm ki, Mirşahin oturub kreslomda...
Bu gün şair Rüstəm Behrudinin doğum günüdür.
Kulis.az Ülvi Bahadırın şairlə ad günü müsahibəsini təqdim edir.
- Rüstəm bəy, səhhətiniz necədir?
- Neçə illərdir xəstəyəm. Son əməliyyat bir az ağır oldu. Bu gün dörd dənə iynə vurdurmuşam. Dərmanlar da qəbul eləyirəm. Təxminən, 1-2 il əvvəl demişdiniz ki, mənə səhvən xərçəng diaqnozu qoyulub.
- Sən demə, düz diaqnoz imiş. İkinci dəfə müayinədən keçdim. Dedilər, 1-2 həftə də geciksə idin, metastaz verərdi. Vaxtında əməliyyat olundum. Elə ona görə hələ də yaşayıram. Mənim “Məmləkətin halı” adlı bir şeirim var. Həqiqi ədəbiyyat adamı məmləkətinə oxşayır.
- Doqquz uşağın ən böyüyü olmusunuz. Çətin olmayıb?
- Çox əziyyət çəkmişəm. On iki yaşında artıq ailəyə kömək eləyirdim. Bizim tərəflərdə gəvən adında bir bitki var. Onun gövdəsini deşib yağ çıxarırdılar. Bir kilosu on manat idi. Hər yay o işlə məşğul olardıq. Məktəb ləvazimatımızı, geyim-kecimimizi özümüz ala bilirdik. Atam da müəllim işləyirdi. Yüz qırx manat maaş alırdı. Atam o pulla hamımıza ali təhsil verib.
Mən Bakıya Bakı-Noraşen qatarının sonuncu vaqonunda gəldim. Sabir Rüstəmxanlıdan başqa heç kimi tanımırdım. Onun yanına getdim. Sabirlə tanışlığım həyatımı həll elədi. 1979-cu ildə şeirlərimi götürüb Bakıya gəldim. Həmin vaxt o, “Yazıçı” nəşriyyatının baş redaktoru işləyirdi. Böyük kabineti var idi. 30 dənə stulluq otaqda yer göstərmədi, ayaq üstdə qaldım. Sabir şeirlərimi oxuyub qayıtdı ki, sən şair deyilsən. İçimdə elə bil nəsə qırıldı. Başqa ümidlərlə gəlmişdim. Yaxşi ki, dalını gətirdi. Dedi ki, sən şair deyilsən, sən çox böyük şairsən. Onda mənim 21 yaşım var idi.
Məni “Yazıçı” nəşriyyatında işə düzəltdi. Gecə qarovulçusu işlədim. Bir il sonra redaktor oldum. “Azərnəşr”də ekspeditor da işləyirdim. Şeirlərimi türkçülük, turançılıq ideyalarına görə çap eləmirdilər. O ideyaları ölkəyə mən gətirmişəm. Mirəli Seyidov demişdi ki, Rüstəm Behrudi olmasa idi, turançılıq bir ideya kimi ortadan qalxardı.
- Həmin illərdə bu ideyalar sizdə necə yarandı?
- Həmin vaxtlar məni Türkiyəyə dəvət eləmişdilər. Çox böyük əziyyətlə viza ala bildim. Türkiyəyə heç kimi buraxmırdılar. Orada Əhməd Bican Ərcilasun adında bir alim var idi. “Şaman duası” kitabını soruşdu. O kitab Azərbaycanda bu gün çap olundu, sabah ləğv elədilər. Necəsə gedib çıxmışdı Türkiyəyə. Bir həftə sonra orada çap olundu. Mənim ədəbiyyatda müəllimim olmayıb. Füzulini, sonra Nəsimi, Xətaini, Hadini, Məmməd Arazı oxudum, gördüm ki, bunların heç biri mənim içimdəkiləri ovutmur. Özüm oturub yazdım.
- Meydan hərəkatının bayraqdarlarından olmusunuz.
- Uzun müddət bu haqda danışmamışam. Hətta türk dünyasının simvolu olan bozqurd işarəsini də mən göstərib izah eləmişəm. Bu yaxınlarda bir kitab çap olundu. Orda müəllif deyirdi ki, biz bozqurd işarəsini ilk dəfə Rüstəmdə görmüşük.
Bakıda yüz minlik tələbə mitinqini mən təşkil eləyib, idarə eləmişəm. Heç kim buna etiraz eləyə bilməz. Çünki həmin vaxt meydanda yox idilər. Mən Bakıya gələndən sonra bütün universitetlərdə bu ideyanı təbliğ eləmişəm. “Yazıçı” nəşriyyatında redaktor işləyirdim. Ofisim Natəvanın heykəlinə açılırdı. Mənə səsləndilər ki, düş, gedək. Elə bildilər ki, düşməyəcəm. Dedilər ki, gəlməsən, biz səni zorla çıxaracağıq oradan. Mən də təkbaşına düşüb getdim onlarla meydana. Sizin bildiyiniz milli qəhrəmanların heç biri gəlmədi ora. Ancaq ikinci mitinqdə hiss elədim ki, bu mənim işim deyil. Mən şair idim. Nə qədər elədilər, getmədim. Sonra milli qəhrəmanlar çıxdı ortaya. Nə Xalq Cəbhəsinin üzvü oldum, nə də Müsavat partiyasının.
Ancaq mitinqlərə gedirdim. Şüarları da mən yazırdım. Firidun Cəlilovun rəhbərliyi ilə. 28 May metrosunun qabağında bir tatar yaşayırdı. Evini vermişdi bizə. Şüarları orada yazıb çıxarırdıq. Polislər qoymurdu.
- Elçibəylə necə tanış olmusunuz?
- Mən onunla 16-17 yaşlarımda tanış olmuşam. İkimiz də ordubadlıyıq. Yaxın kəndlərdir. Mənim bir dostum Kələkidə işləyirdi. Elçibəyi də tanıyırdı. Deyirdi ki, sənin düşüncələrinə oxşar bir adam var – Əbülfəz Əliyev. Beləcə onunla tanış oldum. Bakıya gələndən sonra da görüşdük.
Mənim düşüncələrim o vaxt çox fərqli idi. O, azərbaycançı idi. Həmişə deyirdi ki, Turan ideyası Azərbaycanın bütövlüyündən keçir. Mən onda qarşı çıxdım, ancaq sonradan başa düşdüm ki, düz deyirmiş.
Sabir Rüstəmxanlı ilə Əbülfəz Elçibəyi mən tanış eləmişəm. O vaxt Əbülfəz müəllim Əlyazmalar İnstitutunda işləyirdi. Günlərin bir günü nəşriyyata gəlmişdi. Birdən ağlıma gəldi ki, bunlar ikisi də bir ideya adamlarıdır. Beləcə, onları tanış elədim. Hətta Xalq Cəbhəsinin ilkin danışıqları, toplantıları da mənim “Yazıçı” nəşriyyatındakı otağımda olub.
“Şaman duası”na görə yeddi min manat pul almışdım. Kitab isə qadağan olunmuşdu. Mənim üçün böyük pul idi. Çox fikirli idim. Bir nəfər gəldi otağa. Dedi ki, sizinlə tanış olmağa gəlmişəm. Əlində kitab var idi – mənim qadağan olunan kitabım. Sonra məlum oldu ki, bu adam mənim çox hörmət elədiyim bir qadının qardaşıdır. Qadın nəşriyyatda işləyirdi. Kitabı da ondan almışdı. Axşam bu adam bizi yeməyə dəvət elədi. Əbülfəz bəyə də xəbər elədim. Və aydın oldu ki, bu adam Rəhim Qazıyevdir. Sonradan Əbülfəz bəy mənə dedi ki, biz çörək kəsmişik, onu həbs eləyə bilmərəm.
- Onun toyunda tamada da olmusunuz.
- Bizdə kənd toyu üç gün davam eləyir. Birinci və altıncı günlər tamada mən idim. Məndən incimişdi. Demişdi ki, Kamil Vəliyə söz ver. Ondan əvvəl də kolxoz sədrinə söz verməli idim. Onda Kamil müəllimi tanımırdım. Kolxoz sədrini qoyub ona söz verə bilməzdim. Ondan sonra ta mənə tamadalıq vermədilər. Gecə toyda yoruldum, gəldim evə. Meşənin içində kirayə evdə qalırdım. Bir də gördüm, qapı döyülür. Açdım ki, Əbülfəz Elçibəy, yanında da cavan bir oğlan. Bizi tanış elədi. Dedi ki, bu, Vaqif Cəbrayılzadədir. Vaqif mənə dedi ki, şeirlərini ver, “Ulduz”da çap eləyim. O dövrdə də “Ulduz”da çap olunmaq növbə ilə idi. Bir ay sonra gördüm ki, şeirlərim orada çap olunub. Sonradan Vaqifin ilk kitabını mən çap elədim. Hətta o kitabın adını da mən qoymuşam.
- Sonradan sizə Mədəniyyət naziri vəzifəsi də təklif olundu, ancaq qəbul eləmədiniz.
- Bilirsiniz, bizdə imtina mədəniyyəti yoxdur. Mən bilirdim ki, nazir işləyə bilmərəm. Biz Sabir Rüstəmxanlı ilə “Azərbaycan” qəzetini bərpa elədik. Mən müdir idim, o baş redaktor. Həmişə gəlib görürdüm ki, kreslomda Mirşahin oturub. Özümü müdir hesab eləmirdim.
Axmaq adamlar uydurdular ki, Rüstəm Behrudi Elçibəydən pul istəyib. Qardaşlarım bizneslə məşğul idi. Onun verəcəyi yüz dollara ehtiyacım yox idi.
- Deyirdilər, guya qumar borcu olub.
- Yalan söhbətdir. Elçibəy rəhmətə gedəndən sonra qaynı yanıma gəlib dedi ki, onun kitabını tapmışıq, yazıb ki, mənim Rüstəm Behrudiyə iyirmi min dollar borcum var. Onun mənə borcu olub. Pul lazım olub, vermişəm, ancaq sonra nə qədər eləmişəm, xatırlaya bilməmişəm.
Elçibəyin hakimiyyəti buraxıb getdiyi günün səhəri oğlumla Kələkiyə getdim. Orda mənə dedi ki, sən çox ağıllı adamsan. Vəzifəyə razılıq versəydin, indi yox idin. Çoxdan həbs eləmişdilər səni. Yaxşı ki, qəbul eləmədin.
- 1996-cı ildə qardaşınızı öldürdülər. Nə üstündə oldu hadisə?
- Heydər Əliyevlə görüşdə mən ondan bu məsələni nəzarətə götürməsini xahiş etdim. O da Respublika Prokurorluğuna göstəriş verdi. İki gün sonra o adamlar tapıb həbs elədilər.
Dedilər, siyasi məsələlərə görə öldürüblər, ancaq inanmadım. Pula gəlmişdilər, qardaşım onlardan birini tutub saxlamışdı. Birini tutanda o biri vurub öldürmüşdü. Cəmi 35 yaşı var idi.
- Harda tutdular onları?
- Biri Mərdəkanda, bir evin mansarında yaşayırdı. O birini bilmədim. Ancaq üçünü də tutdular. Biri həbsxanada öldü. Sonradan görüşmədim heç biri ilə.
- Heydər Əliyevlə görüşdə dövlət qayğısından danışmısınız. Sizcə, dövlət qayğısı yaradıcı adamı çərçivələyir?
- Təbii ki. Elə orda dedim ki, mən bütün dünyanı gəzmişəm, heç bir yerdə AYB kimi qurum görməmişəm. Türkiyədə eyni ideyanın altında yaradılan qurumlar var, ancaq onların heç biri dövlətin nəzarətində deyil. Mənə görə hazırda AYB-yə ehtiyac yoxdur.
- Deyirlər ki, siz ordan ad gününüz qeyd olunmadığına görə istefa vermisiniz.
- Belə deyən başın daşa döyür. Bu məsələ haqqında Anar da danışıb. Mənim onların ad günümü qeyd eləməsinə ehtiyacım var? Söz tapa bilmədilər, ona görə belə xəbər yaydılar ki, guya ad günü qeyd olunmayıb deyə istefa verib. Mənim kimi adam belə şeyə görə istefa verər? Çox cılız söhbətdir. Mən o qurumun ən cavan üzvlərindən olmuşam, ancaq ora ayaq basmamışam.
- Bir müsahibənizdə deyirsiniz ki, mən Əkrəmin hekayələrindən tərbiyə alan adamam. O sizin həyatınızda necə rol oynayıb?
- Əkrəm müəllimlə biz indi də dostuq. Onun “Mənim nəğməkar bibim” əsəri oxuduğum ilk yerli ədəbiyyat nümunəsidir. Deyirlər ki, düşməndi-filan, ancaq elə deyil. Əkrəm çox böyük yazıçıdır. Onun səhvi ola bilər, ancaq bu təhqirə əsas vermir.
Bizə gəlmişdi, nərd oynayırdıq. Ordubadda. Ordan bir şəkil paylaşmışdım. Yazmışdılar ki, biz Əkrəmə tüpürürük, sizin də üstünüzə sıçrayır. Mən də yazmışdım ki, sevdiklərimi unutmuram, unutduqlarımı da heç vaxt xatırlamıram.
Mən hansı ölkəyə gedirəm, ancaq Əkrəmin adını çəkirlər. Azərbaycan ədəbiyyatından bircə onu tanıyırlar.
- Siz əsəri oxumusunuz, yəqin. Nəsə gördünüz orda?
- Yox, görmədim. Mənim də razılaşmadığım məqamlar var, amma bu Əkrəmə qarşı nəsə eləməyə əsas vermir. Biz yazıçıdan azad olmağını istəyirik, olanda da belə davranırıq. Əkrəm başqalarının azadlıq sərhədlərini keçdi. Bunu da ona bağışlamadılar.
Mən Əkrəmlə harda tanış olduğumu bilmirəm. Eyni yerdənik, ancaq Bakıda tanış olmuşuq. 1986-87-ci illərdə mənim üzvlük sənədlərim AYB-də idi. O mənim sənədlərimin üstündən xətt çəkib götürməmişdi. Bilirdim. Ancaq sonra demişdi ki, Rüstəm hazırda Xalq şairi olmağa layiq olan yeganə adamdır.
- Fəxri adlara münasibətiniz necədir?
- Layiq adamlara verilsə, yaxşıdır. Elə adamlar var idi ki, o adı da hörmətdən saldılar. "Xalq şairi" SSRİ vaxtı ümumxalq sevgisinin ifadəsi idi. Bu sevgi üçün həmin şairin xalqın əzbər bildiyi şeirləri olmalıdır. Azərbaycan dilini bilməyən adamlara belə ad verilir. Samvel Qriqoryana da Xalq şairi adı vermişdilər.
- Gənclər Anarın ədəbiyyatı monopoliyasında saxladığını deyirlər. Siz necə düşünürsünüz?
- Deyirlər ki, qaranlığı söyməkdənsə, bir şam yandır. Böyük ədəbiyyatla məşğul olmaq lazımdır.
Məsələn, mənim “Bozqurd” şeirimi tənqid eləyirdilər ki, adam da heyvana şeir yazar? Üstündən on-on beş il keçəndən sonra özləri də bozqurda şeir yazdılar. Ancaq onları heç kim xatırlamır.
Anara qarşı doğru iradlar da var. Məsələn, vaxtında getməmək. Mən onun yerində olsa idim, çoxdan getmişdim. Onsuz da heç nəyə ehtiyacın yoxdur. Hər şeyin var. Ta nə istəyirsən? Anormal vəziyyətdir.
Orada elə adamlar təqaüd alıb ki, heç yerdə adı yoxdur. Neçə ilin şairiyəm, indi mən hansısa küçə adamından belə aşağı oldum ki, adicə təqaüd də vermədilər? Ancaq mən yenə də heç nə demədim.
- Anardan sonra kim ola bilər, sizcə?
- Mən real namizəd kimi Rəşad Məcidi görürəm. Rəşad abır-həyasını qoruyan adamdır. Bəzən qınayırlar, ancaq Rəşad başqaları kimi deyil.
- O vaxt Bakı haqqında yazdığınız yazı rezonansa səbəb oldu.
- Dünya şəhərlərinə həsr olunan bir kitab var. O kitabda birinci şeir mənim Bakıya yazdığım şeirdir.
Kubaya getmişdim. Bakı üçün darıxdım. “Müsavat” qəzetinə “Mən Bakını necə sevdim?” adında bir yazı yazdım. Yazmışdım ki, mən Bakını fahişə qadını sevən kimi sevdim. İçimdə olan sevgimi belə ifadə elədim. Dedilər ki, guya mən Bakını təhqir eləmşəm. Bütün türk şairlər İstanbulu “fahişə şəhər” adlandırır.
Bu da Bakı.
Yerindədi əvvəlki kefi, nəşəsi.
Mən də sənə təslim oldum,
Fahişələr fahişəsi.
Böyük şəhərlərin xislətində fahişəlik var.
Üstümə cumdular ki, dağıdacağıq hər yeri. Mətbuat da aranı qızışdırırdı. Bir gün bağda oturmuşdum. Bir də gördüm ki, ANS-də bir xəbər getdi bu haqda. Birbaşa ANS-ə getdim. Verilişə çıxdım, hər şeyi izah elədim, üzr istədim. Başqa nə etməli idim? Sonradan bakılı bir rəssam demişdi ki, Rüstəm ikinci dəfə bizi təhqir elədi. Dedi ki, mən başqa şey demək istəmişəm, siz başa düşməmisiniz.
- İstər-istəməz Bakının mühafizəkar təbiətinə yaddır...
- Hə, bu vaxta qədər belə nümunələr olmamışdı axı. Mən qəfildən yazdım, söz-söhbət oldu.
- Deyirsiniz ki, özümü bakılı kimi hiss eləyirəm. Bir bakılı və şair olaraq meyxanaya münasibətiniz necədir?
- Mən meyxananı sənət hesab eləmirəm. Ola bilər ki, oturub beş dəqiqəyə şeir yazasan? Mümkün deyil. Ən azı, sözləri abıra salmaq üçün fikirləşməlisən. Qafiyə olur, amma bədiilik olmur meyxanada. Kiçik bir zümrə – Bakı və Bakıətrafı dinləyir. Lokaldır. Bizə doğma deyil. Heç bir bədii, estetik dəyəri yoxdur.
- Siz dəfələrlə ölümlə üz-üzə gəlmisiniz. Hətta intihara da cəhd eləmisiniz. Səbəb nə idi?
- Ya təslim olursan, ya qiyam qaldırırsan, ya da intihar eləyirsən. İntihar təslim olmaqdan utanıb qiyam qaldırmaqdan qorxanların işidir. Heç bilmirəm niyə belə bir iş tutmuşam. Bir o yadımdadır ki, kimsə məni "Semaşka"ya gətirmişdi. Ondan sonra da olub. İndi də var o hiss məndə. Məsələn, gecələr eyvana çıxıram. On ikinci mərtəbə. Üzü dənizə baxır. Vay o gündən ki, Ay çıxa. Hiss eləyirəm ki, kimsə məni intihara məcbur eləyir. Qorxub içəri qayıdıram.
Bir dəfə də Vietnamda olub. Həmin vaxt mən hotelin eyvanında Mekonq çayına baxırdım. Çayın adı vietnamcada “on iki başlı əjdaha” deməkdir. Ora baxa-baxa insan haqqında düşünürdüm. Fikirləşirdim ki, insan adam kimi düşünən kəpənəkdir, yoxsa kəpənək kimi düşünən adamdır? Tək idim. Hiss elədim ki, bir az da düşünsəm, özümü asacam. Tez aşağı düşüb səhərin açılmasını gözlədim.
- Sizin üçün ən dəyərli şeiriniz hansıdır?
- Ətrin öldürdü məni,
Bağrım oldu yenə şan-şan.
Gördüm ki, boş bir məzara
Yenə məndən danışırsan,
Məzarlıqda bitən yovşan.
Əlim qoynumda gəlmişəm,
Əfv et, hönkürüb ağlasam;
Öz qəbrim üstə qoyacam,
Sənnən bir dəstə bağlasam,
Məzarlıqda bitən yovşan.
Sən arxasız, mən kimsəsiz,
Sənnən axır göz yaşlarım;
Burda daşlar daş deyil ki,
Bacılarım, qardaşlarım,
Məzarlıqda bitən yovşan.
Bu son bahar da ölmədim,
Ölmədim, yaz, yaz günaha.
Mən öz tabutundan tutub,
Dönən bir ölüyəm daha
Məzarlıqda bitən yovşan.
Məni dərd deyil, adamlar,
Adamlar öldürdü; sən, sən...
Baş daşıma qoyulacaq
Çiçəklərdən də gözəlsən,
Məzarlıqda bitən yovşan.
Vədə tamamdı, dönəcəm,
Gəlim qarışım tüstünə.
Gələcəm dua oxuyaq,
Ölən bir şairin üstünə,
Məzarlıqda bitən yovşan.
Ətrin öldürdü məni,
Bağrım oldu yenə şan-şan.
Gördüm ki, boş bir məzara,
Yenə məndən danışırsan,
Məzarlıqda bitən yovşan...
- Albaniya Parlamentinin sədri Azərbaycana GƏLDİ
15 noyabr 2024 19:17
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 2024 21:16
- Lukaşenko COP29-da iştirak etmək üçün Bakıya gəlib
11 noyabr 2024 15:01
- Dövlət rəsmilərinin Bakıya səfəri başladı - Fotolar - Yenilənir
9 noyabr 2024 18:57
- Zəfər bayramı - təqvimimizin QIZIL hərflərlə yazılmış tarixi
7 noyabr 2024 14:23
- Baba Vəziroğlu kimi ortabab şairə yubiley keçirirlər, mənə yox…Niyə? –Qocaman yazıçımız Vaqif Nəsib /MÜSAHİBƏ
5 noyabr 2024 10:37
- Eldar Mahmudov düşmənimdir, məni hədələyirdi... - Əvəz Ələkbərovla SENSASİON MÜSAHİBƏ
1 noyabr 2024 16:37
- Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
1 noyabr 2024 14:39
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 2024 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Tanınmış vəkil nitqini itirib - Ailəsi açıqladı
15 noyabr 22:32
- Nəzakət Məmmədovaya 13 illik həbs cəzası verildi – SƏBƏB VƏ TƏFSİLATI
15 noyabr 21:39
- Albaniya Parlamentinin sədri Azərbaycana GƏLDİ
15 noyabr 19:17
- Uşaq pornosu yayan azərbaycanlı saxlandı
15 noyabr 12:13
- Bu 5 qidanı yumaq olmaz – Mütəxəssislər xəbərdarlıq etdi
15 noyabr 11:57
- Prezidentdən Mahmud Abbasa təbrik məktubu
15 noyabr 11:18
- Prezident görüşlər keçirir - Fotolar - Yenilənib
14 noyabr 15:08
- Milli Məclisin üzvləri Şimali Kiprə səfər etdi - Fotolar
14 noyabr 14:27
- Bakı Apellyasiya Məhkəməsi Mikayıl İsmayılovun oğlunun şikayətinə baxacaq -Hakim Fuad Babayev
14 noyabr 12:53
- Bakcell - Ən Uğurlu Rebrendinq- mükafatına layiq görüldü
14 noyabr 11:58
- Azərbaycanda İLK : Bakıda ÖZƏL AEROPORT tikilir
14 noyabr 11:09
- İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşüb
14 noyabr 10:34
- Azərbaycanlıların sevimli qidası şəkər xəstəliyi yaradır
14 noyabr 10:16
- Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi FUTBOL oynayarkən ÖLDÜ
13 noyabr 22:58
- ABŞ Polşada AES tikintisinə 1 milyard dollardan çox vəsait ayırıb
13 noyabr 22:33
- Azyaşlı xanəndə səsi ilə sammitdəki liderləri valeh etdi: MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
13 noyabr 22:12
- İlham Əliyev İranın vitse-prezidenti ilə görüşdü
13 noyabr 19:33
- Bakıda inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilir - İlham Əliyev tədbirdə iştirak edir
13 noyabr 12:45
- Yunanıstanın baş naziri Bakıda jurnalistlərə açıqlama verdi - FOTO
13 noyabr 10:51
- Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm
13 noyabr 10:27
- Ərdoğan və xanımı Prezidentin ailə üzvləri ilə görüşdü (FOTOLAR)
12 noyabr 22:17
- Prezident Böyük Britaniyanın Baş naziri ilə görüşdü
12 noyabr 21:57
- Azərbaycanlı general və şəriki tərliklə 10 milyonlarla pul -yuyub
12 noyabr 18:58
- Azərbaycanda Konstitusiya Günüdür
12 noyabr 17:14
- Şəfəq Günəş Elektrik Stansiyasının TƏMƏLİ QOYULDU
12 noyabr 14:32
- Prezident Ərdoğan və xanımını belə qarşıladı - FOTO
12 noyabr 12:58
- 11 günümüz var, 100 milyardlarla dollar... - Babayev
12 noyabr 12:03
- Nə olur olsun, burada ev almalıyam - Abel Məhərrəmov - VİDEO
12 noyabr 11:16
- Baba Pünhanın qızı: Mirşahin atamın üstünə gəlmişdi ki... - Müsahibə
11 noyabr 20:52
- Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb
11 noyabr 18:57