DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
Yüksək ranqlı məmurlar arasında o, yeganə şəxslərdən biri olub ki, istədiyi vaxt, əvvəlcədən planlaşdırılmamış baş katibin həm mənzilinin, həm də bağ evinin qapısını döyməyə ixtiyarı çatıb. Bu səlahiyyəti Georgi Sinyevə Leonid Brejnev şəxsən verib. Onu baş katibin ailəsi ən yaxın adam kimi qəbul ediblər, elə Sinyev də Brejnevin evində özünü ev sahibi kimi hiss edib.
Şəxsi münasəbətlərlə yanaşı Sinyev siyasi elitada da özünü birincilərin arasında lider kimi aparıb. Hətta səlahiyyətlərinə aid olmayan məsələlərə müdaxilə edib, vəzifə ranqına görə özündən yüksək olanlara irad tutmaqdan, göstəriş verməkdən çəkinməyib. İstər Kreml məmurları, istərsə də ayrı-ayrı ittifaq miqyaslı qurumların rəhbərləri Sinyevlə ehtiyatla davranıblar. Araşdırmaçıların qənaətinə görə Yuri Andropovun özü də müavini olduğu ordu generalı Georgi Sinyevdən çəkinib.
Maraqlıdır, Sinyevi bu qədər “qüdrətli” edən nə olub?
Qeyd edək ki, Brejnevdən bir yaş kiçik olan Sinyev 1907-ci ildə Dnepropetrovskda anadan olub. Baş katiblə eyni ali məktəbdə, Denpropetrovsk Metallurgiya İnstitutunda təhsil alıb, daha sonra onunla eyni müəssisədə, metallurgiya zavodunda işləyib. Partiya orqanlarında da eyni vaxtda, eyni komitədə, Dnepropetrovsk vilayət Partiya Komitəsində işə başlayıblar. Sinyev Brejnevin tabeliyində işləyib.
Köhnə dostları müharibə ayırıb. Sinyev müharibə illərində Kalinin, Ukrayna, Belarusiya hərbi dairələrində xidmət edib. O, Brejnevdən fərqli olaraq müharibədən sonra partiya işinə qayıtmayıb, Voroşilov adına Ali Hərbi Akademiyada təhsilini artırdıqdan sonra fəaliyyətini hərbçi kimi davam etdirib.
1954-cü ildən Sinyev hərbi strukturdan dövlət təhlükəsizliyi orqanlarına keçib. 1958-ci ildə SSRİ DTK-sının hərbi institutuna rəhbərlik edən Sinyev sonralar DTK-da 3-cü, 2-ci idarələrin rəisi vəzifəsində işləyib. Brejnev hakimiyyətə gəldikdən sonra Sinyev DTK-da əsas simalardan birinə çevrilib, ordu generalı rütbəsi alaraq əvvəlcə DTK sədrinin müavini, daha sonra birinci müavini vəzifəsinə təyinat alıb.
Georgi Sinyev hədsiz dərəcədə kobud, sərt, qəddar adam olub. Vəzifə ranqına baxmayaraq o, istənilən adamı istədiyi anda təhqir etməyi özünə eyib saymayıb. Müşavirələrdə onun təkliflərinə, hansısa bir məsələyə bildirdiyi münasibətə qarşı heç kim söz demək iqtidarında olmayıb. Hətta bəzi məqamlarda Yuri Andropovun özü belə Sinyevin kobudluğu qarşısında susmaq məcburiyyətində qalıb.
General təkcə DTK əməkdaşları arasında deyil, dövlət məmurları arasında da hökmranlığını nümayiş etdirib. Bunun səbəbi təkcə onun Brejnevlə yaxınlığı olmayıb, onun həm də DTK-da dövlət məmurlarının danışıqlarına qulaq asmaq, lazım olanda istənilən bir şəxsin kabinetinə, mənzilinə xüsusi audio-video qurğular yerləşdirmək səlahiyyəti olub. Bu səlahiyyəti ilə Sinyev Kreml məmurlarını gərginlik içərisində saxlamağa nail olub.
Hələ Semiçastnı DTK sədri olanda Sinyevi kobudluğuna, yeri gəldi-gəlmədi özünə aid olmayan işlərə müdaxilə etdiyinə görə vəzifəsindən uzaqlaşdırmaq istəyib, ancaq Brejnevin məsələyə qarışması hamını susdurub və bir daha sübut olunub ki, Sinyevə baş katib tərəfindən qeyri-rəsmi “toxunulmazlıq” statusu verilib.
Sinyevin DTK sədrinin birinci müavini kimi fəaliyyəti haqqında Kremlin baş həkimi (SSRİ Səhiyyə nazirliyinin 4-cü idarəsinin rəisi) Yevgeni Çazovun xatirələrində maraqlı açıqlamalar var:
“Mənim Yuri Andropovla rəsmi münasibətdən daha çox, dostluq əlaqələrim olub. Andropov öz işini bilən, münasibətləri tənzimləməyi bacaran və bunlarla yanaşı prinsipial bir şəxs idi. Amma buna baxmayaraq xidməti fəaliyyətində problemsiz də deyildi. Onun ən böyük problemi müavinləri idi. Xüsusilə də Georgi Sinyev. Brejnevlə Sinyevin arasında olduqca yaxın dostluq münasibətləri hökm sürürüdü. DTK-nın bəzi məsələlərini Sinyev birbaşa Brejnevlə müzakirə edirdi. Sözsüz ki, subardinasiyanın bu cür pozulması Andropovu ciddi şəkildə narahat edirdi. Amma o, Sinyevə qarşı mübarizə aparmırdı, əksinə, münasibətləri həmişə daha mehriban etməyə çalışırdı. Mən onu anlayırdım. Başqa çıxış yolu yox idi...”
1982-ci ildə Yuri Andropov DTK sədrliyindən çıxıb Mərkəzi Komitənin katibi vəzifəsinə gedəndə də yaxşı anlayıb ki, Sinyev DTK xətti ilə onun da bütün danışıqlarını, görüşlərini nəzarət altına alacaq. Andropov Sinyevdən çəkinib, qorxub ki, onun gələcəkdə baş katib olmaq arzusuna mane olsun.
Hətta Andropov baş katib kürsüsünə sahib olanda da Sinyevi vəzifəsindən azad edə bilməyib. Sinyevdə həm Andropov haqqında, həm də onun ətrafdakıları ilə bağlı kifayət qədər materiallar olub və o, istənilən vaxt istədiyi yüksəkçinlini çox kobud şəkildə ifşa edə biləcəyini Andropov yaxşı anlayıb.
Sinyev Andropov və Çernenkonun hakimiyyəti dövründə də öz vəzifə mövqeyini əvvəlki templə saxlamağı bacarıb. Mixail Qorbaçov hakimiyyətə gəldikdən altı ay sonra isə onu təqaüdə göndəriblər.
General vəzifəsindən uzaqlaşdırıldıqdan sonra da Brejnevin ailə üzvləri ilə əlaqələrini kəsməyib, ömrünün sonuna qədər baş katibin problemlər içində boğulan ailə üzvlərindən köməkliyini əsirgəməyib.
Ordu generalı Georgi Sinyev 1996-cı ildə, 89 yaşında vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com
- Türkiyənin hərbi rəhbərliyi Azərbaycanda: generallar Bakıya niyə gəlib? VİDEO
24 sentyabr 2024 11:28
- Bakıdakı LƏNƏTlənmiş bina — Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTOLAR)
19 sentyabr 2024 12:50
- General Akif Çovdarov həbsdən çıxan kimi arvadını boşayıb: 69 hektar ərazidə balıqçılıq təsərrüfatı..
6 avqust 2024 13:29
- İranda polis generalı həbs olundu: MOSSADA çalışırmış - daha 20 həbs... (FOTO)
4 avqust 2024 18:52
- Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?
25 iyul 2024 16:12
- Əkrəm Həsənov - Gəlirlər azalır, qiymətlər və aqressiya artır
24 iyul 2024 02:03
- 29 yaşlı sovet zabiti – o, SSRİ-nin hərbi sirlərini amerikalılarla SƏXAVƏTLƏ bölüşüb
13 iyul 2024 18:27
- Müsavatdan 10 nəfərə vəzifə veriləcək - ŞOK PLAN
5 iyul 2024 11:57
- Komandan vəzifəsindən nazir kürsüsünə - azərbaycanlı general Stalindən də təşəkkür alıb...
27 iyun 2024 22:36
- Özündən gözəlləri öldürən, itləri əsirlərlə bəsləyən -MƏLƏK- VİDEO
26 iyun 2024 20:37
- Abel Məhərrəmov Qarabağ qazisinin torpağını ZƏBT EDİB ?
28 sentyabr 18:07
- Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
28 sentyabr 16:12
- Almaniya və Türkiyə arasında DÖNƏR DAVASI ...
28 sentyabr 16:05
- Bakıda DÜNYA PROKURORLARININ iclası keçirilir - Foto
28 sentyabr 15:50
- Prezidentdən MÜHÜM FƏRMAN
28 sentyabr 14:30
- NAR YAŞAT Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
28 sentyabr 14:22
- Rusiyalı tatar qızı Miss Europe müsabiqəsinin qalibi olub
28 sentyabr 14:14
- Mahaçqalada dəhşətli partlayış-12 ölü
28 sentyabr 14:05
- Başladılar: Ermənistan və İran Araz çayı üzərindən körpü salır
28 sentyabr 13:51
- Azərbaycanda pionerlər niyə öldürülürdü?
28 sentyabr 11:58
- Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat
27 sentyabr 18:18
- Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
27 sentyabr 18:12
- İcra başçısının qalmaqallı oğlu dövlət qurumuna qarşı: Nə baş verib?
27 sentyabr 18:05
- Polad Həşimovun anasından ürəkdağlayan görüntülər - Foto+VİDEO
27 sentyabr 12:14
- Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
27 sentyabr 11:58
- Azərbaycanda Anım Günüdür
27 sentyabr 11:22
- Sumqayıtda futbolçular isti su tapmır... - 100 mindən çox borcu kim ödəməlidir?
27 sentyabr 00:02
- İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirildi, Prezident çıxış etdi (FOTO/YENİLƏNİB)
26 sentyabr 15:29
- Elza Seyidcahan 100 MİN DƏYƏRİNDƏ qızıllarını LOMBARDDAN geri ala bilmir
26 sentyabr 15:20
- Prezident müşavirə keçirdi
26 sentyabr 15:09
- 27 sentyabr tarixi və müqəddəs gündür - Əli Məsimli yazır
26 sentyabr 13:40
- Japarov Akayevin səhvlərini sadaladı – 99 dəfə yaxşılıq et, bir dəfə səhv, bağışlanmaz
26 sentyabr 12:14
- Azəristiliktəchizat-ın yığılmış zərəri 120 milyon manata yaxınlaşdı
26 sentyabr 11:50
- Bakıda bu universitetin yataqxanalarını bit basıb (VİDEO)
26 sentyabr 11:41
- Vilayət Eyvazov Yevlaxda tapşırıqlar verdi - Fotolar
26 sentyabr 11:24
- Nazirliyin işdən çıxardığı direktor xəstəxanalıq oldu- XADİMƏ qədər hörmətim...
25 sentyabr 22:41
- Prezident qırıcıda... - Video
25 sentyabr 22:16
- 10-a yaxın vəkil Kollegiyadan çıxarılır
25 sentyabr 20:56
- Azərbaycan xanımları ölkəni niyə tərk edir? - Millət vəkili
25 sentyabr 14:49
- Bu gün Qənirə Paşayevanın xatirəsi anılacaq
25 sentyabr 13:49