Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür
Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb. Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5 min 867 hərbi qulluqçu "Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. Ətraflı Ad - 00:26 Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə bir şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir. Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir.
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 2024 19:47
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Planetar düşüncəli lider…
31 oktyabr 2024 13:29
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 2024 20:50
- Deyirlər ki, bu başçı Qarabağın torpaqlarını satır...
29 oktyabr 2024 21:54
- 1978-ci ildə İspaniya qəzetləri Azərbaycandakı səs-küylü qətldən nə yazıb?
28 oktyabr 2024 23:51
- Beynəlxalq səyahətçilər Kəlbəcər və Laçında - Fotolar
27 oktyabr 2024 17:44
- Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 4 il ötür
27 oktyabr 2024 12:03
- Strateji tərəfdaşlığın yeni istiqaməti
27 oktyabr 2024 16:10
- Sabiq nazir - Gördüm ki, yoldaşım bir qadının qucağında oturub
26 oktyabr 2024 23:32
- İsraildə İrana casusluq edən azərbaycanlı ər-arvad həbs olundu
31 oktyabr 23:11
- Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı
31 oktyabr 21:50
- Hikmət Həsənovun köməkçisinə hökm oxundu - FOTO
31 oktyabr 19:57
- Urmiyada beş məhbusun barmaqları kəsiləcək
31 oktyabr 19:47
- Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
31 oktyabr 14:50
- Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
31 oktyabr 14:28
- Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
31 oktyabr 14:22
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 14:15
- Ərdoğandan Öcalana edilən çağırışa reaksiya
31 oktyabr 13:38
- Planetar düşüncəli lider…
31 oktyabr 13:29
- Beynəlxalq axtarışa verilən 5 şəxs Azərbaycana gətirildi
31 oktyabr 13:15
- Dünya fəlakətlə üz-üzə - Rusiya nüvə DÜYMƏSİNƏ BASIR!
31 oktyabr 12:09
- SAYT rəhbəri həbs edildi
31 oktyabr 11:59
- Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - FOTOLAR
31 oktyabr 11:42
- Rusiya qalib gəldi - Zelenski
30 oktyabr 23:19
- Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
30 oktyabr 23:05
- Ramiz Mehdiyev qabağa getməyə qoymurdu - Deputatla MÜSAHİBƏ
30 oktyabr 20:50
- Ərdoğandan müsəlman ölkələrinə ÇAĞIRIŞ
30 oktyabr 18:20
- Azərbaycanda 300-ə yaxın ömürlük məhbus var
30 oktyabr 17:47
- İsrail Prezidenti Bakıya gəlir
30 oktyabr 15:24
- Nə istəyirsiz məndən? Əl çəkin! Mənə kim cinayət işi açır? - Ramiz Mehdiyev
30 oktyabr 15:19
- Nyuton qanununun tərtibində səhv AŞKARLANDI
30 oktyabr 14:00
- Azərbaycanda ATATÜRK adına qoyulan QADAĞA götürüldü
30 oktyabr 13:22
- Müəllimə qarşı ittiham sübuta yetirildi - 7 il 6 ay HƏBS !
30 oktyabr 13:10
- Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!
30 oktyabr 11:11
- Prezident Nəsimidə yeni salınan parkda yaradılan şəraitlə tanış oldu (FOTO)
30 oktyabr 10:56
- Azərbaycana mal-qara gətirən DANA MONOPOLİYASININ başında duran Ramazanov, Laçınlı Dadaş kimdir?
30 oktyabr 10:18
- Talıbovlara bağlı daha bir şirkət ləğv olunur
30 oktyabr 09:58
- Xurmanın orqanizmimizə faydaları
30 oktyabr 09:34
- Daha heç kimdən icazə almırıq - Ərdoğan
30 oktyabr 09:14